Yarımçıq yaşayanlar üçün həyat qısadır
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Yaradıcı insanlar digərlərindən fərqli olaraq, ətrafa bir az fərqli baxırlar. Siz də həmin insanlardan birisinizmi? Bunu bilmək üçün yaradıcı insanların əsas xüsusiyyətlərini
1. Danışmadan əvvəl düşünmək. Yaradıcı insanlar yaradıcılıqlarına nəzarət etməyi yaxşı bacarırlar. Danışmadan əvvəl düşünər, hansı sözün harada, necə işlənəcəyini analiz edərlər.
2. Risk etmək. Yaradıcı insanlar yeni ideyalarını tətbiq etmək üçün risk etməkdən qorxmazlar. Düşündüklərini «bəyənilməz» deyərək bir qutuya qoyub, kənarda gizlətməzlər.
3.Özlərinə diqqət ayırarlar. Zehni və fiziki sağlamlıqlarını qorumağa çalışarlar. Sağlam bədəndə sağlam ruh olar. İnsanın özünə qulluq etməsi və özünə hörmət etməsi əsasdır.
«Həyəcan» hiss etmək məncə, müvəffəqiyyət üçün ən vacib şərtdir. Karieranızda isə müvəffəqiyyət üçün isə ən əsas tələblərdən biridir. İşinizi böyük bir həyəcan və sevgiylə görürsünüzsə, hər gün kreativ fikirlər axtarırsınızsa, qarşınıza çətin hədəflər qoyub ona çatmağa çalışırsınızsa, deməli siz sizin üçün ən doğru olan işdəsiniz.
İşinizdən həyəcan duyduğunuz, işinizi sevgiylə gördüyünüz müddətcə siz müvəffəqiyyətli olacaqsınız.
“Stop, look, correct, take action” yəni «Dur, bax, düzəlt və hərəkətə keç» Yalnız bir an dayanıb, hisslərinizi yoxlayın. Xoşbəxtsinizsə davam edin, tərəddüdləriniz çox, həyəcanının azdırsa bəlkə nəzarəti ələ alıb, hərəkətə keçmək zamanıdır. Unutmayın, işinizdə xoşbəxt və müvəffəqiyyətli olmağınız, yalnız sizdən asılıdır.
Yaşanan problemləri həll edə bilmək üçün müsbət yöndən baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün müsbət olmaq şərtdir.
Müvəffəqiyyətli olanlar imtina etməyənlərdir. İmtina etməyənlər isə etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri, əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olmuşdur.
Təşəbbüskarlar fürsətlərə və etdikləri işə inananlardır. Bir bərbər olaraq sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olmuşdur. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur.