Axtardığın cavab sualından asılıdı.!

İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə  düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.

Özümüzə sual verməmişdən öncə alacağımız cavablarla nə etmək, hara getmək istədiyimizi unutmamalıyıq. Sualı düzgün verdiyimizdən əmin olmalıyıq.Daha bir misal: '' Niyə bu hadisə həmişə mənim başıma gəlir'' sualını soruşarkən niyyətimiz nədi?.. Bu sualdan gözlədiyiniz cavab sizi  hara aparacaq? Cavabı düşünərkən özünüzü necə hiss edirsiniz ?
Eyni sualı başqa formalarda özümüzə versək, misalçün :'' nə etsəm bu hadisə bir də başıma gəlməz?'' və ya '' Bu hadisə, baş verənlər mənə nə öyrətmək, demək istəyir? '' Təbii ki, ilk sual forması bizi əlacsızlaşdıraraq fikrimizi yayındıracaq, Amma ikinci sual forması bizi gücləndirib irəliyə aparacaq.

Gözəl, pozitiv cavablar bizi gözəl sonluqlara aparır. Bunun üçün də özümüzə sualı gözəl formada verməyi öyrətməliyik. ''Mən niyə uğur qazana bilmirəm?'' sualını özümüzə verdikdə dolayısı ilə özümüzü müvəffəqiyyətsiz olmağımızı təsdiqləmiş oluruq və hətta bunun üçün beynimizdə əsas da yaradırıq ki, elə həqiqtən də mən uğur qazanmamalıydım. Amma eyni sualı bu formada versək  '' Uğur qazanmağım üçün daha nə etməliyəm? '' və ya '' Daha hansı üsuldan istifadə edə bilərəm? '' Bax, bu indi gözəl və pozitiv cavablar beynimizdən ala bilərik..Beynimizdən gözəl cavablar almaq diləyi ilə Sağolun…

7 şərh

umud600
Sağ ol Səbuhi! Həmişə belə optimist ol! Bir dıkkılıca əlavə: " Sabah edərəm " demə! Nə qədər sabahlar keçdi. Ayıq ol! Əkin zamanı tamamilə keçməsin.
MaksiMuS
Allah razi olsun qaqam.sozund quvvet, 'sabah ederem deyenin dunen cenaze namazin qildilar.' sagol
lili95

SƏNdən əla psixoloq cixar.


 


TƏŞƏKKÜR

MaksiMuS
Sagol.beyendiyine sevindim.
Aysel77
Cox maraqlıdır.Psıxologiya ile maraqlanıram.zov aldım oxumaqdan
SHATENKA407
nəzərə alaram bundan sonra ))
soni_memmedzade
çox maraqlıdır.sırf öz əməyin olduğuçün adama ləzət verir.gəl ki,bunu edə bilirikmi?elə biri mən beynim daim bu suallarla dolu olur.təşəkkürlər.