Google vitse-prezidentinin uğur prinispləri

Diane Greene 2015-ci ildən Google şirkətinin sahə biznesini idarə edir. Bu zaçan nəhəng IT şirkəti onun Bebop Technologies startapını 380 milyon dollara əldə etmişdi. O özünün bütün payını, yəni 149 milyon doları xeyriyyə məqsədilə xərclədi. Lakin Greene məşhurluq və nüfuzu 2008-ci ildə tərk etdiyi Vmware şirkətində icraçı direktor vəzifəsində çalışdığı zaman əldə etmişdi.

Diane Silikon vadisində işləməyə başlamadan əvvəl bir neçə vəzifə dəyişmişdir. Belə ki, o gəmilərin və neft buruqlarının dizaynı ilə məşğul olmuş, mühəndislik windsurfing şirkətində mühəndislik şöbəsinə rəhbərlik etmişdir.

Diane uğurlu karyeranı necə qurmalı olduğumuz haqqında Business Insider nəşrinə danışmışdır. Onun sözlərinə görə, əsas olan maraq oyadan və məmnuniyyəti qoruyan işlə məşğul olmaq lazımdır.

O etiraf edir ki, xeyriyyə məqsədilə 10 milyonlarla məbləğ xərcləməyə imkan verəcək qədər çox pul qazanmışdır. Lakin onun həyatı heç vaxt zənginlik dalınca qaçış olmayıb.

Diane belə hesab edir ki, uğurlu karyera və rahatlıq üçün əsas açar məqsədə doğru can atmaq, yeni imkanlar və onlarla işləmək maraqlı olan istedadlı insanlar tapmağı bacarmaqdır. Bütün bu prinsiplər haqqında daim danışsalar da, bunlara vacib olan bir mərhələni – onu reallaşdırmağı əlavə etməyi unudurlar.

Geriyə planlaşdırma qalır: hər biri ayrılıqda fayda qazandıran kiçik müddətli məqsədlər təyin etmək. Bu mərhələlər uzun müddətli məqsədinizə uyğun şəkildə olmalıdır. Bu addımlarla finiş xəttinə qədər gedəcəksiniz və ağlınızda tutduğunuz məqsədi reallaşdıracaqsınız. Əlbəttə, hər şeyi nəzərə almaya da bilərsiniz, bəzi şeylər yolunda getməyə bilər. Hər kəsin problemləri yaranır və bu zaman mübarizə aparmağa davam etməyi və yaxud hər şeyi yarıda qoymağı seçə bilərsiniz.

Diane Greene-in fikrincə məqsədin dəyişdirilməsi üçün iki vacib prinsip var:
1. İşə, plana, məqsədə qarşı marağın itirilməsi.
2. Rəhbərlik tərəfindən imkanlarınızın məhdudlaşdırılması. Bu zaman düşündüyünüz ideyanı reallaşdırmaq və öz potensialınızı kəşf etmək imkanından məhrum olursunuz. Rəhbərliyin tələbləri ilə razı deyilsinizsə və rəhbəri başqa bir yanaşma seçməyə razı sala bilmirsinizsə yeni cəhətlər axtarın. Beləliklə, hər tərəf qazanclı olacaq.

“Hara doğru istiqamət götürdüyünüzü dəqiq olaraq anlayırsınızsa, nə qədər doğru addım atdığınız hissi ilə qarşılaşacaqsınız” – Diane Greene

0 şərh