Рейтинг
+144.88

uğur psixologiyası

145 üzv, 170 topik

Bəzən...

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar...
Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik...
Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük...
Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq...
Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq…
Ardı →

İşığa doğru...

Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar…
Ardı →

Yaxşı yol!

Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir.
Davamı →

Məqsədsiz olmayın...

Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir...
1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə «yazılı planları» olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər.
Ardı →

Fikirləşirəm, deməli yaşayıram

Müəssisə və təşkilatlarda aşağı təbəqə ilə yuxarı təbəqənin, yəni müdiriyyət ilə işçilərin bir-biriləri ilə səmərəli ünsiyyət qurmaları üçün tərəflərin düşüncə tərzləri arasındakı fərqlər öyrənilməli və bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Çünki bir anlayışa müxtəlif aspektdən yanaşdıqda onun tərəflər üçün kəsb etdiyi məna da dəyişir.
İşçisi ilə söhbət edən müdir məntiqli və soyuqqanlı danışmağa, fikirlərini quru sözlərlə ifadə etməyə çalışır. Bu ünsiyyət prosesində isə işçi bütün səmimiyyətini ortaya qoyur, qayğılarını emosional şəkildə müdirinə bildirir. Beləliklə, idarə olunanlar hiss və həyəcanlarını ifadə etməyə çalışdıqları halda idarə edicilərdə mənasız şikayətçi, başağrısı mənbəyi və yüksək tələbləri olan bir işçi təəssüratı oyadırlar.
Ardı →

Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət

Qənaət edərək yaşamaq, o demək deyil ki, hər  şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək – bu incəsənət baxımnan gözəl pul xərcləməkdir.Və hər kəs bundan faydalana bilər.
Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin:  Nəyə mən pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldiğınız pulların hesabını yoxlayın..Utanmayin zəng eləyib  araşdırın ki, niyə sizin telefon abunə haqqını,ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki,xərcləriniz artsın.
Davamı →

Bir addım atın

Ən böyük uğurlara ilk addımla başlanılır. Siz də həyatdan və özünüzdən şikayət etməyin, bunun əvəzinə, özünüz üçün kiçik bir addım atın. Kiçik addımlar, böyük uğurlara gedən yolda ilk addımdır. Etmək istəyib, lakin edə bilməyəcəyiniz və ya cəsarət edə bilməyəcəyiniz bir şey edin. Gücünüz də, istedadınız da var. Pessimist insanlar «alınmaz» deyə düşündükləri halda, optimistlər «alına bilər» düşüncəsinə mailk olurlar. Hər zaman müsbət düşünən insan isə «etdim» deyər. Heç düşünmüsünüzmü ki, hər səhər sizi ruhlandıran mesajlar dinləsəydiniz, zehniniz, ürəyiniz, ruhunuz coşğu və həyəcanla dolsaydı, gününüz necə keçərdi?

Bir dostunuz, həyat yoldaşınız və ya partnyorunuz sizinlə ilham verən, enejinizi artıran, «bacara bilərsən» mesajları ilə dolu bir dialoq aparsaydı, içinizdəki gerçək potensialınızı ortaya çıxarmaq üçün daxili  gücünüzü necə istifadə edərdiniz?
Ardı →

E-mailim olsaydı,microsoftda süpürgəçi işləyərdim

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir.

Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Davamı →

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
Davamı →

Var-dövlət yığma vərdişləri

Maliyyə işləri ilə bağlı bütün başlanğıclar çətindir, lakin mürəkkəb şəraitdə sabitliyə görə gələcək mükafat tələb olunan qurbanların xoşagəlməzliyindən daha artıqdır. Mənə diqqətlə qulaq asın: maliyyə başlanğıclarının qaydaları mövcuddur, və siz varlanmağa doğru gedən yolla getməyə başlayırsınızsa,son nəticədə insan kütləsindən seçilərək talenin üzünə güldüyü insanlardan birinə çevrilmək üçün zəruri olan: var-dövlət yığmağın vərdişlərini, fəlsəfi dinamika və maliyyə impulsunu tutub, onları öyrənib istifadə etməlisiniz.
Bu qaydalar üçdür və onlar aşağıda təsvir edilmişdir.


Qayda 1
Qismətinə varlı olmaq çıxmış insan var-dövlət yığma yoluna qədəm qoyarkən, eyni zamanda həm pula, həm də maddi əşyalara malik ola bilməz.
Varlı olmaq üçün pul kisəsini dolduran pullar barədə çətin qərarlar qəbul etmək lazım gəlir. «Yığıb saxlamaq» və «xərcləmək» sözləri yoxsulluqla mübarizədə müttəfiq deyillər. Əgər siz qazandığınız pulların hamısını sadəcə əşyalar almağa sərf edirsinizsə, daim şeylərin bolluğuna sevinəcək, lakin heç vaxt sabit maliyyə müstəqilliyinin nə olduğunu bilməyəcəksiniz.


Ardı →