Öz markasını yaratmaq istəyənlər bunları mütləq bilməlidir!

Gəlin, birlikdə şəxsi brendimiz üçün edə biləcəklərimizə nəzər salaq.
Adımız
Adımız şəxsi brendimizdir, əgər bunu internet aləmində doğru idarə edə bilməsək, qarşımıza xoşagəlməz nəticələrin çıxması da qaçınılmaz olar.
Şəxsi brendləşmənin məqsədi internet resurslarında sizi axtarışa verən şəxslərin haqqınızda “düzgün informasiya” əldə etməsini təmin etməkdir.
Öz markasını yaratmaq istəyənlər bunları mütləq bilməlidir!
Sosial media
İstifadə etmək istədiyiniz hər bir sosial şəbəkəyə öz adınız və soyadınız ilə daxil olun. Bəzi şəbəkələr sizə qeydiyyatdan keçərkən təsadüfi URL verə bilər, lakin bunu adınızla daxil olaraq parametrlər bölməsindən asanlıqla dəyişdirə bilərsiniz.
İnternetdə özünüzə məxsus domenə sahib olun
Əgər mümkündürsə, adınız və soyadınız ilə bir domen satın alın, bununla həm onlayn portfolio hazırlaya bilər, həm də şəxsi brendinizə sərmaye qoymuş olarsınız.
Onlayn domeninizi qoruduğunuza görə indi şəxsi brendiniz üçün çalışa bilərsiniz.
Sizi siz edən hansı göstəricilərdir, özünüzü nə zaman həqiqətən “olduğunuz” kimi hiss etmisiniz və həmin anda nə işlə məşğul idiniz?
  • Hansı işlə məşğul olmaq sizi həyəcanlandırır.
  • Səyahət, texnologiya, dizayn, fotoqrafçılıq, sahibkarlıq...
  • İnandığınız 5 nəfərin fikrini soruşun
  • Sizin 5 güclü xarakterik xüsusiyyətiniz hansılardır? Əmin olun ki, fərqli və maraqlı cavablar alacaqsınız.
Təcrübələr
Özünü karyeranızın hansı mərhələsində daha uğurlu və o işi görməkdən məmnun hiss etmisiniz?
Bütün dünyaya sevdiyiniz işlə məşğul olarkən görə biləcəkləri sizi tanıdın, çünki sizin işə götürülmə və ya məhsuldar olma səbəbiniz məhz budur.
Hədəflərinizi göstərin
Beş il deyil 1-3 il üçün həm şəxsi həyatınızda, həm də karyeranızda nə etməyi planladığınızı göstərməlisiniz.
1-3 il içində özünüzü harada gördüyünüzü peşəkar dildə yazın və sosial media hesablarınız da bu istiqamətdə olmalıdır.
Və təbii ki hədəf auditoriyası
Hədəf auditoriyanız kimlərdir? Sizi hansı işlə məşğul olarkən tanımalarını istəyərsiniz, haqqınızda nələri bilməlidirlər?
Bu məlumatları onlara siz verməlisiniz...
LinkedIn profilinizi üçüncü şəxsin adından yazmalısınız, nümunə üçün Cef Veynerin profilinə göz gəzdirin. Profil şəklinizin peşəkar görünüşlü olmasını isə artıq bilirsiniz.
Dəyərləriniz nələrdir və orijinal siz kimsiniz?
Sizin üçün dəyərli olan nə varsa qeyd edin, ailə, azadlıq, cəsarət, dürüstlük, hüzur, peşəkarlıq və s. Bu siyahı sizin istəyinizə uyğun olaraq davam edə bilər.
 
Mənbə: banco.az

0 şərh