Simurq elə özünüzsünüz

Simurq qədim İran əfsanələrində baş və bədəni qartala, quyruğu- tovuzquşuya, caynaqları isə şir pəncələrinə bənzər quş kimi təsvir olunur. 
Sasanilərin hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmi emblemi olub.
Əttar özünün "Məntiquttəyr" ("Quşların dili") kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir:"Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib Təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir:"Bir, sayınıza nəzər salın, simurq elə özünüzsünüz."
Quşlar saylarının  doğrudan da otuz olduğunu görürlər." (si-fars dilində otuz, murq-quş mənasını verir)
Şanapipik quşların əhvalını qaldırmaq məqsədilə onların təsəvvüründə simurq adlı varlıq yaradır. Quşlar ona çatmaq üçün xüsusi əzmkarlıq göstərirlər.
Əttar bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir. 

4 şərh

MaksiMuS
Diqqətdən kənarda qalmış daha bir topik… Maraqlı və ibrətli hekayədi.Həqiqətən də bir çoxumuz öz güc, imkan və potensialının sərhədi, həddi barədə bixəbərdi. Bu müəyyən mənada məlumatlı olmağımızdan irəli gəlir. Məlumat bizı güclə bərabər təfəkkürmüzü, təxəyyülmüzü, risk etmə istəyimizi buxovlayır. Necə ki, burda bu haqda məlumat verilib http://bit.ly/Pw7A2Q
soni_memmedzade
Maraqlı eyni zamanda səviyyəli və ibrətamız hekayədir.Hər insan da bacarmır çətinliklərə sinə gərməyi.Hissə qapılıb özlərini,yaşam tərzlərini unudur,sanki,dünyanın sonuymuş kimi fikirlərlə özünü məhv edir.Çırpınmaq əvəzinə özlünü,yaşamını məhv edir.
Asya
maraqli  idi  twkleeeeeeer
ihsanmurat
arkadaşlar bu kitabı azeri ya da rus dilinde satış yapan bir internet sitesi bulursanız benimle paylaşabilir misiniz? bir arkadaşıma hediye almak istiyorum. tr sitelerde sadece türkçe olanı var. şimdiden teşekkürler.