Рейтинг
+21.85

tənəffüs sistemi

24 üzv, 40 topik

Respirator disstress sindromu

Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– ağciyərlərin müxtəlif kəskin zədələnmələri
– ağciyərlərin qeyri-kardiogen ödemi
– xarici tənəffüsün pozulması
– hipoksiya
– ağciyərdə infiltirasiya.

Respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı ilə zədələyir. Müayinə zamanı xəstənin qanında ağciyərlərin zədələnməsinə səbəb olan bioloji aktiv maddələrin çoxluğu müəyyən edilir. Ağciyərləri zədələyən maddələrdən trombositlərin aqressiyasının pozğunluqları zamanı da qanda aşkar edilir.

Xəstəlik zamanı aktivləşmiş leykositlər və trombositlər sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapiliyarlarında aqreqat şəklində toplanırlar. Bu zaman ağciyər kapiliyarlarının alveollarının zədələnməsi baş verir ki, bu da alveolların (hava boşluqlarının) maye ilə dolması və surfaktant ifrazatın azalmasına səbəb olur. Sonra 3-10 sutka ərzində fibroblastların proliferasiyası baş verir və alveollar arakəsməsi qalınlaşır. 2-3 həftə ərzində əlamətlər kəskinləşir və intersistal fibroz baş verir.
Davamı →

Öskürəyi sakitləşdirməyin yolları

Qurtum-qurtum su için
 Yuxarı tənəffüs yolları infeksiyaları ucbatından burun axıntısı boğazı qıcıqlandıraraq öskürəyə səbəb olur. Qurtum-qurum içdiyiniz su burun axıntısının qarşısını alır, quruluğu yox edir. Bədəni nəmli tutmaq üçün gündə 2 litr su içməyi unutmayın. Suyu içərkən birbaşa başınıza çəkmək yerinə qurtum-qurtum için. Ayaq üstə başınıza çəkdiyiniz su mədənizə getmədən birbaşa böyrəklərə gedər və 15-20 dəqiqə sonra sidiklə xaric olar.

Bitki çayına bal qatın, nanə, limon qaynadın
 Cökə, quşburnu, adaçayı, zəncəfil, nanə,  limon çayı öskürəyin sakitləşməsinə kömək edir. Bal qatılıb içilməsi daha effektlidir.

C vitamini ilə zəngin meyvə yeyin
 
Qreyfrut, naringi, ananas, portağal, limon, bununla yanaşı qara kələm, ağ tut, pomidor, ispanaq, təzə lobya, soğan yeyə bilərsiz.


Ardı →

İnhalyasiya

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


Ardı →

Ağızdan alınan tənəffüsün səbəbləri

Bəlkə də ağız və diş sağlamlığı problemlərinizin səbəbi burnunuz yerinə ağızınızdan daha çox nəfəs almanızdır. Nəfəs alarkən daha çox burunla almaq lazımdır.  Bu ağız və diş sağlamlığınız başda olmaqla səhhətinizdə müxtəlif problemlərlə müşahidə olunar.
Ortodont həkimlər mövzu ilə əlaqədar əhəmiyyətli nöqtələrdən danışıblar.  Sağlam şəxslərdə tənəffüs burunda başlayır. Lakin nəfəs alıb-verməyə maneə  törədən bir problem varsa tənəffüs qismən ya da tamamilə ağızdan edilir. Bu əslində meydana gələcək bir sıra kiçik problemlərdən xəbər verir.

Ağızdan alınan tənəffüsün səbəbləri bunlardır;

1) Badamcıq və ya genik ət böyüməsi 46%
2) Allergiya və alerqik burun tıxanıqlığı 17%
3) Burunun içindəki sümüklərin sağa ya da sola əyik olması 14%
4) Burunun içindəki boşluqların mukoza ilə örtülü olması
5) Burun dəliklərinin normadan kiçik olması
6) Yuxu əsnasında tənəffüsün dayanması və sıçrayaraq oyanma




Ardı →

Öskürəklə nə vaxt mübarizə aparmaq lazımdır?

Öskürək — bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır.

Çox vaxt öskürək xəstə üçün xeyirli olur, çünki tənəffüs yollarından irinli bəlğəmi, mikroorqanizmləri, tozu xaric edir. Lakin əgər öskürək uzun müddət davam edərsə, uşağı xeyli narahat edir, onu yatmağa qoymur, yüngüllük gətirmir, belə öskürək uşağın bronxlarının təmizlənməsində nəinki xeyir vermir, əksinə, bronxlarda iltihab prosesin qalmasına və yayılmasına “kömək” edir.

Bəzən öskürək birbaşa tənəffüs sistemi xəstəlikləri ilə deyil, ürək-damar sistemi, sinir sistemi, həzm və s. sistemlərin xəstəlikləri ilə əlaqədar olaraq meydana çıxır.
Ardı →

Uşaqlarda tənəffüs orqanlarının xüsusiyyətləri

Uşaqların tənəffüs üzvləri böyüklərinkindən xeyli fərqlənir. Bəzi xüsusiyyətlərin üzərində dayanaq.
Burunla tənəffüs fizioloji düzgün tənəffüs sayılır. Uşağın burunla nəfəs almasına fikir verin.
Südəmər uşaqlarda burun tənəffüsü pozulduqda uşaq süd əmə bilmədiyindən döşdən imtina edir və sonda ac qalır. Bu hal uzun müddət davam edərsə, körpənin çəkisi az artır, o pis inkişaf edir, orqan və toxumaların hipoksiyası (oksigen ilə tam təmin edilməməsi) əmələ gəlir.
Davamı →

Tənəffüs yolunu yad cisimlə tıxanması zamanı

Yad  cism tıxanması əksər  hallarda yeyərkən  və  içərkən, gülmə  və ya  ani  hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və  burunlarına salması nəticəsındə  meydana gəlır.

1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması  varsa  və  öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından  yüngülcə vurmaqla kömək etmək olar.

2. Əgər  şiddətli tıxanma varsa danışa və  öskürə  bilmirsə, huşu  aydındırsa  müdaxilə edilməlidir.

Heimlich manevrası — Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu  mümkün qədər önə əyilməsını  söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası  hamilələrdə döş sümüyünün aşağı qısminə — ürək masajı edilən yerə tətbiq olunur.

1 yaşın altında olan körpələrdə  qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch  manevrası  məsləhət deyil.


Ardı →

Apnoe xəstəliyi nədir?

E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) müasir dövrdə yetərli qədər geniş yayılmış problemlərdəndir. Bu problemə İnternet istifadəçilərinin 80%-də rast gəlmək mümkündür. The Times of India qəzetinin qeyd etdiyinə görə, bəzən insan kompüter arxasında işinə o qədər aludə olur ki, hətta düzgün nəfəs almağı belə unudur. Apnoenin bu növü əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik tələb edən işi yerinə yetirərkən özünü biruzə verir.

Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq e-mail-apnoe-nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın (yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün xüsusiyyətlərini izləməyə imkan verir.


Ardı →

Bronxial astma xəstəliyi

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.


Davamı →