Arqo deyimlər-12

Poxu basarsan iyiyər
-yaramaz adamı danışdırsan xoşagəlməz sözlər danışar

Poxunu yeyəndir
-çox xəsisdir

Pox yemək
-qələt iş tutmaq

Poxunu uzaq et
-bəlanı uzaq et mənasında

Poxa düşmək
-bəlaya düçar olmaq

Poxa salmaq
-müşkül işə salmaq

Poxundan muncuq tapmısan?
-çox sevincək olmuş adama deyilər

Pox səbətə qoymamaq
-bir nəticə əldə etməmək

Poxlunun sidikliyə gülməsi kimi
-ayıblının ayıblıya gülməsi

Poxu başına düşmək
-öz qazdığı quyuya düşmək

Pişiyi elə s.k, qayıdıb üzünü cırmaqlamasın
-hər işi üsulca görmək mənasında

Pox yeməli olsa götünə torba tikər
-çox xəsis adam haqqında

Pox yeyən itin qaşığı yanında olar
-hər hansı peşə sahibinin aləti yanında olmalı

Pox-pox danışmaq
-söz-söhbətə səbəb olacaq şeylər danışmaq

Poxu tərifləməklə bal olmaz
-tərifləməklə bir şeyin və ya insanın mahiyyəti dəyişməz

Poxun adını Çölalı qoyarlar (yəni qırmızı)
-nöqsanlı bir şeyi təmizə çəkmək

Pox boyda boyu var

Poxun güdür
-bir insanın aşırı dərəcədə paxıl olması

Pox yeyən itinəm, ay allah
-günahkar bəndənəm ay allah

Pox deyil, babam sıçıb
-özünü təmizə çıxartmaq
Pox osturağa yol vermir
-iki yaramaz adam bir-birinə qənim kəsilində belə deyirlər

Poxu-poxuna qarışıb
-işləri düyün düşüb, çox yaramaz duruma düşüb

Pox yemiş dana kimi özünü çəkib
-lovğa adamlara misal

Poxlu-şırdanaqlı
-çox natəmiz

Poxu-poxa qatmaq
-iki yaramaz işi bir araya gətirmək

Həmçinin bax:
 

0 şərh