Рейтинг
+144.88

uğur psixologiyası

138 üzv, 151 topik

Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.
Ardı →
 

Dahilərdən motivasiya edən sözlər

Məqsədimiz mümkünsüzü mümkün etmək, mümkünü asan etmək, asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır. (Dr.Feldenkrais)

Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz. (Jim Rohn)

Həyatdan qorxmayın uşaqlar; yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki! (Dostoyevski)

İnsanoğlunun içində yatan güclər vardır; özü bilsə çaşar. Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz. Bu gücləri oyandırıb hərəkətə keçirə bilən adamın həyatında böyük bir inqilab olar. (Swett Marden)

Möhtəşəm şeylər, ancaq içlərindəki bir şeyin, şərtlərin üzərində olduğuna inanma cəsarətini göstərənlər tərəfindən edilmişdir. (Bruce Barton)

Həyat bir velosipedə minmək kimidir. Pedalı fırlatmağa davam etdiyiniz müddətcə yıxılmazsınız.  (Claude Pepper)

Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. (Louis Stevenson)

Bir işi doğru etmək, nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır.  (Henry Wodsworth)
Ardı →
 

Həyatımın son günü olsaydı...

Bir dəfə Stiv Cobs universitetdə məruzə ilə çıxış edirdi. Onun gələcək həyat yoldaşı da auditoriyada əyləşmişdi. Xanım Stivin xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız öz nömrəsini Stivə verir. Elə həmin gün Stiv onu nahar yeməyinə dəvət edir. Amma xanım bildirir ki, onun həmin vaxta planlaşdırılmış işgüzar görüşü vardır. Həyatda belə də olur. Öz maşına doğru istiqamət alan Stiv özündən soruşur:

“Əgər bu, həyatımın son günü olsaydı, onda mən nə edərdim?”

Bundan sonra onun nə etdiyini təxmin etmək çətin deyil: o bir göz qırpımında auditoriyaya qayıdır, həmin qızı tapır və onu özü ilə aparır. Həmin dövrdən onlar birlikdə idilər.

Ölümlü olduğunu anlamaq – böyük müdriklik mənbəyidir. Qaçılmaz bir sonluğun olduğunu dərk etmək – əla bir praktikadır, bu özündə ehtiras oyatmağın, riskə getməyin və həyat adlandırdığımız oyuna baş vurmağın əla üsullarından biridir. Özünə ünvanlanmış bu sual bizə diqqətimizi ən vacib olanlar üzərində cəmləməyə kömək edir. Nə qədər ki, gec deyil.
 

Yol bilmək, yol tapmaq

Hədəflərimizi bilmək kifayət deyil. İnsanların çoxu burada ilişər. Hədəfi və tapıldığı yer arasında itər. Halbuki doğru olan HƏDƏF təyin etmək və ona gedən doğru yolu, yolları və vasitələri, tapmaqdır. Bu ən az hədəfin özü qədər əhəmiyyətlidir.

Şagirdlər, pis vərdişlərindən xilas olmağa çalışanlar, çəki artırmaq ya da azaltmaq istəyənlər, həyatını nizama qoymaq istəyənlər, işini inkişaf etdirmək istəyənlər və sairə hamı həmişə burada ilişir deyə düşünürəm. Haqsız da deyiləm. Yalnız Hədəf deyil, eyni zamanda düzgün yol tapmağı da bilmək lazımdır ki, düzgün istiqamətdə olub olmadığınız bilinsin. Və müdaxilə edildiyi zaman, yol bağlandığında nə edilə biləcəyini biləsiniz.


Ardı →
 

Xəyallarınızdan vaz keçməyin

Frederick Smith 1944-cü ildə Mississipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, onlardan gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederick, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmaq istədiyi haqda yazmışdı. Bu tapşırığı görən professoru, onun kağızına baxdıqda başını yelləyərək, «qeyri-mümkün bir şey düşünürsən» dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.

Sonra 1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində tələbəykən imtahan kağızına yazmış olduğu xəyalından bəhs etdi. Belə ki, onun fikrini bəyəndilər və dərhal tətbiq etməyə başladılar. Təyyarə və yük maşınlarını satın almaq üçün çox pul xərclənib. Bu işdə çalışan personalın ödənişi də yüklü bir məbləğ tuturdu. Lakin Frederick, müsbət düşünən, daim «Mən edə bilərəm!» deyən bir insan olaraq, bir çox adamı bu işə pul yatırtmağa razı salmışdı.


Ardı →
 

Yaponsayağı balıq tutma

Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.

Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi.  Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş. 

Yaponlar  köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri qədər uzağa gedib-gələ biliblər və tutduqlarını da soyuq hava anbarında dondurulmuş olaraq saxlaya biliblər. Ancaq, Yapon xalqı  bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd etmiş və bu balıqlara çox pul ödəmək istəməyiblər . 

