Çiçək-yeddi ləçək | Valentin Katayev

Biri var idi, biri yox idi. Jenya adında bir qız var idi. Anası Jenyanı mağazaya qoğal almağa yollayır. Jenya qoğal alıb evə qayıdanda ora-bura baxmağa başı qarışır əlindəki qoğalları it oğurlayıb qaçır. Jenya itin arxasınca qaça-qaça gəlib bir meşəyə çıxır. Bir nənə ilə tanış olur. Nənə Jenyaya sehirli, yeddi ləçəkli bir gül bağışlayır. Bildirir ki, qəlbində arzu tutub ləçəkdən qırıb bu şeiri desin:

Uç, uç ləçək,
Qərbdən Şərqə doğru
Dairə vuraraq, qayıt.
Bircə yerə sən dəysən -
Əmr et, mənim istədiyim kimi olsun
Əmr et ki,… arzunu de, həmin arzun yerinə yetsin.



Jenya çiçəyi görüb çox sevinir. Çiçək əlində fırlana-fırlana arzularını deyir. Gah it tərəfindən yeyilmiş qoğallarının geri qayıtmasını istəyir. Həmin andaca əlində qoğal Jenya artıq evdə olduğunu görür. Başa düşür ki, nənənin verdiyi gül həqiqətən də sehirli imiş. Gülü götürüb güldana qoymaq istəyəndə güldan qırılır. Anası görüb hirslənməsin deyə Jenya digər ləçəyi də güldanın bərpasına görə qırır.

Beləcə, Jenya ləçəkləri gah Şimal qütbünə getməyinə və oradan qayıtmağına, gah bütün dünyadakı oyuncaqların onun olmasına yenidən mağazaya qayıtmasına sərf edir. Sonda Jenya görür ki, güldə yalnız bir dənə mavi ləçək qalıb. Jenya düşünür ki, bu ləçəyi daha səmərəli şeyə sərf etsin. O, birdən çox gözəl bir oğlan gördü. Oğlan kiçik skamyada oturmuşdu. Onun şən, lakin çox sakit, iri göy gözləri vardı.
Oğlan çox suyuşirin idi, o dəqiqə görünürdü ki davakar deyil və Jenya onunla tanış olmaq istədi.

Qız heç bir qorxu olmadan ona o qədər yaxın gəldi ki, oğlanın bəbəklərində özünü iki  hörükləri ilə birlikdə aydın gördü.
— Ay oğlan, sənin adın nədir?
— Vitya. Bəs sənin necə?
— Jenya. Gəl qaçdı- tutdu oynayaq.
— Bacarmıram, mən axsayıram.
— Çox heyf! – Jenya dedi — sən mənim xoşuma gəldin və mən səninlə böyük məmnuniyyətlə qaçardım.
— Sən də mənim çox xoşuma gəlirsən və mən də böyük məmnuniyyətlə səninlə qaçardım, lakin çox təəssüf ki, bu mümkün deyil. Nə etmək olar,  bu ömürlükdür.
— Ax, sən necə boş şeylər danışırsan ay oğlan, — deyə Jenya qışqırdı və cibindən öz qiymətli çiçəyini çıxartdı və dedi- Bax!



Bu sözlərlə qız axırıncı ləçəyi ehtiyatla qopartdı, bir dəqiqəlik mavi gözlərini sıxdı, sonra barmaqlarını araladı, sevincdən əsə-əsə nazik səsi ilə oxumağa başladı:
Uç, uç ləçək,
Qərbdən Şərqə doğru
Dairə vuraraq, qayıt.
Bircə yerə sən dəysən -
Əmr et, mənim istədiyim kimi olsun
Əmr et ki, Vitya sağlam olsun!

Elə həmin dəqiqə oğlan skamyadan durdu, Jenya ilə qaçdı- tutdu oynamağa başladı. Vitya o qədər yaxşı qaçırdı ki, Jenya nə qədər çalışsa da ona çata bilmirdi.

0 şərh