Arqo deyimlər-15

Şeytan götünün gülləsidir
-çox bicdir, hətta şeytanı belə götündən vura bilir

Şir qocalanda s.kinə kəpənək qonar
-qocalar onlara lağ edən cavanlara belə deyirlər

Şam tutmaq
-şahidlik etmək (yataqdakı iki nəfərə)

T
Toyuq qocalanda götünü qısar
-qocaların xəsisliyinə dair misaldır

Təzə gəlin s.kə baxar kimi
-matı-qutu qurumuş halda bir şeyə baxmaq

Toyuğun götünü güdür
-ac və kasıb olmaq, toyuğun yumurtlayacağı yumurtaya ehtiyacı olmaq

Tərifli qoyunun tırığı çıxdı
-yaxşı ad açmış birinin yaramaz bir işi meydana çıxarkən bu məsəl yada düşər

Toyuqpoxu rəngi
-boz-yaşıl rəng

Toyuq yumurtladıqcan götü daralar
-insan varlandıqca xəsisləşər

Toy gedər toylu (toğlu) qalar, mənə götü poxlu qalar
-yenə əzab-əziyyət mənə düşər

Tələsən tərsə sıçar
-tələsən tərsə düşər deyiminin bir variantı

Təkəni oynadan daşşağıdır
-məcazi:  insanı oynadan (hərəkətə sövq edən) var-dövlətidir

Təbriz 3 ay yay, 3 ay qış, 6 ay s.kiş-qırış
Təbrizin iqlimi yaz-payız aylarında dəyişkən olduğuna görə belə deyirlər, təbrizlilərin zarafatcıl, lağbaz olduqlarına işarədir

Təzək poxdan yaxşıdır
-iki pisliyin arasında qalıb seçim etmək məcburiyyətində qalan adamın dilindən

Toyunda osturmuşam
-təbrizlilərin sözü, kiçik şeydən ötrü küsən adam haqqında

u
Üzünü işəməyilə yumaq
-çox həyasız olmaq

Üz verdik Alıya, gəldi sıçdı xalıya
-üz verdiyin birisinin əndazəni aşması

Üzü divara götü xiyara
-yönünü bilməyən adam haqqında

Umma daşşağıma, get özünə ət qazan
— məndən əlini çək, get özünə başqa hərif axtar

Üzünü açmaq
-bəkarətini pozmaq

Üzü üzlər görüb, dizi dizlər
-bir insanın çox təcrübəli olduğuna ala etmək
-başqa bir variantı: Üzü üzlər görüb, götü bizlər

Ucunu qoymaq
-bir işə yeni başlamaq anlamında latayır

v
Varlının qəhbəsi bilinməz, kasıbın acı
-varlı öz qəbahətini pulla ört-bas edər, kasıb yesə də ac kimidir, ona görə aclığı bilinməz

 

x
Xanım, götün ağırdır — bu daş, bu tərəzi
-yalançıya dəlil-sübut göstərmək

Xan s.kib xanım olub
-yüksək mənsəbli adamla əlaqəsi olduğuna görə təkəbbür satan adamlar haqqında misaldır

Xoruzun götünü yağ tutanda banlamaz
-məcazi:  insan varlananda qudurar

Xanım osturtmaq
-maddi durumuna uyğun olmayan yerlərə pul xərcləyən adama deyirlər -rəvayət:
bir kəndli ailəsini dolandırmaqdan ötrü pul qazanmaq məqsədilə şəhərə yollanır. Bir xanımın evində qulluğa düzəlir. Vaxt keçir, xanıma ilişir, uşaqlarını unudur. Bir gün xanımla sevişərkən bu deyimi doğuracaq hadisə baş verər, kəndli dərindən ah çəkər, xanım nə üçün ah çəkdiyini ondan soruşar, kəndli: «balalarım acından ölür, mən burda xanım osturduram» deyər.

Y
Yalançını dilənçi s.ksin
-yalan danışmaq ən ucuz münasibətə layiqdir

Yatan öküzün başına duran öküz sıçar
-tənbəl adam yatar, oyanıq adam onu qabaqlayar

Yayda qoyun yeyən, qışda poxun yeyər
-yayda qış tədarükünü tutmayan qışda acından ölər

Yaralı barmağa işəməmək
-ən kiçik bir işə belə faydası olmamaq (türkəçarə mülicədə sidik yaradan axan qanı sağaltmaq üçün istifadə olunur)

Yumşaq atın s.ki sərt olar
-xoşxasiyyət adamın cəzası daha sərt olar

Yorğanı qalındır
-sirrini bayıra verməyən varlı adam haqqında (qoxusunu kənara çıxartmayan)

Yeznə göt yarasıdır
-heç kəsə danışa bilməyəcəyin bir dərddir

Yekədaşşaq
-varlı-karlı, hərbəli-zorbalı

Yeyimcilnən s.kimcilinkini allah yetirər

Yolun enişi, a.ın genişi
-rahat, maneəsiz

Yerli yerlini qürbətdə s.kər
-yad yerdə insana öz yerlisi qənim olar anlamında

Yıxıb yerdə başa salmaq
-anlamaz, qanmaz adama deyilər

Yerinə işəyən
-yaşca böyük olub hələ də uşaq xasiyyətini saxlayan adama deyilər

Həmçinin bax:
 

0 şərh