Bundan sonra balıqçılar çarəni gəmilərinə balıq akvariumu yerləşdirməkdə tapıblar. Yapon xalqı bu dəfə də canlı olmasına baxmayaraq bu balıqların da ləzzətindən bir fərqlilik hiss etmişlər. Hərəkətsiz, uyğunlaşmış bir vəziyyətdə günlərlə yol gedən balığın, canlı, diri və hərəkətli balığa görə ləzzəti çox fərqliymiş.

Sonunda Yaponlar təzə və ləzzətli balığı süfrələrə gətirə biləcəkləri tam fərqli bir yol tapmışlar: Balıqları yenə gəmidəki akvariumlarında saxlayarkən içinə kiçik bir köpəkbalığı atıblar. Beləcə balıqların bir qisimi köpəkbalığı tərəfindən yeyilməsinə baxmayaraq yerdə qalanlar son dərəcə təzə qala bildilər .

 

Xəzinəyə gedən yol xəritəsi

İnsan istəklərinə necə nail ola bilər?
Uğurlarınızla sizin aranızda meylləriniz vardır. Həyatda uğur qazananlarla qazanmayanlar arasındakı fərq budur. Uğur qazanan insanların da, uğursuz insanların da həyatlarını düşüncələr idarə edir və istiqamətləndirir. Diqqət eidrsinizsə, düşüncənin tərkibi burada çox önəmlidir.

Bir qab, ancaq öz içindəkin bayıra sızdıra bilər. İnsan gün boyu düşündüklərinin cəmidir. İnsan nə düşünürsə odur və insan ancaq beynindəkiləri həyata keçirə bilər. İnsanın içindəki yaradıcılıqdırsa, insan yaradıcı olacaqdır. Əksinə, insan dağıdıcı düşüncə tərzinə malikdirsə, onun zehni yenə də içində mövcud olanı gerçəkləşdirəcəkdir.

Zehin üçün yaxşı-pis yoxdur. Zehin ancaq ona verilən əmrləri icra edir. Zehnini faydalı düşüncələrlə proqramlaşdırmağı bacaran insan fayda görəcəkdir. Eynilə bir el məsəlində deyildiyi kimi: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Əsasən insanlar, başqalarının köməkləri sayəsində bir şey olduqlarını düşünürlər. Həyatdakı mövqelərini, ətrafındakı sistemin müəyyənləşdirdiyini zənn edərlər. Əslində isə bizi biz edən, ətrafımızda olanlar deyildir, içimizdəkilərdir. Nəticə etibarı ilə, həyata baxışlarımıza görə özümüz məsuliyyət daşıyırıq. Nasist Almaniyasının bir əsir düşərgəsindən sağ-salamat qurtarmağa nail olan Viktor Frankl belə demişdir: “İnsanın hər bir şərt altında öz meyllərini müəyyənləşdirə bilməsi, onun əlindən heç bir zaman alınmayacaq azadlıqdır.”
Ardı →
 

Effektiv komanda işinin sirri

Komanda işi əməkdaşlığı və başqaları ilə ümumi dilin tapılmasını tələb edir. Effektiv komanda səylərinin əsasında, şəxslərarası ünsiyyət dayanır. Siz müstəqil işləyirsinizsə, şəxslərarası ünsiyyət bacarıqları bir o qədər də əhəmiyyətli deyil. Amma nə vaxt ki, sizdən başqa insanlarla sahmanlı əməkdaşlıq tələb olunur bu keyfiyyətlərin əhəmiyyəti o zaman dəfələrlə böyüyür.

Bu məqalədə komanda işini keyfiyyətli etmək və yüksəltmək üçün məsləhətlər təsvir olunub:

1. Yenilərə iş ortamına alışmağa kömək etmək
Komandanın çox üzvlərinə öz sıralarına yeni üzvləri qəbul etmək çətindir. Yeni kollektivə alışmaq və komandanın daxilində münasibətlərin (əlaqələrin) iyerarxiyasını anlamaq təkcə yenilər üçün lazımlı deyil. Əgər onlara heç kəs bunda kömək etmirsə, bu adətən qrupun daxilində nifaqa səbəb olur. Yenilər birinci vaxt özünü kənarda qalmış hiss edirlər, əgər komandaya yeni üzvlərin gəlməsi davam edərsə, onda nəticədə iki koalisiya yarana bilər — köhnə və yeni qvardiyalar.


Ardı →
 

Üstün olmaq

Charles Schwabın istədiyi qədər səmərə ala bilmədiyi bir fabriki var idi. Bir gün usta ilə danışırdı:

— Sənin kimi bacarıqlı biri necə olur ki, fabrikdən istədiyi qədər səmərə ala bilmir.

— Bilmirəm. Bütün işçiləri çox çalışdırdım. Bir çoxunu işdən atmaqla təhdid etdim. Amma müvəffəqiyyətli ola bilmədim. Schwab yaxınında dayanan bir işçini soruşdu :

— Bu gün neçə qazan polad əritdilər ?

— Altı.

Ardı →
 

25 ildə öyrəndiyim 25 həyat dərsi

  1. Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
  2. Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
  3. Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
  4. Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
  5. Hirslənəndə kimisə dişlə
  6. Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
  7. Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
  8. Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
  9. Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
  10. Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol

Ardı →