Рейтинг
0.00

Uşaq ədəbiyyatı

1 üzv, 31 topik

Balalara hədiyyə

Uşaqlar, xəbəriniz olsun ki, Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələrini bir kitabda ilk dəfə görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifçi Firidun bəy Köçərli toplamışdır. Onun 1912-ci ildə tərtib etdiyi “Balalara hədiyyə” kitabı uşaqlara böyük töhfədir.

Firidun bəy Azərbaycan folklorunun vurğunu idi və hesab edirdi ki, xalqımız yalnız böyük keçmişindən, soyundan-kökündən bəhrələnərək xoşbəxt gələcək qura bilər. Odur ki, bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən gələni edirdi. O, hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və kədərinin, adət-ənənələrinin, parlaq şəkildə əks olunduğu bu nağıllar, uşaq oyunları, tapmacalar, atalar sözləri, məsəllər, yanıltmaclar, bayatılar, laylalar, oxşamalar, nəğmələr millətin yoluna işıq salan əbədi mayakdır. 
Davamı →

Üç buludun nağılı | Viktoriya Valyuk

Bir gün üç bulud mavi səmada seyrə çıxmışdı. Onlar bütün dünyanı gəzib dolandılar, hər şeyi, hər yeri gördülər. Sonra darıxmağa başladılar. Fikirləşdilər ki, nə işlə məşğul olsunlar. Nəhayət, mərc gəldilər: görək onların hansı biri insanların tərifini qazanacaq.

Buludların ən irisi böyük bir şəhərə yollandı. Şəhərin üzərində dayanıb gur yağış səpələdi, hər tərəfi yumağa başladı. Aramsız yağan yağış torpağı, maşınları, damları döyəclədikcə bulud fikirləşirdi:
— Mən indi şəhəri tərtəmiz yuyaram, adamlar da gülümsəyib mənə “sağ ol” deyərlər.

Bulud elə hey yağış yağdırırdı. Amma fikirləşmirdi ki, şəhəri selə-suya qərq edir. Körpülər suyun altında qalmışdı. Maşınlar yolda hərəkət edə bilmirdi. İnsanlar tamamilə islanmışdılar və heç kəsin üzündə təbəssüm görünmürdü.
Davamı →

Xeyirli məsləhətlər (Fin xalq nağılı)

Biri vardı, biri yoxdu, bir yetim oğlan vardi. О çox yoxsul idi, günlərlə ас qalırdı. Bir gün о səyahət etmək fikrinə düşdü. Bəlkə bəxti gətirdi, dolanacaq tapdı. Az getdi, çox getdi, axşama yaxın ac-yalavac, yorğun halda bir meşəyə çatdı. Gördü ki, cələdə bir meşə quşu özünü ora bura çırpır. Oğlan sevindi:

— İndi bu quşu qızardıb yeyərəm!
Bu vaxt quş insan kimi dilə gəldi:- Xeyirxah yolçu, mənə rəhmin gəlsin, cələdən çıxar.

Oğlanın ürəyi yumşaq idi, о quşu azadlığa buraxdı. Quş qanadlarını çırpdı və dedi:
— Yaxşılığının əvəzində sənə belə bir məsləhət vermək istəyirəm. Bu yolla get, böyük bir palıd ağacına rast gələcəksən, ağaca çıx və bütün gecəni ağacda keçir. Sonrasını özün görəcəksən.
Davamı →

Azərbaycan uşaq ədəbiyyatının banisi - Abdulla Şaiq

Abdulla Şaiq Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır. 

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açmışdı. Ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları hazırlamışdır.
Davamı →

Baba və nəvə | Lev Tolstoy

Baba lap qocalmışdı. Ayaqları gücdən düşmüşdü, gözlərinin işığı getmişdi, dişləri tökülmüş və qulaqları da ağır eşidirdi. Yediyi zaman xörək ağzından tökülürdü. Oğlu və gəlini babadan çox narazı idilər. Yemək vaxtı babanı masa arxasında əyləşməyə qoymazdılar. Onu sobanın dalında oturdub, xörəyini də orada verərdilər.

Bir dəfə, nahar vaxtı babaya bir qabda xörək verdilər. О qabı yaxına çəkmək istəyəndə əlindən salıb sındırdı. Gəlin, babanın bu işindən hirslənib, “Sən bizim evdə avadanlıq, qab-qacaq qoymayacaqsan”- deyə onu danlamağa başladı, sonra dedi: “Bu gündən sonra xörəyi nimçədə deyil, ağac qabda yeyəcəksən”. Qoca cavab verməyib, dərindən bir ah çəkdi.
Davamı →

Tülkü həccə gedir | Abdulla Şaiq

Tülkü qocalmış idi, 
Şikardan qalmış idi. 
Ov keçmirdi əlinə, 
Ət dəymirdi dilinə. 
Həftələrlə qalıb ac, 
Dolanırdı yalavac. 
Ova batmırdı dişi, 
Yaman keçirdi işi 
Günü olmuşdu qara, 
Düşündü, tapdı çara: 

Təsbeh aldı əlinə, 
Şal bağladı belinə, 
Ayaqlarında çarıq, 
Başında tirmə sarıq, 
Çiynində atlaz əba, 
Əlində zorba əsa. 
Davamı →

Alyonka

Biri vardı, biri yoxdu, bir baba ilə bir nənə var idi. Onların Alyonka adlı bir qızları var idi. Lakin qonşulardan heç kim onu öz adı ilə çağırmırdı, hamı ona Gicitkən kəpənəyi deyərdi. «Bax, — deyərdilər, — Gicitkən kəpənəyi Boz atı otarmağa apardı». «Bax, Gicitkən kəpənəyi Lıska ilə göbələk yığmağa getdi». Alyonka yalnız bunu eşidirdi: Gicitkən kəpənəyi, Gicitkən kəpənəyi...

Bir gün о evə gəlib anasına şikayətləndi:
— Niyə, anacan, heç kim məni öz adımla çağırmır?
Anası köksünü ötürüb dedi:
— Ona görə ki, sən bizim gözümüzün ağı-qarası, bircə qızımızsan, nə qardaşın var, nə də bacın. Sən də çəpərin dibində bitən gicitkən kimi böyümüsən.
Davamı →

Şabalıdın meyvələri niyə tikanlı olur? | Əli Səmədli

Bir gün şabalıd ağacına belə bir sual verdilər:

-Ay Şabalıd ağacı, sən ki belə gözəlsən, belə qollu-budaqlı, xeyirxahsan. Bəs niyə dadlı meyvələrini tikanlı qərzəyin içində gizləyirsən?

Şabalıd ağacı əvvəl bu suala cavab vermək istəmədi. Ancaq ondan əl çəkmədilər. Hey soruşdular. Axırda şabalıd ağacı məcbur olub cavab verdi:

-Meyvələrimi dələlərin əlindən gizlədirəm, -dedi.

Davamı →

Xoşbəxtlik | Koreya xalq nağılı

Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.

Növbəti gün qoca tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə şəkillər olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:

— Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək, bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb.
Davamı →

Göyərçin və qarışqa

Biri varmış, biri yoxmuş. Meşə göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir qarışqa suya düşüb çapalayır.

Göyərçin tez qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq qarışqadan xeyli uzağa düşdü.

Çayın axarı qarışqanı xeyli uzağa apardı. Bu dəfə göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa göyərçinə dedi:
Davamı →