Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, - deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa... O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki... Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: "Ailəm" jurnalı

15 şərh

Süvari
TAM RAZIYAM. FİLOSOFLARIN ƏKSƏRİYYƏTİ HAMIDAN FƏRQLİ VƏ QEYRİ ƏN ƏNƏVİ İNSANLAR OLMUŞLAR.
ayxansevda
bu təkrardır
Rene

Mən həmişə əvvəlcə axtarıram ki, təkrar olmasın, özüm sevmirəm bunu. Ancaq bunu tapa bilməmişəm, yəqin başlıq fərqli olub ona görə. Silmək imkanı yoxdu heyf ki.

0021
hetta hansisa serkerde haqinda hekayede deyilirki muharibeni qalib gele bilmirmish dilxor veziyyetde qarishqalarin dvijeniyasina baxir fikre dalir ve bele bir netice chixardirki eger qarishqa boyda canli yemi yuvasina salmaqchun bir neche defe agzinnan dushen bugdani ruhdan dushmeden tekrar tekrar qaldirir ve sonda istediyine nail olursa dimeli insan onnanda artigina qadirdi ve bu minvallada doyushchulerini muharibe ruhuna kokleyir ve muharibeni qalib gelir)alqishlayin o serkerdeni))
perceptron
Cox nesiatamiz ehvalatdir, amma razilasharsan ki, yashadigimiz cemiyyetde bu hec de asan basha gelmir… :(

PS: meni senin hekayende  dvijeniyasina 
perceptron
sozu diqqetimi cekdi, hec ozum de bilmirem niye? Belke de yazi dilinde bele ruslardan qalma sozlerin istifade edilmesi bir az gulmeli gelir. Bunu sene pis fikirnen yox, sadece fikirleshdiyimi sene demek ucun. Hekim deyib ki, icinde saxlama ureyive ziyan olar :)

PS: texniki qusurlara gore saytin adminine muraciet edin :)
0021
duz eliyirsen hec neyi ureyinde saxlama ureyive gelenneri munasib en gisa yollarnan xaric ele etraf aleme qarishsin)vay ekologiyanin halina)
Nailə_Qasarayeva
Hal-hazırda bağlanmış qulaqlar mərhələsindəyəm. :) Məqsədimə çatacağıma  ətrafımdakıların heç birisi inanmır.
Shabnam_Ilham
Təkrar olsa da, mənim hal-hazırki vəziyyətimə daha yaxşı təsir göstərdi və necə deyərlər ruh yüksəkliyi verdi. Çox sağ olun :)
Rene
Siz sağ olun :)
girl_moon
0021, qarışqaya baxıb ruhlanan sərkərdə Əmir Teymur olub, alqışladım onu))
0021
bir serkerdeki qarishqaya baxib ruhlanir onnan ne serkerde?!)camaat shir-peleng saxliyir))
Diamonds
Chox sag olun )))
azadmamedov90
adamin qulagi kar olsa bele YAzi yazib gosterecekler, ve ele bir priyom tapacaqlar ki, mehettel qalacaqlar…