18+ lətifələr

  1. Vovoçka bazarda danışan söyüşkən tutuquşu satır. Tutuquşu kişi görən kimi oğraş deyir, qadın görəndə qəhbə. Vovoçka məcbur olub piştaxtanın altında bir qazanda su qaynadır və hər söyüşdən sonra tutuquşunun başını soxur o qazana ki, söyüşü tərgitsin. Beləcə tutuquşu söyüşü tərgidir. Bu zaman bunlara bir qadın yaxınlaşır və soruşur:
    - Tutuquşu danışandır?
    - Bəli.
    - Söyüş söymür ki?
    - Xeyr.
    Qadın tutuquşuya tərəf dönüb deyir:
    - Birdən mən evə kişi ilə gəlsəm nə deyəcəksən?
    - Xoş gəlmisiniz, buyurun keçin!
    - Birdən mən iki kişi ilə gəldim, nə deyəcəksən?
    - Xoş gəlmisiniz, buyurun keçin!
    - Birdən mən üç kişi ilə gəldim, nə deyəcəksən?
    Bu dəfə tutuquşu Vovoçkaya tərəf çönüb deyir:
    - Şef, suyu qaynat, bu həqiqətən qəhbədir!
  2. Bir rəfiqə o birinə zəng edir:
    - Eşidirsən, ay qız, bizimki evə gəldi, uşaqların dərslərinə əsəbləşdi, xörək hazır olmadığına da hirsləndi, məni söyüb biabır elədi, dedi ki, sənnənsə qəhbələrlə vaxt keçirmək daha yaxşıdı və qapını çırpıb getdi. Təsadüfən sizə gəlməyib?..
  3. Analizlərin nəticələrini nəzərdən keçirən həkim pasiyentə deyir:
    - Həəə, qardaş, səndə şəkər çox yüksəkdir, sən şirin şeylərdən tamamilə imtina etməlisən!
    - Hansı şirin şeylərdən imtina etməliyəm?
    - Məsələn, tort, konfet, mürəbbə olmaz, “levı getmək”, yəni qıraqda arvadbazlıq eləmək olmaz…
    - Dayan, dayan, tortu, konfeti başa düşdüm, bə bazlığın şəkərə nə dəxli?
    - Çünki “levı” qadın lap şirin olur, o heç olmaz!
  4. Mini yubka geyinmiş cavan bir qız pilləkanın yuxarısında dayanıb, xəyala dalıb. Bu zaman pilləkanın altından keçən oğlan yuxarı baxır və gördüyü mənzərə onu cəlb elədiyindən dayanıb baxmağa başlayır. Bir müddət qız və oğlan bir-birinə baxırlar. Nəhayət qız soruşur:
    -Sən indi nə haqda fikirləşirsən?
    Oğlan: – Sən nə haqda fikirləşirsənsə, mən də o haqda fikirləşirəm!
    Qız da qayıdır ki: – Bıy, tərbiyəsiz, axmağın biri axmaq, utanmaz!
  5. Çoxdan həbsdə yatan biri türmədən qaçır. Gizlənmək üçün bir evə girir. Evdə isə gənc ər-arvad təzəcə soyunub yatağa uzanıblarmış. Zek oğlanı tutub əl-ayağını bağlayır və özü girir yatağa qızın yanına. Birdən nə fikirləşirsə qızın boynundan öpüb gedir duşxanaya. Bunu görən oğlan qıza deyir:
    - Əzizim, mən bunu tanıdım. O, həbsdən qaçıb. Türmədə onlar illərlə qadın görmürlər, o sənin boynundan öpdü, başa düşürsən daaa…, ona görə də dözümlü ol, mən səni sevirəm…
    - Əzizim, mən də onlar haqda eşitmişəm. Onlar türmədə daha çox oğlanlarla maraqlanırlar… Bu isə mənim boynumdan öpmədi, qulağıma söz dedi. Soruşdu ki, vazelin haradadır? Mən də dedim duşxanada. “Tak şto”, əzizim, başa düşürsən daaa…, dözümlü ol…
  6. Erkək şirlə dişi şir yuvanın qabağında uzanıblar. Birdən dovşan bunlara yaxınlaşır,qəfildən erkək şirə bir şillə ilişdirir və qaçır. Erkək heç qımıldanmır. Dişi şir dəhşətə gəlir:
    - Sən niyə tərpənmirsən? Sən heyvanların şahı, o isə cılız bir dovşan? Niyə payını vermədin?
