Arqo deyimlər-7

Götündən xəbəri olmamaq
-arxasınca danışılanlardan, baş verənlərdən xəbərsiz olmaq

Götünü qalxan etmək
-işi qəhrəmanlıq həddinə çatdırmaq, asanlıqla çözüləcək işi fəlakətli hala gətirmək, əli hər yerdən üzülmək.

Götü ilə göyə çıxsa da
-mümkün olmayanı yerinə yetirsə də. Götüylə göyə çıxsa da bu iş baş tutan deyil

Götlük etmək
-alçaq iş tutmaq, şərəfsizlik etmək

Götü açıq olmaq
-israfçı olmaq, yersiz səxavət göstərmək

Götü açıqda qalmaq
-çox kasıb olmaq, lüt-üryan qalmaq, ayıbı görünmək

Görməmişin bir oğlu oldu, dartdı s.kini çıxartdı
-görməmişliyin son həddi.

Gələr yükümə, gedər s.kimə
-gələn gəlirdə gözü olmamaq, itirərsə dərdini çəkməmək.

Gendən gəlin, oğlumun s.kini basdayarsız
-özünü dartan, təşəxxüs satan lovğa insanlara misaldır.

Göt öpməklə ağız murdar olmaz
-murdar xasiyyətli adamı öpməklə ağız murdar olmaz anlamında -yaltaq adamlara bəraət verən söz

Götündə qığ oynatmaq
-naz etmək, şıltaqlıq etmək.

Götündə ağ tük olmaq
-bəxti gətirmək, şansı olmaq. Elə bil götündə ağ tük var!

Götünün tükü ağarmaq
-stajlı olmaq, yamanlıqda məsafə qət etmək.

Gözlədiyin kola sıçmayasan
-arzuna çatmayasan anlamında, qarğış. Səni görüm heç gözlədiyin kola sıçmayasan!

Götündən poxu əyri çıxan mənim üstümə qaçar
-hər kiçik, əhəmiyyətsiz məsələdən ötrü narahat edilən adamın dilindən.

Göt əldən gedəndən sonra s.k dona sığmaz
-məcazi: şərəfşiz adam hər zaman qeyrətdən danışar

Göt-baş olmaq
-alt-üst olmaq, altı üstünə çevrilmək

Göt-baş atmaq
-atılıb-düşmək, xoruzlanmaq, alt-üst danışmaq

Göt yalamaq
-yaltaqlıq etmək.

Götünü yırtmaq
-özünü həlak etmək, canfəşanlıq etmək

Götü varsa
-cəsarəti varsa

Götü çatmaq
-cəsarəti çatmaq

Göt atmaq / Götatanlıq etmək
-qərarsızlıq etmək, dəmdəməki olmaq

Götlü olmaq
-cəsarətli olmaq.

Getsin əlini s.ksin
-getsin onanizmlə məşğul olsun, məcazi: qadına dəyər verməyən kişilər haqqında söylənir

Gətirdiyi su sıçdığı poxu təmizləmir
-gəliri çıxarını ödəməmək

Götü durmaq
-tərslik etmək

Göt vermək (bir şeydən ötrü)
-arzu etmək, sinov getmək

Götü üzündən qırmızı olmaq
-çox həyasız olmaq

Götü üstə quymağa düşüb
-bəxti gətirib anlamında

Götü bubbuldamaq
-təşviş içərisində olmaq

Götündə s.k qalmaq
-tənbəl, hərəkətsiz adama deyilən qaba söz

Götu qaşınmaq
Cəzalanmaq üçün səbəb yaratmaq

Götü aftafa görməyib
-mədəniyyətə gəlib çatmamaq, dolayısıyla, dinsiz olmaq

Göydən a.cıq yağsa biri bizə yetişməz, iki s.k düşsə biri bizə girər, biri də növbə tutar
-xeyirli iş bizi tapmaz, şər iş yaxamızı tez tapar

Göt çevirmək
-arxa çevirmək, saya salmamaq

Götümü yeyən az idi
-sözümü danışan, qeybətimi qıran az idi

Götünə şalvar ala bilmir
-həddən artıq kasıbdır.
Götünə şalvar ala bilmir, hələ bir mənə nə ağıl da öyrədir

Götü qıllıya rast gəlmək
-zalım adamın özündən daşa zalımına rast gəlməsi
Vaxt gələcək, sən də bir götüqıllıya rast gələcəksən!

Götünə vedrə bağlamaq
-şəbədə qoşmaq, arxasınca olmayan sözü danışmaq


Götüylə dama daş atır
-olmazın işi görür, dolayısıyla, tərslik edir, sözün götündən yapışır deyiminə mənaca yaxındır

Göt verib körpü saldırır
-iki nəfərin arasını düzəldəcəyi yerdə abırdan getmək, yaramazlıq etməkdən ötrü sinov getmək

Götü yerə dəyməmək
-tez satılan mal haqqında (bazara çıxarılan qoyunun hələ ayaq üstəykən satılması)

Götübarmaqlı olmaq
-gözdən düşmək, çox ucuz olmaq

Göt-götə yatmaq
-küsülü olmaq (ər-arvad)

Götüş
-nadürüst, yaramaz adam

Götün-götün getmək
-geriyə getmək, geriləmək

Geyməyə çarıq, s.kməyə arıq

Gələnin qabağına baxır, gedənin dalına
-vecsiz, əlindən iş gəlməyən adam

Girib-çıxmaya düşmək
-otağa çox girib-çıxan adama məzə üçün deyilər

Gomuş gölünə girmək
-məcazi: yaşlı qadınla əlaqədə olmaq

Gəlini s.kib divara söykəməzlər
-gəlin bəzək əşyası deyil, iş-güc görməlidir

Götümü yemə
-arxamca söz danışma, qeybətimi qırma

Göt öpənin qazancı osturaq olar
-məcazi: yaltaq adamın qazancı boş tərif olar

Götümə girənə çıx deyə bilmirəm
-sözü keçməyən, hökmü yetməyən adamın dilindən

Götündə qılını oynadır
-çətin vəziyyətdən çıxmağı bacaran, çətinliyi eyninə almayan, şıltaq

Götü açılmaq
-zora düşmək

Get ostur, tumanını qurut
-məcazi yalandan basıb-bağlama, get özünə iş tap

Göt ol, bəxtin olsun
-dürüstlüyünə qiymət verilməyən adam belə deyər

Götüboş olmaq
-girsiz olmaq, altı boş (pulsuz) olmaq

Götünə duz töksən də şit osturacaq
-ağzının sözünü bilməyən adam haqqında

Götünün qırağıyla iş görmək
-bir işə həvəssiz, etinasız yanaşmaq

Götümə qıl girmir, sən də paya soxursan
-çox lovğa

Götünə-başına yaxmaq
-çox qudurğanlıq etmək, lovğalıq etmək

Günəşə götəş demək
-çaşmaq, ağlını itirmək, ağzının danışığını bilməmək

Günüvə osturum
-kasıb adamın halına rişxənd -lətifə: Molla Nəsrəddinin evinə oğru girmiş, aramış, bir sev tapmamış, qapıdan çıxarkən lapdan osturmus, yorğanın altından səssizcə onu seyr edən Molla acı-acı: «nə oldu, yükün ağır oldu?» sormuş, oğru: «yox sənin günüvə osturdum» demiş

Həmçinin bax:
 

0 şərh