Ay nənəcan | Mirzəli Möcüz

Bahar gülləri rövşəndi gündən, ay nənəcan,
Mahaldır çıxa bülbül çəməndən, ay nənəcan.

Gələmmirəm yanına, üzrümü qəbul eylə,
Keyfün xəbər alıram hər gələndən, ay nənəcan.

Başımda şalı-madam, gərdənimdə tuqi-təla,
Üzük qızıl, qaşı dərədəndən, ay nənəcan.

Qızın əcəb ərə verdün, nənə, evin abad,
Mürəxxəs eylə öpüm bir məməndən, ay nənəcan.

Çayaltı bal yeyirəm hər səhər, vəli necə bal,
Ki, rəngi xoşdi əqiqi-yəməndən, ay nənəcan.
 
Vətən ulaqlarının başına vurub torba,
Dolandırır susuz it tək gələndən, ay nənəcan.

Mübarək olsuna çox göndərib müqəddəslər
Nə qədri çayi-xəta, qəndi-ləndən, ay nənəcan.

Gətir qulağıva bir söz deyim nəhanə sənə,
Və leyk, bu sözü gizlət dədəmdən, ay nənəcan.

Söyür gəlib-gedənə hər gün əvvəl həsir üstə,
Ziyanı çoxdu bunun şahsevəndən, ay nənəcan.

O gecə ki, məni ağayə eylədiz təslim,
Çalındı sur, ölü çıxdı kəfəndən ay nənəcan.

O zalım oğlu soxdu bəndeyi-zarə,
Ki, az qalıb çıxa canım dəhəndən, ay nənəcan.

Deyirlər ki, gecə sübhə kimi kitabə baxar,
Və leyk, badeyi-eşqi içəndən, ay nənəcan.

Kitabi-hüsnümü eylər mütaliə gecələr,
Eylənib məni-zari sikər, ay nənəcan.

Gəhi gözümdən öpər, gəh gül dodağımdan,
Gəhi deyər qoy öpüm bir çənəndən, ay nənəcan.

Necə deyim gecələr əlli yol məni sikər
Bu barədə eylərəm şərm səndən, ay nənəcan.

Deyir gərək edəsən hər cəma üçün bir qüsl,
Lətif olub bədənim yasəməndən, ay nənəcan.

Və leyk başıma bir iş gəlib, əlac eylə,
Bu mətalibi xəbər al bir biləndən, ay nənəcan.

Cəhət nədir ahi, cəhət nədir dahi, ağa cünubə meyl etmir,
Şümalə yüz çevirib, budur dünəndən, ay nənəcan.

İlan vuran yatır, amma mənim yuxum gəlmir,
Alovlanır göbəyim daldan verəndə, ay nənəcan.

Yavaş-yavaş ona da adət elirəm, qorxma,
Səlamətəm, nigaran olma məndən, ay nənəcan.

Müəllif: XIX əsr Cənubi Azərbaycan şairi Mirzəli Möcüz

6 şərh

asel
başqa vaxt lazımlı-lazımsız mənfi verənlər indi hardadı görəsən?
Ramil
asel, Mən minus verənləri başa düşmürəm, kiminsə xoşu nədənsə gəlmirsə səs verməsin. Söhbət bütün mövzulardan gedir.
asel
mən ədəb-ərkandan uzaq nəşrlərə — verirəm. 
Ramil
Bu sizin fikrinizdir, Mənim «Məhəbbət və Nifrət» nəşrimi yəqin ki oxumusunuz. Zəhmət olmasa oraya baxın.
asel
«məhəbbət və əməkdaşlıq» tapdım
Ramil
Düşündürücü hekayələrdə Nifrət və məhəbbət