Corc Soros-onun kimi milyoner olaq

Corc Soros investisiya aləminin ən məşhur simalarındandır. Əgər Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə və investisiyalara aidiyyatı olan insanlara məlumdursa, Corc Sorosun şöhrəti bu əhatə dairəsindən çoxdan çıxmışdır.
Bu gün Corc Sorosun əsasını qoyduğu fondlar Şərqi Avropanın 50 ölkəsində, keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərir. Bu fondların prospektlərində qeyd olunduğu kimi, onların işinin məqsədi fəaliyyət göstərdikləri ölkələrdə açıq cəmiyyət institutlarının yaradılması və fəaliyyətinin təmin edilməsidir.
Corc sorosHesablamalara görə, Corc Sorosun xeyriyyə fondları şəbəkəsi hər il təhsil, səhiyyə, vətəndaş cəmiyyətinin inkişafına və s. sahələrdə layihələrin dəstəklənməsinə 400 milyon dollar vəsait sərf edir.
Corc Soros 1930-cu il avqustun 12-də Budapeştdə ortabab ailədə, Tivador Şvarsın ailəsində anadan olmuşdur. Tivador vəkil, həyat yoldaşı Elizabet çox zəngin və adlı-sanlı ailədən idi. Atası vəkil olsa da, hüquq çərçivəsindən çıxaraq, əlavə işlərlə də məşğul idi. O, həm də yazıçı-esperantist idi, ədəbi jurnal nəşr etdirir, burada öz yazılarını dərc edirdi. Lakin ömrünün çox hissəsini hovuzda, kafedə, buz meydanlarında və başqa əyləncə yerlərində keçirdiyindən, bacardığı qədər işlə məşğul olmurdu. Təhlükələrdən həzz alan bu şəxs tez-tez riskə getməyi xoşlayır, birjada daim oynayardı. Onu hətta vətənpərvərlik hissi deyil, sadəcə riskdən həzz almaq həvəsi Birinci Dünya müharibəsinə aparmışdı. Avstriya-Macarıstan tərəfində döyüşən Şvars əsir düşmüş, Sibirə göndərilmiş və oradan qaçaraq Budapeştə qədər gəlib çıxa bilmişdi.
Tivador Şvars heç vaxt oğulları Corc və Pavelə cib xərcliyi verməkdə xəsislik etmirdi. İstədikləri qədər onlara pul verir, bununla da onları pula qarşı məsuliyyətli olmağa öyrəşdirirdi. Tivadorun həyat tərzi ailə büdcəsində daim çətinliklərə səbəb olurdu. Yəqin ki, uşaq yaşlarından maddi çətinliklərlə üzləşmiş bu qardaşlar pulun qədrini bilməyə başlamışdılar. Corc Soros işlədikcə nəhəng kapitallar yığa bilmiş və bunu asanlıqla xeyriyyə məqsədlərinə sərf etməyə başlamışdı.
İndi Corc Soros Nyu-Yorkun göydələnlərindən birində yaşayır. 50 il əvvəl böyük ambisiyalarla və cibində 2 dollarla Manhettenə gəlmişdi. Bu gün o, evinin yaxınlığında BMT-nin baş qərargahının yanında bayraqları dalğalanan dövlətlərdən daha zəngin və nüfuzludur.
Lakin buna baxmayaraq, bir il ərzində milyard dollar qazana bilən insan kimi bütün dünya üçün tapmaca olaraq qalır. Onun maliyyə və iqtisadiyyat haqqında fəlsəfi açıqlamaların və fikirlərin müəllifinin birmənalı fiqur olmadığını təsdiqləyir. Jurnalistlər və bioqraflar hələ də onun uğurlarının sirlərini öyrənə bilməmişlər.
MÜƏLLIF: SƏBINƏ

Mənbə iqtisadiyyat.com

Sorosun məşhur funt sterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.

12 şərh

bloqçu

Corc Sorosa alqışlar, bu başqa məsələ.