    - Əşşi, qanmaz dovşancığazdı daaa, qoy rədd olsun…
    Səhəri gün bu hadisə eynilə bir də təkrarlanır. O biri gün bir də… Dördüncü gün dişi şir dözmür, dovşan erkək şirə şillə vurub qaçanda cumur onun dalınca. Xeyli qaçandan sonra qabaqlarına bir truba (boru) çıxır. Dovşan girir trubanın içinə, şir də bunun dalınca. Truba dar olduğundan şir başı trubanın içində, dalı çöldə ilişib qalır. Dovşan trubanın o biri başından çıxır, hərlənib gəlib keçir şirin dalına, bunun işini yaxşıca görür və qaçıb gedir. Şir qəzəbindən çabalayıb trubadan çıxır və görür ki, dovşanın heç tozu da qalmayıb. Kor-peşiman, qulaqları, bığları sallanmış halda ayağını sürüyə-sürüyə qayıdır erkək şirin yanına. Erkək tayı bunun görkəminə baxıb deyir:
    - Nədi, trubanın yanına getmişdiniz?..
  7. - Dostum böyük bir axmaqlıq edib, gəzdiyi qıza dünən evlənmək təklif edib…
    - Bəs o bilmirdi ki, bu qız fırıldağın biridir, hamıya ata-ata gəzir?..
    - Bilirdi, ona görə də elə fikirləşib ki, buna da atacaq, “yox” deyəcək…
  8. Balaca oğlan “102”-yə zəng edir:
    - Tez gəlin, liftdə bir kişi və bir qadın qalıb… Deyəsən onlardan biri yaralanıb…
    - Nədən bildin ki, yaralıdır?
    - Liftdən yaman inilti səsi gəlir…
  9. Seksoloqun qəbuluna gələn xanım içəri girən kimi donunu qaldırır, tumuşunu çəkir aşağı və şeyini göstərib deyir:
    - Həkim, baxın, o tərləməyib, amma nəmdir, bunun səbəbini tapa bilərsiniz?
    Həkim qadını qurşaqdan aşağı bir xeyli müayinə edir və qəfildən şalvarını aşağı çəkib özününkünü göstərir:
    - İndi siz baxın, mənimki də karxanadan gətirilməyib, amma daş kimidir…
  10. Bir cavan oğlan barda gənc qıza yaxınlaşıb deyir:
    - Bağışlayın, siz tanış olmadığınız kişilərlə sekslə məşğul olursunuz?
    - Xeyr, mən tərbiyəli ailədən çıxmışam və tanış olmadığım kişilərlə sekslə məşğul olmuram…
    - Həəə? Onda gəlin tanış olaq…
  11. Bir gənc leytenantı ucqar yerə xidmətə göndərirlər. Elə ilk gün o, başqa leytenantlarla birgə kənd klubuna diskotekaya gedir. Baxır ki, burada bir dənə də qəşəng qız yoxdur. Birdən diskotekaya gözəl bir qız daxil olur. Gənc leytenant deyir:
  12. - Bu qız mənimki olacaq.
    - Dəli olma, bu bizim komandirin, polkovnikin qızıdır…
    - Mənə fərqi yoxdur, bu gecə o qıznan olmalıyam, vəssalam!
    Gənc leytenant qızı rəqsə dəvət edir və elə ilk rəqs başa çatmamış qıza deyir:
    - Bu gecə mən səninlə olmalıyam, gecə saat 1-də məni gözlə.
