Bağışlamağı bacarırsınızmı?

" Sizi incidən insanları əfv edin, dostlarınızı sevin, pisliyə yaxşılıqla cavab verin" — bu fikirlər müqəddəslərdən bizlərə miras kimi qalıb. Əgər bağışlamağı bacarmaq müqəddəslik, alilik hesab olunursa, o zaman fikrimcə bizlər arasında bu cür insanlar çox azdır. Çünki həqiqətən də bizləri incidən, əziyyət verən insanı bağışlamaq çox çətindir. Bunun üçün uzun mənəvi yol keçmək lazımdır.Çox zaman bizlərə elə gəlir ki, pisliyə yaxşılıqla cavab vermək ədalətli deyil. Həm də kim deyir ki, həyat ədalətlidir? Bəziləri bağışlamanı cəsarətli addım, bəziləri isə  zəiflik hesab edirlər — hansı ki, onlar intiqam almağa üstünlük verərdilər. Bəs siz bu barədə nə düşünürsünüz? Bağışlamağı bacarırsınızmı? Hansı hərəkəti heç zaman bağışlamazsınız? Qəlbdə inciklik saxlamaq lazımdırmı? 

13 şərh

təpəgöz
böyük adamları bağışla,amma zəif insanlardan intiqam al.Çünki bağışlasan qədrini bilməyəcəklər,elə biləcəklər sən özün zəifsən.Bağışlamağın qədrini ancaq böyük insanlar başa düşür.
Magicboy
təpəgöz, siz bu sözlərlə təpəgözü gözündən vurdunuz!!!Həqiqətən elədir. Zəif insan deyəndə, yəqin gücsüz ləri yox, zəif düşüncəli insanları qəsd etmişsiniz.
Westsider
Hə.
rokfeller
Müsyo lakonik danışığı çox sevir.
Westsider

Minus niyə? Mövzunun sualına cavab verdim.

Dior
Əgər ALLAH bağışlayan və rəhm edəndirsə,o zaman insan niyə bağışlamamalıdır.Düşünək,həyatımızda bəzən səhvlər buraxırıq,sonra isə Allah dan bağışlanma diləyərək,bağışlanırıqsa,o zaman bizdə bağışlamalıyıq.
kastanka
Bağışlamağı bacarmaq böyüklük əlamətidir.Allahdan böyüksə heç bir varlıq yoxdur.Həm də insan içində pislikləri kin küdurəti topladıqca sanki zəhərlənir.Özündən başqa heç kəsə ziyanı yoxdur bunun.Hətta intiqam almış olsa belə bu ona zövq verməyəcək əgər vicdanlı insandırsa tutduğu işdən peşman olacaq.Əgər pisliyə pisliklə cavab verirsənsə onda özün də pis adam olursan.Yaxşını pis etmək asandır çünki pis şeylər həmişə cəlbedici olur.ama pisi yaxşı tərəfə yönəlmək isə əsl məharət tələb edir.Çalışaq ətrafımızdakı pisləri yaxşılıqla yaxşı tərəfə çəkək ki, pislərin sayı azalsın.Əgər xeyri yoxdursa onda həmin insanlardan uzaq olsaq yaxşıdır.
Elvin Eldar
Allah baqishlayandir Ancaq biz naqadar istasakda bazan baqishlaya bilmirik
peqasus
men cox seye demek olar ki her seyi bagislayiram amma bunu bezen bildirmirem cunki bezi seyleri bagislayanda sexsiyyetli olsan da bezilerini bagislayandasexsiyyetsiz olursan
Rene
Bağışlamağa çalışıram, çünki bağışlamaq lazımdır. Bağışlayanda insanın içi yüngülləşir, mənən rahatlıq tapır insan… Həm hamımızın o qədər günahı var ki… Qorxuram sabah axirətdə kimisə bağışlamasam kimlərsə də məni bağışlamaya bilər. Düzdü, bəzi şeyləri bağışlamaq ağır gəlir bəzən, amma Allaha dua edirəm ki, haqqıma girən hər kəsi bağışlamağıma və eyni zamanda haqqına girdiyim hər kəs tərəfindən bağışlanmağıma yardım etsin.
doYwanka
kinli deyilem. duzdu tez kusurem,daha dogrusu tez xetrime deyir ama kin saxlamiram ve cox tez bariwiram. umumiyyetle kusulu hec kesle qala bilmirem. kusulu qalsam geceni yata bilmerem)))
AMA DEYIRLER BAGIWLAMAQ UCUN GEREK YADDAN CIXARDASAN, ama unutmaq ise cetin olur cox adamlar ucun.
məryam
Men bir oğlanın gelbini çox pis qırmışam. Kaş meni bağışlasa. Mene göre, başına oyun açılıb. Ax, çox pis qızam. İnşallah meni bağışlayar.
pascal
Küskünlük heç sevmədiyim işdir. Bağışlamağına bağışlayaram e, ama o, bağışlanan da bunu dərk etsin. Mənim məğlubiyyətim, özünün zəfəri kimi anlamasın. Adama dəyən budur.