"Su" olduğunu düşün

İndi sən «su» olduğunu düşün. Su qədər xüsusi, su qədər faydalı və su qədər çox, tükənməz ...su
 İnanıram ki, həqiqətən də eləsən. Amma istər bulaqlardan tökül, istər göylərdən yağ, istər çaylar dolusu ax; dibi olmayan bir vedrəni doldura bilməzsən. Yəni səni dinləməyənlərə səsini eşitdirə bilməzsən ...
Unutma! Daha çox qışqırdığında daha çox dinlənməzsən. Səs-küyün parçası olarsan yalnız!
Suyun yanında olanlar suyu ən az içənlərdir. Çünki, «Su onsuz da burada, lazım deyil ki  suyu doya-doya içmək» -deyə düşünürlər. Eynilə, səsini davamlı eşidənlərin səni dinləmədikləri kimi.
 Meşədəki heç bir heyvan, çayın səs-küylər qoparan yerindən su içməyə çalışmadı indiyə qədər. Hamısı, həmişə səhərin ən sakit anını gözlədi; suyun durğun yerlərini tapa bilmək üçün getdilər və sakit sakit doyunca içdilər.  Onlar üçün ən uyğun olan və öz istədikləri zamanda .
 Sən, həmişə bir su olduğunu düşün. Su kimi gözəl, su kimi faydalı, su kimi imtina edilməz… Və su kimi həyat qaynağı olduğunu düşün. Amma su kimi yaşadıcı ol; Su kimi dağıdıcı, sürükləyici və öldürücü deyil!
 Sən bir su ol… Amma rəhmət ol,  fəlakət deyil!  Susansa,  tarlalarını basma insanların, yuvalarını yıxma, ocaqlarını söndürmə.  Sənə «fəlakət» deyilməsin! Susansa,  bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!
Su, uca Allahın insanlar üçün yaratdığı ən böyük nemətlərdən biri… Və suya bənzədiyini unutma! Su kimi xüsusi, su kimi gözəl, su kimi faydalı, su kimi lazımlı və su kimi bitməz-tükənməz olduğunu da unutma.
Ayrıca su kimi sakit ola biləcəyin kimi, su kimi də «qiyamətlər» qoparıcı ola biləcəyini unutma .
 Unutma, sənin işin rəhmət olmaqdır, fəlakət deyil!  Vadilər varkən qarşısında və düzənliklər varkən yayıla biləcəyin, kiçik çaylara ayıra bilirsənsə  özünü və stəkanlara bölə bilirsənsə, həyat verərsən ətrafına. Və dünya  döndüyü müddətcə yaşaya bilərsən. Əks halda həmişə eşidilməyən, dinlənməyən, qorxulan və qaçılan olarsan sellər, fəlakətlər kimi…
Seçim əlində idi həmişə və həmişə də «sənin» əllərində olacaq. Ya tutmağı öyrənəcəksən dilini   ya da  heç dayanmadan danışdığın üçün, yalnız, bomboş və mənasız səslər çıxardan biri olduğunu göstərəcəksən  ətrafındakı insanlara!
Düşünəcəksən nə vaxt nə söyləyəcəyini.  Düşünəcəksən kimin dinləyib, kimin dinləmədiyini, kimin anlayıb, kimin  anlamadığını. Düşünəcəksən izah etmək istədiklərinin nə qədərini izah edə bildiyini… Hətta anlayanların anladıqlarının da sənin izah etdiklərinin nə qədəri olduğunu düşünəcəksən…
Və danışmaq üçün ən uyğun zamanı gözləyəcək, ən az amma, ən uyğun sözləri seçməyə çalışacaqsan. Axmaq olmayan yolçuların, əvvəldən aldıqları biletləri ciblərində olduğu halda, saatlarına nəzarət edərək, vaxt yaxınlaşdığında, gəminin qalxacağı körpüdə hazır olmaları kimi, sən də fikirini bildirəcəyin adamın «sahilə yanaşmasını» gözləyəcəksən!  Deməyəcəksən- «Mən ürəyim istəyincə gedərəm körpüyə, gəmi də o saniyədə gəlmək məcburiyyətindədir! » Deməyəcəksən- «Mən ağlıma gələni ağlıma gəldiyi şəkildə deyərəm. Qarşımdakı də deyil eşitmək, deyil dinləmək, danışdığımdan belə çoxunu anlamaq məcburiyyətindədir! „
Kaş ki elə olsaydı. Kaş ki haqlı olsaydın, amma təəssüf ki, deyil.  Ağzını açıb “şəlalədən tökülən suyu» içməyə çalışan bir dovşan gördünmü heç?   Və ya önünə çıxan ağacları belə  sürükləyən  bir seldən su içən bir ceyran gördünmü heç?  Aslanlar belə içə bilmək üçün suyun dayanmasını gözləyər,  beyni olan hər varlıq kimi!
Sən indi «su olduğunu» düşün, və özünü «su kimi» hiss et ...
Su kimi xüsusi, su kimi gözəl, su kimi aydın, su kimi faydalı. Su kimi həyat qaynağı və su kimi bitməz-tükənməz olduğunu xatırla. Amma yenə su kimi «bir kiçik stəkanın içinə» sığdır ki özünü, insanların damarlarında gəzməyi bacarasan.
Su kimi həyat ver! İmtina edilməz  ol!

 
loading...

16 şərh

Medikamentoz
Təvazödə axar su kimi ol-Mövlana.

Yazı üçün təşəkkürlər. 
asel
yazını oxuduqca ele rahatlıq tapdım ki...........
supper yazıdı. coooooooooo sağ olun. 
Aysel77

«Susansa, bir stəkana sığmağı bil ki, damarlara girə biləsən!»

Ən çox bəyəndiyim kəlimə.

Medikamentoz
Biz zatən yüzdə səksək suyuq :)
Aynur
 Çatlamış torpağın bağrına düşən bir damla su kimisən.
Medikamentoz
Kim özünü necə hesab edirsə artıq :)

Amma unutmayaq su ilə Quranda adı keçən bərəkətli su arasında fərq vardır.Bərəkətli sulardan olmaq ümidilə. 
SHATENKA407
bravo…
Medikamentoz
Gərək bütün dillərdə təşəkkür edərdiniz,bəlkə biri latin dillərinə çox yaddır?! ):
BaRLeLiTa
:))
Medikamentoz
Emotikonlaşdırılmış cavablar Kayzenin qaydalarına ziddir.
Niqush
Mənə çox böyük təsir göstərdi.Təşəkkürlər
Medikamentoz
Ruhun yenilənməsi kimi...Mənə də eynilə.
azadmamedov90
maraqli sozlerdir..ela fikirler var..su kimi…
Medikamentoz
Su dünyada böyük informasiya çipsetidir.
heyatin-ellerinde
Çox maraqlı idi.Bu yazını görməmişdim.Həqiqətən də insanı sakitləşdirir
Gülnar
Gözəl yazıdı. Su ol, amma gurlama, dağıcıdı yox, sakit, yaşadıcı ol..Bu gün elə bil təsadüfən eşitdiyim söhbətlər də oxşar məsləhətləri verirdi mənə.