Arqo deyimlər-1

Adam öz ocağına sıçmaz
-adam öz evinə (ailəsinə, yuvasına, vətəninə) qarşı hərəkət etməz və ya söz danışmaz

Adı addıdı, poxu daddıdı
-adlı-sanlı, varlı birisinin əksikliklərinə göz yumulması anlamında

Adam s.kinə böhtan deməz
-dolayısıyla, adam öz övladına böhtan deməz, bu özünə böhtan deməyə bərabərdir

Adam iki şeyə baxar: bir gülə, bir siçdiyi poxa
-biri-birinə zidd olan iki şeyə

Adam göt olar, götvərən olmaz
-adam ən aşağı yerdə (murdar) ola bilər, ancaq yalançı, ikiüzlü və s. olmamalıdır

Adamın sıçmağı gəlir
-ən pis qiymətə layiq olan bir iş haqqında, «adamın əti tökülür» deyiminə yaxın

Adam bəyəm götünə girən s.klə oynar?
-baş vermiş fəlakəti dərk etməyib onu oyuncaq sanmaq

Adam götünə girən s.kdən ayılar
-adam başına gələn işdən nəticə çıxarar

Aftafa dəlik, tas dəlik, götü də verdik üstəlik
-gözlədiyi nəticəni almamaq, tam uğursuzluğa düçar olmaq

Açıq dıllağa camış ayağı keçər
-açıqda, nəzarətsiz qalmış iş və ya nəsnə olumsuz şəkil alar

Açıq götün qənimi olmaq
-fürsətçi olmaq, sui-istifadə etmək

Acın yanında göt qaşısan elə bilər pul verirsən
-məcazi:  ac adam hər şeyi öz bildiyi kimi yozar

Ağzına pox olmaq
-istəyinə çatmamaq

Ağzına pox qoymaq
-ən sərt şəkildə cavabını vermək

Ağzı poxla açılmaq
-söyüşcül olmaq, çoxlu söyüş söy­mək, küfür danışmaq, elə bil ağzı poxla açılıb

Ağzını poxlamaq
-susdurmaq; məsələn, şikayətçiyə pul verib səsini kəsdirmək

Ağzında s.k islanmır
-heç nədən razı qalmır

Ağzına sıçmaq
-birisinə zərər vurmaq, onun istəyini gözündə qoymaq

Ağzı s.kilmək
-işinə pəl vurulmaq, cəzasına çatdırılmaq

Ağlı s.kinin başındadır
-kiçik beyinli, dar düşüncəli olmaq

A.cığı ağzında olmaq
-yava danışmaq, ağzı söyüşlə açılmaq

Amcıq davası
— seksual motivli dava-dalaş (ərlə arvad arasında)

A.cıq qurusu
— qarımış qız haqqında

A.cığına dən düşmək

  1. qızın ərə getmək vaxtı keçmək
  2. fahişəlikdə stajı olmaq

A.cığı durmaq
— şıltaqlıq etmək, boş yerdən dava çıxartmaq

A.cığı qaşınmaq
-məcazi:  namusu təhlükədə qoyacaq hərəkətə yol vermək

A.cığın kölgəsi olmaz, s.kin kölgəsi olar
-qadının himayəsi olmaz, kişinin olar

Arvadın zarafatı — s.kiş,
kişinin zarafatı –döyüş

Arvad vermək istəsə lap divarın çatlağından verər
-xalqın inancına görə, qadın xəyanət etmək istəsə bunun qarşısını almaq mümkün deyil

Arsız ölüb, götü saqqız çeynəyir
-çox danışan, boşboğaz adamlar haqqında

Arxasında mıx kimi dayanmaq
-düşməndən daha təhlükəli dost haqqında

Arvad salan yolun axırı yarğana çıxar
-qadının göstərdiyi yol uçuruma aparar, uğursuzluqla nəticələnər (yarğan deyərkən məcazi anlamda qadının cinsi orqanı nəzərdə tutulur -deyimin başqa bir izahı: qadın öz mənafeyinə görə iş tutar, tutduğu işin motivində cinsəllik durar)

Ayranı yox içməyə, atla gedir sıçmağa
-özünü olduğundan üstün göstərmək istəyən ədabaz insanlar haqqında

Ayağı götvərən qəbrinə girmək
-bərk ilişmək, işə düşmək, öldükdən sonra da yamanlıq edəcək iki qat pis insana rast gəlmək

Allah başından tük, götündən s.k əksik eləməsin
-qabaca bir zarafat, xeyir-duanın mizah şəkli

Adın nədir? — Mülayim. — Sərt olub s.kimi yeməyəcəksən ki.
-bir işin xoşluqla görülməsinə çağırış

Anamı bacımı s.kmişəm, gözümü sənə dikmişəm
-adətən bu sözü kişi öz arvadına deyər, hamıyla sənin üzündən ləc düşmüşəm anlamında

Azıb-çezmə
-nadinclik etmə anlamında, ana öz uşağına deyər

A.cıq əskisi
-arvad sözüylə oturub-duran, çox ləyaqətsiz adama deyilər

Aftafa görməyən göt xoruldayar
-sonradan tapmaq

Atgötü
— itburnu çiçəyinin loru dildə adı

Ağıllı uşaq poxundan bəlli olar

Asqırıb irəli düşmək istəyirdi, osturub geri düşdü

Aşağı, aşağı, it daşşağından da aşağı
-çox alçaldılan, aşağılanan insanın dilindən

Az yeyir arıqlayır, çox yeyir tırıqlayır

Ağ götlə qara göt məlum olacaq
-sirrin üstü aşılacaq, kimin kim olduğu üzə çıxacaq

Arvadının a.ından su içir
-arvad sözüylə oturub durur

Arıq-tırıq
-çox zəif, sısqa adam haqqında

Həmçinin bax:
 

0 şərh