    Təəccübdən qızın gözləri bərələ qalır:
    - Sən nə həyasız oğlansan, axı biz heç tanış olmamışıq – deyir qız, diskotekadan çıxıb gedir düz atasının yanına və gənc leytenantın təklifini ona çatdırır. Atası deyir:
    - Qızım, sən narahat olma, mən sənin otağında şkafda gizlənərəm, gəlsin görək nə demək istəyir…
    Qız soyunub uzanır yerinə, polkovnik girir şkafda gizlənir. Düz saat 1-də qapılar taybatay açılır, gənc leytenant bir bölük əli avtomatlı əsgərlə girir otağa və başlayır komanda verməyə:
    - İki nəfər pəncərənin, iki nəfər də şkafın ağzına! İki nəfər qapıya, iki nəfər də çarpayının altına! İlk hərəkətdəcə xəbərdarlıq etmədən atəş açırsınız!
    Sonra gənc leytenant girir qızın yanına, işini görür və əsgərlərini də götürüb gedir. Qız şkafdan çıxan atasına deyir:
    - Gördün? Əsil kişidi, dedi və elədi…
    Polkovnik də qayıdır ki:
    - Kişiliyini bilmirəm, amma əsil zabitdir, gördün xidməti necə təşkil eləmişdi?!.
  13. Gecədən xeyli keçmiş kişi keyfi kök vəziyyətdə evə qayıdır. Birtəhər mənzilinin qapısını tapıb zəngi basır. İçəridən qadın səsi gəlir:
    - Kimdir?
    Arağın təsirindən özünü əjdaha hesab edən kişi deyir:
    - Jan Klod Van Dammm…
    - Elə qələt eləyirsiniz haaa… Birinizə yer yoxdur, dördünüzü necə qəbul edim?!.
  14. Üç kişi oturub dərdləşirlər.
    - Təsəvvür etməzsiniz, o gün arvad məni bir mağazaya apardı, bir tumuşu 100 dollara aldım…
    - Eh, məni demirsən. Arvad dedi ki, bir tumuş gətiriblər, almağa söz versən sən araq içəndə dillənməyəcəm. Mən dili qurumuş da söz verdim. Tumuş neçəyə olsa yaxşıdı – 200 dollara, təpəmdən tüstü çıxdı…
    - Mənə isə bir tumuş 300 manat cəriməyə və arvadla boşanmağa başa gəldi…
    - Hardan almışdın ki, o tumuşu?
    - Mən almamışdım, arvad tapmışdı, bizim çarpayının altından…
  15. Cavan oğlan travmatoloqun yanına gəlib deyir:
    - Həkim, hər gecə yuxuda lüt soyunmuş çılpaq qızlar mənə hücum edirlər, mən isə bu əllərimlə onları geri itələyirəm…
    - Yaxşı, axı bəs mən travmatoloqam, mən sizə nə ilə kömək edə bilərəm?
    - Həkim, siz mənim bu əllərimi kəsməlisiniz, əllərimi…
  16. Çoxdan görüşməyən iki dost görüşür.
    - Nə var, nə yox? Necəsən? Neçə uşağın var?
    - İki.
    - Bəxtəvərsən ki. Bizdə yeddidi…
    - Bəs niyə qorunmursunuz?
    - Bilmirik axı necə…
    - Gəl sizə bizim metodu öyrədim. Qurtarmağa az qalmış mən arvadın şeyinin üstündəki tüklərdən birini qəfildən dartıram, arvad diksinir və uşağa qalmır…
    - Çox sağ ol, ay qardaş, gedim görüm yarayacaqmı…
    Bir ildən sonra bunlar yenə görüşürlər.
    - Hə, necədi, metod kara gəldi?
    - Əladı, arvad bu il hamilə qalmayıb. Ancaq yeni metoda ehtiyacımız var.
