Рейтинг
+144.88

uğur psixologiyası

146 üzv, 177 topik

Özünüzə inanmaq üçün bu vərdişlərdən imtina edin

1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. “Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya “Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.
Davamı →

Büdcənizi düzgün planlaşdırırsınız?

Büdcəyə nəzarət etmək və onu planlaşdırmaq fikrinə düşmək çox müsbət haldır. Lakin bunu düzgünmü edirsiniz? Bu zaman yol verdiyiniz səhvlər büdcə planlaşdırılmasının xeyrinizə işləmək əvəzinə ziyanla başa gəlməsinə səbəb ola bilər. Şəxsi və ailə büdcənizi planlaşdırarkən maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün aşağıdakı ən çox yol verilən səhvlərdən yayının.

Şəxsi keyfiyyətlərinizi diqqətə almırsınız:
Büdcəni real xərclər və davranışa əsaslanaraq planlaşdırmaq mütləqdir. Növbəti ay üçün büdcəni planlaşdırıb, sonra isə özünüzü və ailənizi bu çərçivəyə sığışmağa məcbur etmək məntiqli davranış deyil. Məsələn, büdcənizə nəzarət etmək qərarına gəldiniz, lakin əvvəldən bilirsiniz ki, bu büdcə planı hər hansı xırda alış-verişlərə pul xərcləməyə icazə verir. Bu halda ciddi məhdudiyyətlər heç bir işə yaramayacaq.
Davamı →

Vehbi Koçun biznes sirləri

  • Bir şeyə sərmayə yatırmaq barədə düşünürsənsə torpaq sahəsi al. Torpaq sahəsi qızıldır. Bu torpaqda bir bina inşa etsən gümüş, binaya da kirayə qalan müştəri tapsan dəmir olar.
  • Keçmişdə baş verən hadisələr ilə məşğul olmaq əvəzinə gələcək barədə düşün.
  • Uğur – başqalarının sınaqdan keçirdiyi təcrübələrdən yararlanmaqdır.
  • Gənc nəslin yetişməsinə xidmət etmək insanlıq və Vətən qarşısında bir borcdur.
  • Hər şeyin təməli sağlamlıqdır. Sağlamlıq varsa, hər şey var.

Davamı →

Silvester Stallone etirafı

“Mən heç kim olaraq qalmalı idim. Həyat məni hələ doğularkən cəzalandırmış, üzümü iflic etmişdi. Müəllimlərim isə məni əqli cəhətdən inkişaf etməmiş biri hesab edirdilər.

7 il ərzində, yəni aclıq çəkdiyim bu illərdə agentlər və prodüsserlə “bir ağızdan” aktyorluq və ssnerai fəaliyyətimdən əl çəkməyimi, bu işlərin mənə görə olmadığını deyirdilər. Casting-lərdə məni məyus edirdilər, prodüsserlər isə yazdığım ssenarinin bir sətrini belə oxumadan cırıb atırdılar.

İşdə göz yaşlarımı içimdə boğurdum. Zooparkda şirlərin qəfəsini təmizləyir, ət doğrayırdım. 7 uzun, çətin il. Göz yaşı, tər və özünə inam içərisində keçən 7 il. Siz də məyusluq dövrünü yaşamamış heç nəyə nail olmayacaqsız. Daha sonra nə baş verdi? Daha sonra 1600 dollara 1 il yaşadım. Və “Rocky”-ni yazdım. Özünüzə inanın və ananınızı sevin. Heç vaxt heç kəs onun qədər sizi sevməyəcək”.
Davamı →

Müdrikliyin 15 göstəricisi

mudriklik1. Müdriklər az danışır və daha çox fikirləşirlər.

2. Müdriklər qarşılarındakı insandan birbaşa heç nəyi soruşmurlar.

3. Müdriklər öz fikirlərini başqaları ilə bölüşmürlər.

4. Müdrik insanlar heç vaxt öz məqsədlərini başqalarına bildirmirlər.

5. Müdriklər ağıllarını hiyləgərliklə idarə edirlər və bundan işləri olduqları zaman istifadə edirlər.

6.
Müdrik insanlar mübahisə etmirlər və pis ifadələr işlətmirlər.

7. Müdrik insanlar heç vaxt kartları açaraq oynamırlar.

8.
Müdriklər az şey əldə etmək istəyən zaman belə bütün lazım olan vasitələrə əl atırlar. Onlar öz məqsədlərinə çatmaq istdikləri zaman başğalarından istifadə etməyi xoşlamırlar.
Davamı →

Niyə hamı varlı ola bilmir?

Nəyə görə mənim, sizin, onun hələ də $1.000.000 pulu yoxdur? Bunun səbəblərini aydınlaşdırmağa və arzularımızı həyata keçirməkdə bizə mane olan maneələri aradan qaldırmağa çalışaq.

Birinci səbəb: Mən heç vaxt varlı olmaq haqqında düşünməmişəm
Əksər hallarda insanlar ümumiyyətlə nə vaxtsa varlı olacaqları haqqında heç düşünmürlər də. Əgər onlar bu barədə düşünsəydilər, müəyyən tədbirlər görəcək, cəhdlər edəcək və zənginliyə bir addım daha yaxınlaşacaqdırlar.

