Рейтинг
+144.88

uğur psixologiyası

154 üzv, 157 topik

Kimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:
“Soruşurlar:
-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?
İmam cavab verir:
-Əlbəttə yaxşılıq edərdim.
-Əgər o yenə pisliklə cavab versə?
-Yenə yaxşılıq edərdim.
-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?
Həzrət Əli suala sualla cavab verir:
-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”
Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünürsə,hər əməli üçün ürəyinə Ona hesabat versə,heç bir yaxşılğı itməz.El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya,balıq bilməsə də,Xaliq bilər”.Əslində insanın niyyəti də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa,mükafatını da ona görə alır.Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə,daha doğrusu,hər yaxşılğı verilmiş bir borc kimi qəbul edirsənsə,əlbəttə aldığın ürəyincəolmaaycaq.Məsələni bir qədər də açıqlasaq,deməliyik ki,Allah dünyanı istəyənlərə dünyanı,axirəti istəyənləri axirəti verir.Və hər kəs öz niyyətinin əvəzini alır.
Bu yerdə onu xatırladaq ki,yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir.Peyğəmbərimiz (s.ə.s) bildirir ki,Allah,etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz,onunla danışmaz.Ancaq bir məsələ var ki,bəzən səbrimiz daralır,bəzən kimdənsə umub-küsürük.Belə məqamlarda mümkün qədər özünü ələ almaq,sakitləşmək və “kənara çəkilmək” lazımdır.Çünki səbir hər şeyi öz yoluna qoyur...
Davamı →

Yumruq

Deyilənə görə, İsaak Nyuton doğulanda o qədər zəif olub ki, sağ qalacağına heç kəs inanmayıb. Sən demə, fiziki baxımdan cılız şagird olan Nyutonu elmin göylərinə ucaldan, onu dünyanın ən dahi insanlarından biri halına gətirən əsas səbəblərdən biri sinif yoldaşının onun qarnına yumruq vurması olub. 
Bir dəfə dərsini danışan Nyutonu müəllim tərifləyir. Bunu həzm edə bilməyən sinif yoldaşı bir daha dərs öyrənməməsi üçün İsaakın qarnına möhkəm bir yumruq vurur. Yumruq vuran uşaq məktəbin ən yaxşı şagirdi idi və istəmirdi ki, heç kəs onu ötsün.
Uşaqlıq illərində hansımızın qarnına yumruq dəyməyib ki? Ancaq heç birimiz Nyuton ola bilməmişik. Bilirsinizmi niyə?
Ardı →

Uğur qazanmanın başlıca düşmənləri

1. Uğurun ilk düşməni tənbəllikdir.

Uğur qazanma yolunda sənin ən böyük düşmənin tənbəllikdir. Burada sənə tənbəlliyin tərifini açası deyiləm. Onu mən, sən, hamımız az-çox tanıyırıq. Tənbəllik insan qarşısına çıxan, onunla kişi kimi savaşan bir düşmən deyildir. Əksinə, qədim sehirli nağıllardakı qəhrəmanlar kimi, cilddən -cildə girərək və min bir hiylə quraraq məğlub etməyə çalışan bir nakişidir. Təhlükənin böyüklüyü də buradan irəli gəlir. Tənbəlliyin digər adları öləziklik, yüngüllük, yelbeyinlik, ətalətlilik, keylik, kefcillik, cansevərlikdi. Tənbəllik aktyor kimi tez-tez rolunu dəyişir. Bəzən səmimi və yaxşılığını istəyən dost görkəmi alır. Bəzən ən ədalətli insan olur, yorğun düşür, xəstə olur. Bəzən iş tutan kimi görünür, amma heç bir iş görmür.
Ardı →

Optimist olmaq nə verir?

Yaxşı başlayan hər nə varsa, pis qurtarır, Pis başlayan isə ondan da pis qurtarır...” (Artur Blox, “Merfi qanunu”)
Bizim dövrümüzdə optimist olmaq asan deyil! “Yenə işlərim pis gedir. Mən belə də bilirdim” deyimi daha məqsədəuyğundur və adətən biz bu deyimə üstünlük veririk. Lakin optimist olmaq nəinki yaxşıdır, həm də sərfəlidir. Hətta maddi nöqteyi-nəzərdən!
Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət edir. Gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticə isə? Optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət ürəkaçan olmur.
Davamı →

Ən yüksəkdəki qurbağa

Günlərdən bir gün qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar.
Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış Yalnız bu səslər eşidilə bilirmiş:
«Yazıqlar»
«Heç bir zaman bacara bilməyəcəklər!»


Ardı →

Apple qurucusu Stiv Cobsun çıxışı

Bu gün burada dunyanın ən yaxşı universitetlərinden birini bitirməniz münasibətiylə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, kollecdən məzun olmamışam və ilk dəfədir ki, məzuniyyət tədbirində iştirak edirəm.


Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər. Çox deyil, yalnız üç hekayə.İlk hekayəm nöqtələri birləşdirmək haqqındadır.


Mən universitetin ilk altı ayının sonunda Reed (Rid) Kollecindən çıxdım. Lakin tamamilə üzülüşməyim daha səkkiz ay çəkdi. Niyə belə etdim?


Ardı →

İşığa doğru

Bir dəstə arını və milçəyi şüşə bir qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər.

Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar. Və şüşənin agzı açıq olduğu üçün qaçıb gedirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı (hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar…


Ardı →

Biznesmenlər üçün

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı...
Yaxşı təşkilatçılıq olmayan yerdə qayda-qanun yox, insanlar hökm edir... 


Ardı →

Özünüzə inanırsınız? Özünəinamın 15 şərti

1. Öz güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.
2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün nöqteyi-nəzərdən qiymətləndirin.
3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüzə bağışlayın. Əzablı xatirələrinizdən faydalı nəsə əldə edəndən sonra onları birdəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qədər yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş ən kiçik uğurlarla bağlı xatirələn üçün başaldın.
Davamı →