Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə  xərcləyə bilsən, xərclədiyini unutsan  və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən; 
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;
Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;
Əgər səbr etməyi bacarsan və daim səbr etsən: haqqında yalan söyləsələr belə, sən onlara qulaqlarını bağlasan, sənə nifrət etdiklərini
bildirsələr belə, sən onlara göz yuma bilsən;
Əgər itaəti müdirinin qapısı ağzında boynubükük dayanmaq yox, ona hər zaman sədaqətli olmaq kimi anlaya bilsən;
Əgər “insan olmaq nə qədər çətindir” həqiqətini dərk edə bilsən;
Əgər sən özünə inansan və sənə inanmayanları da haqlı saya bilsən;
Əgər düşmənlərin, hətta dostların belə səni incitdikləri zaman “döyənə əlsiz, söyənə dilsiz, lazım gəlsə könülsüz” cavabını verə bilsən;
Əgər “xəyal dənizində gəmi batmaz” deyə düşünərək xəyallara dalsan və səhv yola düşməkdən yayına bilsən;
Əgər olduğun kimi görünə bilsən və ya göründüyün kimi ola bilsən;
Əgər qələbə və məğlubiyyətlərə eyni münasibət göstərə bilsən və bir ömürlük zəhmətin belə puç edildiyi zaman hər şeyə yenidən başlaya
bilsən;
Və əgər bir daha geri dönməyəcək dəqiqələrin hər bir saniyəsinin haqqını layiqincə verə bilsən;
Yer üzü və üstündəkilər sənin olar!
Sən özün də ideal bir insan olarsan! 

4 şərh

perceptron
Herden yaddashi tezelemek ucun lazimli meslehetlerdi.

PS: shekilde azerbaycan herflerden istifade etmish olsaydi lap ela olardi, birinci defe oxuyanda lap cashib qaldim :)
MaksiMuS
İstəyinizi nəzərə aldım. Təşəkkürlər
soni_memmedzade
Səbuhi çox sağ ol.ən çox xoşuma gələn bu cümlədir ki,Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;
Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;

sırf bu yolu seçmişəm.amma səhv anlaşılıram.kiminsə kiməsə istəyini nə ilə ölçüyə qoyurlar bilmirəm deyənddə ki,ətrafımda insanlar tərəfindən dəyər verilib,sevilirəm,mənə deyirlər ki,sənə dəyər verib neynirlər ki?əgər səni sevənlərin gözündə səmimiyyət,sədaqət görürsənsə,hər səni görəndə bu insanların qarşında əridiyini görürsənsə,sevgilərinin saxta olmadığını görürsənsə,məgər sevgilərini dəyərləndirməmək olarmı?sevgi kiminsə kiməsə nəsə verməsidirmi?madiyyatdırmı?bu cür düşüncələr məni həyatda heç də rahat buraxmır.deyirlər dünyanı düzəltmək sənəmi qalıb?birinə pisxoloji yardımda bulunmaq eyibdirmi?ürəyim doludur.bilmirəm başa düşəcəksinizmi?yoxsa siz də hamı kimi sənə nə?deyəcəksiniz.tərbiyəvi cəhətləri çoxdur mövzunun təşəkkürlər

Kamran2306

Eger bu  «eger» sozu olmasaydı........