Arqo deyimlər-10

Karın götünə ağac soxarlar, deyər, nə taqqa-taqdır?
-ətrafda nələrin baş verdiyindən xəbərsiz olan korafəhim insanlara aid misaldır

Kasıbın ətəyinə qovurğa töksən, s.ki durar vurar dağıdar
-yaxşılıq bilməyən insanlar haqqında.

Kasıbın əkdiyi bitməz, s.kdiyi bitər
-külfəti çox olan kasıb adama lağ mənasında deyilər.

Kor Alı, keçəl malı, s.ki sınıq Seyidalı
-şil-küt, aşağı düzeydən insanlar.

Kor kora deyər: cırt bəriki gözüvə

Kor tutduğunu s.kər
-kor tutduğunu buraxmaz deyiminin daha təsirli ifadəsi, zəkasız insanın bilmədiyi bir məsələdə israr etməsi zamanı bu deyimi işlədirlər.

Kim osturub? — Qərib
-qərib arxasız olduğuna görə günahlar onun üstünə atılar.

Kişiyə götünün bir tayını göstər, bir tayını göstərmə
-kişiyə özünü tam olaraq təslim etmə (yaşlı qadının gənc qadına tövsiyəsi).

Kişinin qəhbəsi qadınınkından betərdir
-kişinin ikiüzlüsü, üzüdönüyü, həyasızı qadınınkından betər olar.

Kimin s.ki kimin götündə
-aranın qarışmış olması

Kimin s.ki əyilsə gəlib mənim götümdə düzəldər
-kimin nə problemi olsa mənim üstümə qaçar mənasında.

Keçi osturmur, adam danışır
-insan öz sirrini açmasa kimsə bunu bilməz.

Keşdini sışdı edir, sışdını cahankeşdi (Keçdini sıçdı edir, sıçdını cahankeçdi)
-sözü dəyişdirib danışan, milçəkdən fil düzəldən adamlara deyərlər

Könlü balıq istəyən götünü buzlu suya qoyar
-bir şeydən ləzzət almaq istəyən onun əziyyətinə dözməlidir

Kirpi s.kmək kimi
-çox çətin iş

Keçi s.kildiyi yerə gələn kimi

Kələ göz eləməsə dügə üstünə atılmaz

Həmçinin bax:
 

0 şərh