Alıqışlar

  • Allah köməyin olsun
  • Allah rəhm eləsin. Allah saxlasın. Allah dadına yetsin
  • Allah canaa qıymasın
  • Allah canıı (balaa, dədəə, nənəə)saxlasın
  • Atan (anan) rəhmətdə
  • Allah bədnəzərdən (mərdiməzardan) saxlasın
  • Pis gözdən uzaq olasan
  • Ömrün uzun olsun
  • Ömrün Arazca olsun
  • Sinəndə ağ tük bitsin
  • Sinən dağ görməsin. Bala dağı görməyəsən
  • Ağsaqqal ulasan. Pir ulasan
  • Duru sular(axar sular) qabağaa çıxsın
  • Neynım-neceleyim demeyasan
  • Yolun açıq ulsun. Xoş getdin. Yaxşı yoı
  • Sağ-salamat gedəsən
  • Salamat qalın
  • Dədəli, nənəli (atalı, analı) böyüyəsən
  • Atan, anan qazancı yesin (görsün)
  • Ruzulu olasan
  • Halal çörəkli olasan
  • Süfrən dolu olsun
  • Qonaqlı-qaralı olasam
  • Qapın həmişə açıx olsun
  • Allah səni xuşbax elasın
  • Bəxtin gözəl olsun
  • Bala dağı görmeyasan
  • Atan-anan dağını görməsin
  • Maşallah
  • Allah qoysa, İnşallah. İnşallah
  • İşin irəli, Qoluna qüvvət
  • Allah qüvvət versin
  • Ağzın şirin olsun
  • Əlin, qolun var olsun
  • Allah, qəriblikdə olanıı yetirsin
  • Ümid evi olasan
  • Həmişə toyda. Həmişə xeyir işdə
  • Qapına şənliyə gələk
  • Oğul (nəvə) töyu görəsən
  • Mübarəkdir. Təbrik edirəm
  • Oğullu-qızlı olsunlar
  • Gözün dolu görəsən
  • Aydınlıqda olasan. Gözün aydın
  • Can sağlığıynan
  • Yüz beləsini dağıdasan
  • Xuş galmısan
  • Yaxşı yul, Yulun açıq ulsun
  • Allah əvəzini versin
  • Allah, gözüü yaşlı quymasın
  • Uğul, uşaq (nəvə) sahibi ulasan
  • Yüz yaşeyasan
  • Halal südəmmişi qabağaa çıxsın
  • Mərdi-məzardan uzax ulasan
  • Allah. Səni mərdi-məzardan uzax elasın
  • Anaa südü halal olsun
  • Hörmətin artıq olsun
  • Bərəkətli olsun
  • Canın bəla görməsin
  • Allah sınıqlıq verməsin
  • Allah bu tük üstə saxlasın
  • Allah sənə min şükür
  • Səni verənə şükür (qurban)
  • Allah qazananıı saxlasın
  • Min budaq olasan
  • Ölənlərin rəhmətdə
  • Yurtda-yuvada qalasan
  • Allah xəta-bəladan uzax elasın
  • Bir quyub, min götürəsən
  • Getdiyin yerdə yarıyasan
  • Allahın nəzərində ulasan
  • Allah gözdən salmasın
  • Başın-dişin ağrımasın
  • Nubaranlığa çıxasan
  • Böyük kişi olasan
  • Heç darda qalmayasan
  • Payın çux olsun
  • Anaa südü kimi halal olsun
  • Evin abadan
  • Bir olsun, pirricə olsun
  • Doyunca işlədəsən
  • Könül xuşluğuyla
  • Şirin ağızla yeyəsən
  • Əlin-qulun var ulsun
  • Qədəmlərin mübarək
  • Ayaqların yüngül ulsun
  • Şadlıq aparasan
  • Sağ əlin bizim başımıza
  • Ayaqların ruzulu ulsun
  • Qoşa qarıyasız (yarıyasız)
  • Allah eləməsin
  • Allah pis gün verməsin (göstərməsin)
  • Allaha pənah
  • Allah var, rəhmi var
  • Dostun dost olsun, düşmənin puç olsun
  • Mərdiməzardan uzax olasan. Pis gözdən uzaq olasan
  • Bədnəzərə gəlməyəsən
  • Allah sağ gözü sol gözə möhtac eləməsin
  • Allah sən düşmənə möhtac eləməsin
  • Allah rahat ölüm versin
  • Allah ağlıı almasın. Allah ağıl versin. Allah səbir versin
  • Yastığın yüngül olsun
  • Qapında toy çalınsın. Böyük toyun görəsən
  • Xoş sədan gəlsin
  • Mal-dövlət sahibi olasan
  • Allah cibəə bərəkət versin
  • Allah ruzuu başınnan töksün
  • Allah zəhmətii itirməsin
  • Verdiyii Allah əfsənətə salsın
  • Allah qəlbinə gorə versin… və sair...

Mənbə: Nüvədi kəndinin folkloru
Müəllif: Əli Vəlioğlu, [email protected]

loading...

2 şərh

asel
Bunlar andiçmələr yox, alqışlardır
azadmamedov90
ela yazilardir..eziyyetinize gore sag olun…