Arqo deyimlər-11

Lovğalığından götünə kibrit çöpü olmur
-çox lovğa, təkəbbürlü insan haqqında

Lüt lütü tapar, götatan götatanı
-kasıb kasıbı tapar, fırıldaqçı fırıldaqçını

Lüt götdən tuman oğurlar
-çox kəmfürsət

Lüt lütü s.kər, ləlöyün törər
-kasıb adam kasıb yerdən evlənərkən bu məsəli işlədərlər

Ləzgi s.ki kimi
-bir ləzgi dəllək sünnəti səhv etmiş, bir neçə dəfə kəsmiş, ondan bu məsəl yaranmış

 

M
Mən bu evə gəlin gəldim, kim s.kərsə s.ksin
-taleyi ilə barışmış, heç nəyin umurunda olmayan

Müsəlman bekar olsa s.kin kəsər özünə iş çıxardar
-xaçpərəstlərin müsəlmanlar haqqında belə bir sözü var

Mənim götümü tez deşirlər
-mübahisə və ya alış-veriş zamanı Öz mövqeyini qoruya bilməyəcək adamın dilindən -məcazi: məni tez yoldan çıxarırlar

Martın üzünü s.kim, aprelin 15nəcən
-qışın sərt olduğuna dair ara sözü

Mart götünə barmağım, yaza çıxdı oğlağım

Molla — Tut götünə zolla!
-tərəkəmə insanların mollaya yanaşması belə olmuş

Mıxməmməd
-gözlənmədən hər yerdə ortaya çıxan adama deyilər

Mıxa keçmək
-ilişmək, işə düşmək

Mıxı durmaq
-gözlənmədən bir həvəsə düşmüş adama deyilər

Mənimkini yeyər, səninkinə də gözünü ağardar
-görməmiş adama dair ikibaşlı söz

 

N
Nala-mıxa vurmaq
-məntiqli danışmamaq, hətərən-pətərən danışmaq

Nöş deyirsən yerim yaşdı, deginən işəmişəm
-hər şeyi adıyla çağır. Sözü dəyişdirərək danışan adamlara söylənir

Nə ama yarayır, nə dama
-nə ev işinə yarayır, nə çöl-bayır işinə (fərsiz ər haqqında)

Nə tərəfə dönsən göt yenə arxaya düşər
-nə etsən də pis adam yenə pisliyində qalacaq

Nə bacımızı s.kəndən yarıdıq, nə bacısını s.kdiyimizdən
-nə qayından yarıdıq, nə yeznədən

Naxırçının qazancı qoduq s.kmək olar
-ucuz işin dəyərsiz bəhrəsi olar

Nə işin vardı azanda, a.cığın qaynaya qazanda
-öz yerini bilməyən, bunun acısını çəkən adam haqqında

Nə düyənin amıdı, nə buğanın samı
-heç bir işə yaramaz

Nəfəsimizi götümüzdən alırıq
-çox dərd içində olan adam belə deyər

 

o
Osturağa basmaq
-basıb-bağlamaq, yekə-yekə danışmaq

Osturub ayılmaq
-məsələnin fərqində olmamaq, gec başa düşmək

Osturan götə nə tövbə
-bir qəbahət insanın təbiətində varsa onu tövbə etməklə yox etmək olmaz

Osturmasan iy çıxmaz
-ayıb iş tutmasan sözü çıxmaz

Osturağın qulunca faydası var
-mənasız, boş bildiyin bir şeyin də faydası ola bilər

Oğurluqla qəhbəliyin ömrü qırx gündür
-...gec-tez üstü açılacaq

Oğlumun oğlu çaydan keçirtdi, qızımın oğlu götümə barmaq keçirtdi
-xalqın inancına görə oğul nəvəsi nənəyə, babaya sahib çıxar, qız nəvəsi çıxmaz

Oba durdu köçməyə, gəlin durdu sıçmağa
-yersiz iş tutan adama söylənir

Oğul dədəyə s.kiş öyrədir
-cavan adam yaşlıya hiylə öyrədərkən bu məsəl yada düşür

Ovçu ov tapanda tazının sıçmağı gələr
-işin tərs gətirməsi

Osturursan gülmürəm, elə bilirsən bilmirəm?

Osturağına şıllaq atır
-boş, mənasız iş görür

Osturaqçı götə arpa çörəyi mahnadır (bəhanədir)

Osturmamış göt istəyir
-qeyri-adi cəsarət (lağ mənasında)

Ondan mənə var — onun içinə bal,
Ondan mənə yox — onun içinə pox
-əlinin çatmadığı şeyə laqeyd olmaq

Ortaya siçanpoxu atmaq
-ortaya dava-mərəkəyə səbəb olacaq söz atmaq

Osturaqçıya göy noxud bəhanədi
Osturan-osturan, barmağımda fala bax
-uşaqlar arasında deyilər

Ostur, tayını tap
-«get tayını tap» deyiminin latayır şəkli

Oğraşın dal ayağı
-çox yaramaz, yaramaz adamın ən murdar olanı

 

O
Ölünü öz xoşuna qoysan sıçıb kəfəni batırar

Ölünün götü ballı olar
-ölən adamın pis yönlərinə do yaxşı deyilər

Özgə s.kiylə özgə könlü görmək
-aradüzəldənlərə dair yaman söz

Özgəsinin arvadını tikan üstündə s.kərlər
-özgəyə qarşı rəhmsiz davranmaq anlamında

Ölüdən göt istəyir
-mümkün olmayan şeyi istəmək

Özümdən almıram — tökülmüşdü,
özgədən almıram — s.kilmişdi
-öz qohum-əqrəbamdan qız almıram — tökülmüşdü...

Öz poxu öz başına düşmək
-qazdığı quyuya özü düşmək

Özgə götüylə osturmaq
-başqasının sayəsində qürurlanmaq

Öyünməyə yad ellər, osturmağa dəyirman
-yad eldə öyünmək asandır, çünki səni kimsə tanımaz, dəyirman səs-küylü olar

Ölmədən goruna osturur
-1. öləndən sonra goruna söydürəcək iş tutmaq 2. qocasına hörmət qoymamaq

Həmçinin bax:

0 şərh