Рейтинг
+54.40

Müvəffəqiyyətə gedən yol

63 üzv, 33 topik

Yeni günə daha xoşbəxt və güclü bir şəkildə başlamaq üçün 7 təsirli üsul | Uğurlu Günün sirləri


# 1: Tez  Yat, Tez  Oyan

Günə pozitiiv və enerjili bir şəkildə başlamaq üçün edə biləcəyiniz ilk və əsas addım məhz budur. Atalarımız tez duranların qabağa düşdüyünü deyəndə haqlı idilər. Bundan əlavə, yalnız erkən qalxmaq deyil, həm də vaxtında yatmaq da çox vacibdir. Günə daha xoşbəxt və sağlam başlamaq istəyirsinizsə, hər gün eyni saatda yatıb oyanmağı vərdiş halına çevirin.

 Ancaq yuxu saatı insanın yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq da dəyişə bilir. Kiminə günlük 5-6 saat kifayət edərkən, kiminə də 7 saat belə az gəlir. Öz bədəniniz tanıyıb ona görə tənzimləməkdə fayda var.

# 2: Günə 1 stəkan saf su ilə başlayın

Təxminən 7-8 saat sizinlə yatmış və susuz qalmış bədəni, onun maddələr mübadiləsini oyatmağın ən yaxşı yolu günə bir stəkan su ilə başlamaqdır. İstər isti, istərsə də soyuq olsun, günə 1 stəkan su ilə başlamaq maddələr mübadiləsini oyadacaqdır.

Bir daha xatırladaq ki, bədən və beyninizin 70%-dən çoxu sudan ibarətdir.

Bonus: Bağırsaq probleminiz varsa, səhərlər 2 quru gavalı və 1 stəkan ilıq su bütün gününüzü yaxşılaşdıracaq.

 


Davamı →