Prometey

Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Onlar öz tanrıları və qəhrəmanları haqqında çoxlu maraqlı hekayələr yaradıblar. Hekayələrdən birində Zevsə qarşı çıxmış qəhrəman Prometey haqqında danışılır.

İnsanlar yerdə çox pis yaşayırdılar. Zevs onların hamısını məhv etmək və onların həyatını dözülməz etmək istəyirdi. Prometeyin insanlara yazığı gəlirdi. Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmişlər.

O onlara sənəti, oxunu, hesabı və yazını öyrətdi. O vəhşi atı və öküzü onlar üçün əhliləşdirdi.

Prometey insanlara gəmi düzəltəməyi və yelkən tikməyi də öyrətdi. İnsanlara dərman verdi və necə müalicə olunmağı başa saldı.

Zevs buna görə Prometeyə çox qəzəbləndi və onu qəddarcasına cəzalandırdı. O, Prometeyi Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır.

Zevs hər gün bir qartal göndərirdi ki, Prometeyin qaraciyərini parçalasın. Gecə ərzində onun qaraciyəsri təzədən böyüyür və yenidən acgöz qartal uçub gəlirdi. Bu bir neçə min il davam etdi.

Nəhayət Herakl oxla qartalı vurur və Prometeyi azad edir. Zevsdən Prometeyin bağışlanmasını xahiş edir. Zevs Prometeyi bağışlayı və yendiən ölməzlər sırasına qatır.

0 şərh