Özgüvənin nəticəsi

Sylvester Stallone
O, hər dəfə böyük həvəslə yazdığı ssenariləri rejissorlara aparır, ancaq hər dəfə də eyni cavabı, yəni, “yox” cavabını alaraq geri qayıdırdı. Kim bilir, bu vaxta qədər bu cavabla onun üzünə neçə qapı bağlanmışdı.
Üstəlik, bir yox, iki yox, düz 50 Hollivud rejissoru ona yaxşı yazıçı olmaq üçün istedadı olmadığını demişdi. Ancaq o həm özünə, həm də öz istedadına inanırdı. Həm də elə bir şəraitdə ki, bu şəraitdə az qala bütün Hollivud rejissorları onu yazıçılıq fikirindən daşındırmağa çalışırdı. Ancaq o heç vaxt bezmədi və bezmədən də yazmağa davam etdi. Rejissorların pis yazıçı olmaqda “günahlandırdıqları” bu adamın adı Silvester Stallone, pis ssenari olmaqda “günahlandırdıqları” bu əsərin adı isə “Rokki” idi. Həm də Silvester Stalloneni Hollivudun zirvələrinə qaldıran “Rokki”…

4 şərh

Nermin Nebibeyli
uwaq vaxti onu chox sevirdim Silverster Stallone…
azadmamedov90
o əvvəllər porno ulduzu olub, kasıb və yetim olaraq yaşayıb və bu günə gəlib çatıb… bu isə bizə heç də nümunə ola bilməz!
istorik_c
Tipik amerikan əyyaşı
_BUMERANQ_
Topikin verdiyi mesaj: "İnam böyük qüvvədi, əsla məğlubiyyəti qəbul etmə!"

İstifadəçilərin gördüyü: "Əşşi Silvester kim olub ki. Tərbiyəsizin, əyyaşın biri olub. Kimdi ki, mən ondan nümunə götürəm...."

Ola bilər ki, keyfiyyətsiz insan olsun, amma bunun topikin mövzusuna nə dəxli?
Elə bu kimi yanaşmalara görə heç vaxt artmırıq.