Ümidinizə Şans verin

Fars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „ 
Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.
Birincisi: Padişah bu il ölə bilər.
İkincisi: Mən ölə bilərəm.  
Üçüncüsü: At ölə bilər .
Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “

Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...

11 şərh

DiplomatkA
Hekaye maraqlıdı. Şəkil isə çox gözəl seçilib,topikə görə təşəkkür:)
lili95
Gör kim şansdan danisir
_BUMERANQ_
Sonuncu ölən ümidlərdir…
kocharli
Bəyəndim.Təşəkkür edirəm.
SHATENKA407
adamdakı ümidin böyüklüyünə bax…
K_Zeynalli
İnsan nə qədər çox ümidlə yaşasa daha az nailiyyət əldə edər. Bu hekayədə "özünə təsəlli vermək«dən başqa heç nə yoxdu. Məqsəd olmalıdı və ona doğru irəliləmək lazımdı.
soni_memmedzade
ÜMİD ƏN SON ANDA ÖLÜR.Amma baxaq görək hər adam da o ümüdlə yaşaya bilirmi?Mənim də ümidlərim çoxdur.kaş ki,,,,dediklərim o qədərdir ki..nə bilim ey həyatdır də yaşayarığ görərik.çox sağ ol Maksito.