Sən ki ağac deyilsən!

Həyat rəngarəngdir, həyat maraqlıdır. Amma, bəzən bizlər bu marağı görmürük, anlamırıq. Elə bilirik ki, hər şey necə də mənasızdır. Həyat qazanında günlərimizi qaynadıb gedirik, amma, bilmirik ki, bu yeməyə necə dad qataq. Bəzən arzularımız, istəklərimiz yarı yolda qalır, çin olmurlar, bu da yava-yavaş bizim qol-qanadımıza çart verir. Amma, həyatda optimist olmaq lazımdır. Həyata gülmək lazımdır ki, həyat da sənə gülsün.  Biz özümüz özümüzü günün qaralığına inandırsaq gün həqiqətən də qara olmazmı? 
Bir məsəl var: – Əgər hal-hazırda olduğun yer səni qane eləmirsə yerini dəyiş. Sən ki ağac deyilsən!!! Biz isə irəliyə baxmağı bacarmırıq. Halbuki, bacarsaq, nələrə nail olarıq, nələrə. Həqiqətən də, axı biz ki, ağac deyilik, bəs nə üçün eyni yerdə didinib-durur, irəliyə doğru hərəkət edə bilmirik?! Sonra da ruhdan düşüb qara günün qaranlığında solub gedirik.
optimist-pessimist-normal
Yer üzündə optimist olmaq, həyata sağlam baxışlarla baxmaq lazımdır. Bunun üçün bizlər ilk öncə qarşımıza məqsəd qoymalıyıq. Məqsəd çox vacibdir. Çünki, o bizi ruhlandırır, gücləndirir.
 Xatırlayın, biz uşaq olanda anamızın dabanlı ayaqqabılarını geyər, bəzənər, güzgü önündə böyükmüşük kimi, məzələnərdik. Biz böyüməyi yaman çox istəyirdik və valideynlərimiz bizə yemək yedizdirdiklərində biz o yeməyi istəmirdiksə, onlar bizə belə deyərdilər: “bunu yesən tez böyüyəcəksən!” Biz də bu sözdən sonra o yeməyi yeyirdik, yeyirdik ki, tez, daha tez böyüyək. Demək istəyirəm ki, biz hətta uşaq ikən belə, məqsədin nə olduğunu dərin anlamasaq da böyümək üçün çalışırdıq, can atırdıq. Məqsədimiz böyümək idi..
aaaaa
 
Bu hər zaman belə olur. Biz əgər həyatdan nəsə istəməsək, deməli can atacağımız bir şey də olmur və beləcə ağac kimi qalırıq yerimizdə. Bir qasırğa olan kimi də, sınıb, aşırıq. Bu ağac kimi eyni bir yerdə qalmamaq üçün qarşımıza məqsəd qoymalı, bu məqsədə doğru getməli və bu ağac kimi bir qasırğanın, qasırğa da bir yana, adi bir küləyin təsirindən sınıb, aşmamaq üçün iradəli olmalıyıq. Çoxları üçün bu çətindir. Çoxları da deyir ki, qarşımıza məqsəd qoymaq üçün heç olmasa ilk öncə iradəmiz möhkəm olmalıdır. Amma, axı məqsədimiz olmasa o iradə hardandır?
Qarşımıza o məqsədi qoymaq üçün bizdə ilk öncə istək olmalıdır, həqiqi istək. İradə isə mütləq bizə lazımdır o vaxtda ki, biz o istəyə, o məqsədə çata bilək, bu yolda qarşımıza çıxan min-bir çətinlikləri yenib, istədiyimizə nail ola bilək. Bizim məqsədimiz olarsa və biz ona çatmağı nə qədər möhkəm diləsək, istəsək, iradəmiz də bir o qədər güclü olacaq.  Bunlar hər biri bir-biri ilə bağlı, bir-biri ilə əlaqəlidirlər. İradə də olmalıdır, məqsəd də. Arzu da olmalıdır, istək də. Ən əsası da unutmamaq lazımdır ki, optimist olmaq gərəkir. Yəqin ki, ən başda məhz elə bu durur..
Həyat yolunda hər bizimizə uğurlar olsun, məqsədlərimizə, arzularımıza çataq! Amin!

14 şərh

fidan
Müəllif,səhv eləmisən,gərək bu yazını səhər qoyardın ki,yuxudan durub oxuyanda həvəslənsin))).Camaat işdən çıxıb yorulanda belə məqalələr təsir eləmir.
Uğur psixologiyası bloquna yerləşdir.Birinci çox kiçik şəkli də dəyiş yaxud sil,pis görünür.
bloqçu

Təsir eləmiirrr, həə orası da var)))
Yaxşı şəkli silərəm.

Leyla
hər şeyin əsasında məqsəd duru,bunu yaxşı yazmısan.
Yadıma uşaqlığım düşdü:) Doğurdan da uşaq vaxtı böyük olmaq üçün elə can atırdıq ki. İndi isə peşmanam.Kaş elə uşaq kimi qalaydıq.
Tester

Şəbnəm xanıma bu məntiqli, düşüncəli və dünyəvi problemi yüksək səviyyədə təqdim etdiyi üçün minnətdaram. Mənfi şərh yazanların nəzərinə


yazılarda coxlu texniki səflər ola bilər lakin biz yazının səflərini deyil məntiqini başa düşməyə çalışmalıyıq. Təsüfki hər kəssin  bu cür məntiqi yoxdur.


Şəbnəm xanım sizə bir daha təşəkkür edirəm və yüksək qiymətləndirirəm

təpəgöz
Texniki səflər səhvlər
Təsüfki Təəsüf ki
bloqçunun yazıları həmişə maraqlı olur.
Kor Zabit
Bağlanmış söhbəti açmaq mənə yaraşmaz ancaq sizin də səhviniz var cənab təpəgöz). Təəsüf yox təəssüf olmalıdır. Tester sen də söhbəti yaman tutursan, halaldı, hardasa razəlaşıram ancaq hər ikisi olsa daha da yaxşı olar. İmza: Kor Zabit
Yucin
İşinizə qarışmaq istəməzdim ancaq Sizin də səhviniz var cənab Kor Zabit )) razəlaşıram yox razılaşıram.
Kor Zabit
Öz aramızdı pis sındım)) ancaq sizin də səhviniz var.
Yucin
Birde ki, Allah elemesin sınasız
Kor Zabit
Mən məcazi mənada dedim sınmağı, sizi böyük yazmağa ehtiyac yoxdur. Hörmət mənasındadır bilirəm ancaq nəisə) bu sohbət burda bağlandı)
bahar
Yazı yaxşıdı.şəkillər də açılsaydı əla olardı.
Tester
Uşaqlar siz yenə də, məntiqə fikir verməyib texniki səhflərə fikir verib bir birinizi yavaş yavaş texniki səhfləri olan quyuya atmısınız indi çalışın bir birinizə təstək olub məntiqinizi işə salıb quyudan çıxasız. Fikir verin yazarların çoxu texniki səhflərə fikir verib amma yazıda olan hikmət haqqında müsbət fikir bildirən azdır. Gəlin Vətənpərvər olub bir birimizə hörmət edib və dəstək olaq. Yazarların hamısına təşəkkür edirəm.