Рейтинг
+144.88

uğur psixologiyası

154 üzv, 157 topik

Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə  xərcləyə bilsən, xərclədiyini unutsan  və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən; 
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Ardı →

Sözün gücü

İkisini də tanıyırdım, bir-birləri üçün yaranmışlardan idilər. Dünyagörüşü, ailələrinin statusu, savadları, hətta boyları da, zövqləri də uyğun gəlirdi. Gözlərinin qabağında olsalar da bir-birlərini tapa bilmədilər. «Taylı tayını tapmasa, günü ah-vayla keçər» deyib atalar. Qız bircə sözü gözləyirdi, oğlanın həmin sözü deməyə cürəti çatmadı…
Çox vaxt biz bilmirik ki, bizim həyatımızı bircə söz dəyişə bilər. Sanırıq ki, həyatımızın dəyişilməsi hansısa şəraitdən, bəzən də bəxtdən asılıdır. Özü də bu şərait, bu bəxt yetişməsə, gətirməsə, biz öz həyatımızı dəyişdirmək qabiliyyətində deyilik. Əlbəttə, hansısa fövqəladə vəziyyət, yanğın, sel… istisna olmaqla. Amma düşünə bilmirik, düşünə bilmirik ki, həyatımızın axarını bəlkə də bircə, yeganə söz dəyişə bilər.
Davamı →

A.Enşteynin uğur qazanmaqla bağlı qənaətləri

1.Maraqlarınızın arxasınca gedin.
«Mənim xüsusi istedadım yoxdur, ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm.»

2.İradə az şey deyil.
"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım."

3.Bu günə fokuslanın.
İki atı eyni anda sürmək mümkün deyil.Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən.İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.

4.Xəyallarınız sizə güc verir.
Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil.

5.Səhv edin!
Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır.

6.İndini yaşayın.
Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir.

7.Dəyərli olun.
Uğurlu olmağa yox, dəyərli olmağa çalışın.

8.Fərqli nəticələr gözləməyin.
Dəlilik-eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir.

9.Bilik təcrübədən  doğur.
Bilik məlumat deyil.Bilməyin tək yolu təcrübədir.

10.Qaydaları öyrənin, daha yaxşı oynayın!
Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz.Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz.


Davamı →

Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Risk Fəlsəfəsi

Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır.
Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini 
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini 
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini 
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...

Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, dəyişə bilməz, hiss edə, öyrənə bilməz. Zəmanət axtarışıyla zincirlənmiş bir qul olaraq yaşayarkən, azadlığını qurban vermək məcburiyyətində qalar. Ancaq və  Ancaq Risk etməyə cəsarəti olan adam azaddır.
Davamı →

Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir

Hər insanın içində kəşf edilməmiş bir qabiliyyətlər xəzinəsi vardır. Bundan tamamilə faydalana bilən insanların sayı çox təəssüf ki çox azdır. Bunun səbəbi ya bu xəzinənin fərqinə çata bilməyişimiz, ya da onu inkişaf etdirmək üçün lazımlı məlumata sahib ola bilməyişimizdir.
Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir. Bu ağacın, üzərində xeyli çox budaq və yarpaqları olan sağlam bir ağacmı, ya da bəstəboy bir bitkimi olacağına qərar vermək sizin əlinizdədir.
Həyat ağacınız 4 hissədən meydana gələr.
1. KÖKLƏR: Həyata baxış bucağınız
2. TORPAQ: Ətrafınız
3. GÖVDƏ: Fərdi hədəfləriniz
4. BUDAQLAR: Məlumat və bacarıqlarınız
Ardı →

Möcüzəyə ümid etməyin!

Bəbəklərinin dərinliyində gizlənmiş kədər, əynindəki nimdaş paltarlar onun kasıb bir ailənin övladı olduğuna şübhə yeri qoymur. Hələ ətə-qana dolmamaış zəif çiyinlərini özündən ağır yükün altına vermiş bu zavvalı çocuq qədim müsiqi alətində ən çox sevdiyi türkünü ifa edir. Özündən bir-iki yaş kiçik olan bacısı isə mahnının ahənginə uyğun qollarını qaldırır. Aclıq hər iki uşağı əldən salıb. Qılınc kimi kəsən şaxta insanın iliyinə işləyir. Yəqin buna görədir ki, yaxınlıqdan ötüb-keçənlər bu mənzərəyə laqeyd qalırlar. Maraq güc gəldiyi üçün ayaq saxlayıram. Təxminən beş dəqiqə bu talesiz cütlüyə tamaşa edirəm. Birdən qıvırcıq saçları çiyinlərinə düşmüş mavi gözlü bir əcnəbi gəlib yanımda dayanır. Tanımadıqları iki nəfərin onlara diqqət kəsilməsi uşaqları daha da həvəsləndirir. İndi onlar öz işlərini əvvəlkindən daha şövqlə görürlər.
Ardı →

Beyninizə bir köpəkbalığı atın!

Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar.
İndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar...
Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa

Bəli, həyatı layiq olduğu şəkildə yaşamaq lazımdı. «Onsuzda belə yaxud elə yaşadım, fərq etməz, ömürdən gedir» kimi yalnış fikrə qapılmamalıyıq. Çox təəssüfki insan oğlu hər zaman sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarını təəssüfüynən yaşayır. Çox maraqlıdı, elə deyilmi ?!
Sanki özümüz öz həyatımızı pessimistliyə, ruh düşkünlüyünə salmaq üçün yollar axtarırıq. Hər zaman narahatıq.
Belə yerdə mövzuya uyğun bir atalar sözü yadıma düşdü: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Həqiqətən də biz həyatımıza nə qatsaq elə onu da dadacağıq, yaşayacağıq. Elə hey istəyirik, istəyirik..Bir soruşan yoxduki «Sən bu istəklərə layiqsənmi?, haqqın çatırmı ?, Layiq olmaq üçün nəsə etdinmi ?» Siz bu suallara cavab tapana kimi mən sizə bir neçə tövsiyə təqim edirəm. Sadəcə oxumaqla kifayətlənməyin.
Ardı →