«Corc Soros-onun kimi milyoner olaq» —  özün kimi olmaq, daha doğrusu özün olmaq və nə istədiyini yaxşı bilməz lazımdır. Əminəm ki, o da nə istədiyini yaxşı bilirdi.

girl_moon
Bir az əvvəl xəbərlərə baxırdım. Azərbaycanın milli sənət nümunələrini hazırlayan dəmirçi təəssüf edirdi ki, bu sənəti davam etdirən yoxdur. Amma bir hüquqşünas oğlan bildirdi ki, qarşısına məqsəd qoyub, hüquqşünaslıqdan əlavə bu sənətin sirlərini dərindən öyrənəcək ,həm də dəmirçi olacaq. Qarşısına məqsəd qoyan insan hər bir sahədə uğur əldə edə bilər.
bankir
Əvvəlcə normal adam olaq sonra Corc Soros olarıq.
Əliyev
Məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının uğurlarının səbəblərini araşdırıb.  Lent.az-ın verdiyi məlumata görə, aparılan tədqiqat zamanı 10-dan çox milyarder, 20-yə yaxın multimilyonçunun həyatı və fəaliyyəti tədqiq olunub. Məlum olub ki, onların uğurlarının 3 əsas səbəbi var.
Birincisi, bu insanlar heç vaxt uğursuzluqla üzləşməkdən qorxmayıblar.
İkincisi, yeni gəlir mənbələri ilə bağlı məlumatları və problemləri əl altından öyrənib, bu barədə cəmiyyətə informasiya sızdırmayıblar.
Milyarderlərin və multimilyonçuların uğurlarının üçüncü səbəbi daha çox diqqət çəkir. Məlum olub ki, onların həyatda bu səviyyədə uğur qazanmalarında uğurlu evlilik əsas amillərdən biridir. Söhbət heç də onların evləndikləri xanımların varlı ailədən olmasından, varidata malik olmalarından getmir. Sadəcə, bu insanların xanımları hər zaman onları birmənalı dəstəkləyiblər və bu insanlar da atdıqları addımın uğur gətirəcəyinə əmin olublar.
kastanka

Sizə qəribə gələcək ama mənim diqqətimi şəkildəki Sorosun qalstuku çox cəlb etdi.Üzərində milli ornamentlər buta və s.görünür.Yəqin ki o da Azərbaycanın pərəstişkarıdır.Sərəs fondu burda keçirilən bir çox layihələrə də qrantlar ayırır və  sponsorluq edir.


Məncə o da atası kimi risk edərək birjalarda qazanıb milyonlarını.Ola bilsin ona hansısa nir sirr məlumdur və Əliyev userin dediyi kimi bunu ictimaiyyətə açıqlamayıb.

Əliyev
Soros azərbaycanlıdır. Əsl adı da Sirus olub. Xaricdə yaşasa da azərbaycanlı olduğunu unutmur.Milli adət-ənənələrimizi də yaddan çıxarmır.
Bilici

Corc Soros = aysberqin görünən üzü və ya saman altdan su yeridən


sadəlövh omayın

ekoibrahim
Azərbaycanlı? Axı atası Macardı? nəsə ailə məsələləri qarışıqdır deyəsən
təpəgöz
Kim deyir ki o azərbaycanlıdır?
angel_of_war
Neye  gore  Azerbaycanda  kimin  haqqinda maraqli  fakt olursa  o saat  onu Azerbaycanli sayiriq?
Nike
Finance dərsindən Soros haqqında prezentasiya hazirlamişdıq ela keçmişdi, onu Paris mehkemesi de külli miqdarda cerimelendirmişdi, TRASECA ölkələrinə də böyük təhlükə törətmişdi. British Bank da ki, onun şedevri idi de))
2ral
Soros fondu (Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu və ya ACIYF) Azərbaycanda 2012-ci ildən etibarən fəaliyyətini dayandırı.
Azərbaycan elə bir yerdir ki,heç Corc Soros da burda baş girləyə bilməz:)