Enid Bliton

Enid BlitonMəşhur uşaq yazıçısı Enid Bliton 11 avqust 1897-ci ildə Londonda anadan olub. Ailənin ən böyük uşağı olan Bliton 1907-1915-ci illərdə Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil alıb. Məktəb əlaçısı idi və oxuduğu müddətdə «Headgirl» adını qazanıb. Bliton çox gözəl piano çala bilirdi.

Liseyi bitirdikdən sonra müəllim olmağa qərar verən Bliton, universitetdə olarkən musiqi məşğələlərini buraxıb. Boş zamanlarında yazıçılıq etməyə başlayıb və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan «Uşaq pıçıltıları» kitabı nəşr olunub.

Bliton əsərlərində əsas qəhrəman kimi uşaqları seçirdi. 3 tipdə əsər yazırdı: 
Birinci tip kitablarında uşaqların qeyri-adi macəralarından bəhs edirdi.

İkinci tip kitablarında hadisələr məktəbdə baş verir və uşaqların başına gələn məzəli hadisələr qələmə alınırdı.

Üçüncü tip kitabları isə fantastik idi və şeytanlar, pərilər kimi personajlar da yer alırdı.

Onun ən məşhur əsərləri sırasında «Məşhur beşlik», «Macəra Seriyası», «Sirli yeddilik», «Yaramaz qızlar», "Əkizlər məktəbdə" və «Adada macəra»nın adı mütləq qeyd olunmalıdır.

Əsərləri daim mübahisəli olan Blitonun uşaq şeirlərindən ibarət ilk kitabı 1924-cü ildə nəşr olunub. Enidin 700 kitabı çapdan çıxıb. Bundan əlavə o, 10.000-dən çox qısa hekayənin müəllifidir.

1967-ci ildəki qeydlərə görə Blitonun kitabları 399 dilə tərcümə olunub. Enid Bliton İngiltərədə Uilyam Şekspir və Aqata Kristidən sonra ən çox kitabları xarici dilə tərcümə olunan 3-cü yazıçıdır.

1967-ci ildə həyat yoldaşının ölümünün ardından xəstələnən Enid Bliton 28 noyabr 1968-ci ildə vəfat edib.
 

0 şərh