Heç kəs sizə nəyə nail ola, nəyəsə nail ola bilməyəciyiniz haqqında heç nə deyə bilməz. Bizim hər birimiz istədiyinə nail ola bilər.
Davamı →

Komandanı motivasiya etməyin 5 yolu

Əgər komanda hər zaman motivasiyalı olsa müvəffəqiyyət qazanmaq daha asan olar. Motivasiya komanda yaratmağın və effektiv komanda işinin təməl hissəsidir. Komandanı daima motivasiyada saxlamaq istəyirsənsə, aşağıdakı məsləhətlərdən istifadə edə bilərsən :

1. Qarşıya aydın məqsədlər qoy
Qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir və motivasiyanın əsas mənbəyidir – bu işə olan maraqla bağlı yaranan motivasiyadır. Aydın və xüsusi məqsədlər daha çox məhsuldar olmağa və daha yaxşı komanda işinə səbəb olur. Buna görə də istənilən anlaşılmazlıqdan boyun qaçırmaq məqsədilə işin tamamlanması üçün komandanın qarşısına son tarixlə birgə aydın məqsədlər qoy.
Ardı →

Uğur Fəlsəfəsi

Uğur qavranılması ən çətin olan anlayışlardan biridir. Çünki uğurun mənası zamandan ,cəmiyyətdən və insanlardan asılı olaraq müxtəlif cür izah edilmişdir. Bəs uğur nəyi ifadə edir? Kimlər uğurlu hesab olunur? Bütün bu sualları cavablandırmaq isə olduqca çətindir.

Bu çətinliyə səbəb olan bir sıra amillər mövcuddur. İlk növbədə bunu qeyd etməliyik ki, keçmiş bir zamanda uğur kimi qəbul olunan bir fəaliyyət indiki vaxt üçün heç bir əhəmiyyət kəsb etməyə bilər. Çünki, öz dəyərini itirmiş ola bilər. İkincisi, uğur hər bir cəmiyyətdə müxtəlif formalarda qəbul oluna bilər. Çünki ictimai dəyərlər ayrı-ayrı cəmiyyətlərdə fərqlidir. Üçüncüsü, uğurun dəyəri müxtəlif şəxslər üçün fərqli mənaları ifadə edir. Bu, uğurun fərdiliyini göstərir.
Ardı →

Möcüzəyə ümid etməyin!

Bəbəklərinin dərinliyində gizlənmiş kədər, əynindəki nimdaş paltarlar onun kasıb bir ailənin övladı olduğuna şübhə yeri qoymur. Hələ ətə-qana dolmamaış zəif çiyinlərini özündən ağır yükün altına vermiş bu zavvalı çocuq qədim müsiqi alətində ən çox sevdiyi türkünü ifa edir. Özündən bir-iki yaş kiçik olan bacısı isə mahnının ahənginə uyğun qollarını qaldırır. Aclıq hər iki uşağı əldən salıb. Qılınc kimi kəsən şaxta insanın iliyinə işləyir. Yəqin buna görədir ki, yaxınlıqdan ötüb-keçənlər bu mənzərəyə laqeyd qalırlar. Maraq güc gəldiyi üçün ayaq saxlayıram. Təxminən beş dəqiqə bu talesiz cütlüyə tamaşa edirəm. Birdən qıvırcıq saçları çiyinlərinə düşmüş mavi gözlü bir əcnəbi gəlib yanımda dayanır. Tanımadıqları iki nəfərin onlara diqqət kəsilməsi uşaqları daha da həvəsləndirir. İndi onlar öz işlərini əvvəlkindən daha şövqlə görürlər.
Ardı →

Dirilərdən çox qazanan ölülər

Neçə illərdir ölü  kimi görünürlər və həqiqətən də ölüdürlər. Və ya bizə elə gəlir. Bəzi insanlarin hətta ölümlərindən sonar, biz həyatda olanların xəyal belə edə bilməyəcəyi pullar qazanması maraqlı və təəccüblü deyilmi?   Əlbəttə ki, əbədiyyətə qovuşmuş super starlardan bəhs edirik. Bəlkə də, ölümündən sadəcə bir neçə il keçdiyi ilə əlaqədar olaraq, "ən çoz qazanan ölülər" siyahımızın ilk pilləsində Kurt Cobain(Kurt Kobeyn) yer alır. İkinci pillədə, ölümündən uzun illər keçməsinə baxmayaraq, milyonlar qazanmağı davam etdirən Elvis Presleydir. Kurt Cobainin oktyabr 2005-2006-cı illər arasında əldə etdiyi gəlir əlli milyon dollar olub. Yəni, əfsanəvi Elvisdən səkkiz milyon daha artıq. Elvisin illik qazancı 42 milyon dollardır və ölü üçün heç də aşağı gəlir deyil. Bu pullar hələ də satışda olan albomları və malların gəlirləri sayəsində əldə olunur.


Rejissor Charles Shulz da şanslı ölülərdəndir. «Peanuts»un banisi, yaratdığı Charlie Brown, Snoopy və Schroder seriyaları ilə ölümündən sonra da ildə 35 milyon qazanmağa davam edir. Ondan dərhal sonra, ildə 24 milyon dollarla Beatles solisti John Lennon (Con Lennon) gəlir. Nisbilik nəzəriyyəsini isbat edən Albert Eynşteyn isə 20 milyonluq gəliri ilə beşinci pillədə yer alır.   Bəli, ölümündən sonra belə, bu qədər milyonlara sahib olan bu şəxslər bəşər tarixində öz varidatları ilə birlikdə gözəl əsərlər də qoyub gediblər.


Mənbə Marketinq jurnalı


Davamı →