Özünü Tanı

Bir meşədə iki adam ağac kəsirmiş. Birinci adam səhərlər erkəndən qalxır ağac kəsməyə başlayırmış.
Bir ağac aşarkən dərhal digərinə keçirmiş.Gün boyu nə istirahət edir nə də günorta yeməyi üçün özünə vaxt ayırırmış.Axşamları da yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxırmış.İkinci adam isə arada bir istirahət edir və hava qaralmağa başladığında evə dönürmüş.Bir həftə boyunca bu tempdə çalışdıqdan sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.

Nəticə: İkinci adam çox daha çox ağac kəsmiş. Birinci adam hirslənmiş :«Bu necə ola bilər? Mən daha çox çalışdım. Səndən daha erkən işə başladım səndən daha gec bitirdim. Amma sən daha çox ağac kəsdin.Bu işin sirri nə?»

İkinci adam üzündə təbəssümlə cavab vermiş :«Ortada bir sirr yox. Sən dayanmadan çalışarkən mən arada bir istirahət edib baltamı itiləyirdim. İti baltayla daha az səylə daha çox ağac kəsilər „

Özümüzə zaman ayırıb həyatımızı obyektiv bir baxışla nəzərdən keçirməliyik. Zəif tapdığımız sahələrimizi inkişaf etdirmək üçün səy göstərməliyik. Bu zehinimizin ruhumuzun xarakterimizin güclənməsi üçün olmazsa olmaz bir şərtdir. Delfidəki məşhur məbəddə Sokratesin bu sözü yazılıb:»İnsan: Özünü Tanı"
Özünü tanımaq bu anda olduğumuz nöqtəylə olmaq istədiyimiz nöqtə
arasındakı yoldur. Özünü tanımaq özümüzü necə gördüyümüz ilə
başqalarının bizi necə gördüyü arasında bucaq olmaması mənasını verər.
Fərdi və iş həyatımızda müvəffəqiyyətli xoşbəxt və  olmaqın istəyiriksə özümüzə zaman ayırmalıyıq...

4 şərh

lyara
ey insan ozunu derk et ozunu derk etsen ALLAHI derk edersen ALLAHI derk etsen butun kainati derk edersen.hansisa mehwurun sozleridi belkede sokratin bilmirem deqiq ama mence bu cur oxumuwdum. amma derk etmek ucun cox gozel numune vermisiniz. ozunu derk mene catmirdi
elshad
xoş sozlər üçün cox saqolun.
ekoibrahim
Olduqca maraqlı hekayədir. Təşəkkür edirəm! :)
ayxansevda
hər işdə ağıl lazımdı bir də ki, insan özü üçün yaşamalıdı yoxsa ay filankəs belə gəldi elə getdiu. öz üzərində işləmək öz imkanlarından bəhrələnmək əsas şərtdir. hər