Arqo deyimlər-2

Başı aşağı, s.ki yuxarı
-zahirən özünü utancaq (başıaşağı) göstərən düşkün, yaramaz insanlar haqqında

Bablı babın tapar, osturaq qabın
-taylı tayım tapar, hətta ən pislər də öz layiqlilərini

Başqasının götü ilə osturmaq
-başqasının imkanları hesabına təkəbbür satmaq, öyünmək

Baxdığım üzə sıçmaram, sıçdığım üzə baxmaram
-münasibət məsələlərində qətiyyətli olmaq, təqribən: sevdiyim insandan küsmərəm, küsdüyüm insanla barışmaram

Beyni s..ilmək / beynini s..mək
— sinirləri yerindən oynamaq, dəli olmaq dərəcəsinə çatmaq, çatdırılmaq

Bir s.kimlik canı yoxdur
-çox zəif, sısqa qadın haqqında

Bir burnuna siydi (işədi), bir burnuna sıçdı
-birisinə qarşı çox ağır söyüşlər işlətmək

Bir s.kidi, bir boğazı
-əhli-keyf, külfət dərdi olmayan adam haqqında

Bir dəfə s.kilənə qəhbə deməzlər
-qəhbəlik bir həyat tərzidir, bir dəfə səhv etmək üstündə adamı cəzalandırmazlar

Buddan yemir ki götə yaxındır
-son dərəcə qürurlu olmaq

Başını tutarsan götü qaçar
-ipə-sapa yatmayan, nizam-intizama gəlməyən adam və ya bir iş haqqında

Bir lapatka pox olasan, ancaq naxışın olsun
-ara sözü, gənc qızlar belə deyər, gözəl olunca bəxtin olsun anlamında

Bizim gəlin bizdən qaçar,
üzün örtər, götün açar

Bir yerdə yatıb bir yerdə sıçırlar
-iki adamın həddən artıq yaxın olduğuna kinayə ilə deyilən söz

Bir əli haxdadı, bir əli mıxda
-ölüm ayağında olan yaşlı kişi və ya qadın cinsi yaxınlığa meyl edəndə deyilər
-məcazi:  həm ağlayan həm gülən, dərdi olsa da keyfindən qalmayan

Biri-birini s.kən köpəkuşağı
-yaxın qohum evliliyi üstündə deyilən söz

Burnunun poxun yeyir
-ac, kasıb adama deyilən söz

Bura-bura gəzmək
-laqeyd, etinasız insanlar haqqında

Həmçinin bax:
 

0 şərh