    - Niyə?
    - Arvadın cəmisi 17 tükü qalıb…
  17. Müəllimə sinifə müraciət edir:
    - Uşaqlar, gəlin belə bir eksperiment keçirək.
    Siz mənə baxıb bədənimin hansı hissəsindən xoşunuz gəldiyini deyəcəksiniz, mən də sizin gələcəkdə hansı sənət sahibi olacağınızı tapacam…
    - Müəllimə, mənim sizin saçlarınızdan xoşum gəlir.
    - Deməli sən bərbər olacaqsan.
    - Mənim isə sizin gözlərinizdə xoşum gəlir.
    - Sən isə oftalmoloq olacan.
    - Müəllimə, dişləriniz çox gözəldir, xoşum gəlir.
    - Sən də stamotoloq olacan. Vovoçka, bəs sən niyə dillənmirsən?
    - Mən artıq öz aqibətimi bilirəm.
    - Doğrudan? De görüm nə olacaqsan?
    - Mən süd zavodunda işləyəcəm…
  18. Birisi itinin adını Oğraş qoyur.
    Dostları onu qınayırlar:
    - A kişi, bu nə addı itə qoymusan?
    - Təsəvvür edin, küçə ilə itnən gedirəm və birdən itin adını çağırıram, bilirsiniz nə qədər yanında mini yubkalı zənən gəzdirən kişi xeylağı tez dönüb mənə tərəf baxır…
  19. Bir nəfər il boyu birtəhər 5 min dollar toplayaraq yayda xanımını götürüb bahalı kurorta istirahətə gedir.
    Ər-arvad 10 gün ərzində qənaətlə dolanıb əllərində olan puldan kənara çıxmamağa çalışırlar. Nəhayət sonuncu gün qaldıqları otelin şefi haqq-hesab dəftərini gətirib qoyur ortaya və deyir:
    - Sizin 10 gün ərzində bizim oteldə qalmağınız sizə 4 900 dollara başa gəldi.
    Ər-arvad razılıqla bir-birinin üzünə baxırlar. Şef isə davam edir:
    - Üstəgəl 10 000 dollar yaxta ilə dəniz gəzintisi…
    Kişinin gözləri çıxır kəlləsinə:
    - Nə yaxta, nə gəzinti? Biz heç bir gəzintidə olmamışıq!
    - Təqsir özünüzdədir. Yaxta bütün günü körpüdə olub, sizi gözləyib. Daha sonra, üstəgəl vertolyotla dağlara səyahət – 15 000 dollar…
    - Siz nə danışırsınız? Biz dağlara getməmişik!
    - Gedəydiniz! Vertolyot bütün günü meydançada olub, təqsir özünüzdədir.
    Bunu eşidən kişi əsəbləşərək deyir:
    - Onda mən də məhkəmədə sizə qarşı iddia qaldırıram, arvadımı qayırdığınız üçün sizdən 50 000 dollar təzminat tələb edirəm!
    - Siz nə danışırsınız? Mən sizin xanımınıza heç yaxınlaşmamışam!
    - Yaxınlaşaydın! O, hər gün lüt soyunaraq sizin nudist plyajda uzanıb gözləyirdi…
  20. Seksopotoloqun qəbuluna gələn xanım şikayətlənir:
    - Həkim, məni heç bir kişi təmin edə bilmir, mən sadəcə doymuram…
    - Onda siz ərə gedin!
    - Mən ərdəyəm, ay həkim!
    - Onda özünüzə bir aşna tapın!
    - Həkim, var, özü də bir neçəsi, hərdən “levı” da olur…
    - Onda, mən deyə bilərəm ki, siz superqadınsınız!
    - Xahiş edirəm, həkim, mənə bu barədə bir arayış verin, yoxsa ətrafdakılar məni başa düşmürlər, adımı qəhbə qoyublar

 

Oxşar məqalələr

 

0 şərh