Uşağa neçə yaşından xarici dil öyrətmək lazımdır?


Müasir valideynlərin təsəvvüründə məktəbdə təhsildən öncə uşaq rəsm çəkməyi, şahmat oynamağı öyrənməli, xoreoqrafiya ilə məşğul olmalı və əlbəttə ki, heç olmasa bir xarici dil, ən azından ingilis dilini öyrənməlidir.

Dili öyrənməyi nə vaxt başlamaq lazımdır?
Bu suala universal cavab yoxdur, ancaq onu belə formalaşdırmaq olar: uşaq hazır olanda dili öyrənməyə başlamalıdır. Çünki uşaq doğma dilində yaxşı danışmağı öyrənməyibsə, üstəlik loqopedik problemləri varsa, əlbəttə ki, əlavə dilin öyrənilməsi onun üçün çətin sınaq olacaq. Eyni zamanda fizioloqlar sübut ediblər ki, uşağın beyni 9 yaşına qədər nitqi, o cümlədən, xarici dili daha yaxşı qavrayır. Balaca uşaqlara doğma dilindən fərqli olan səsləri çıxarmağı öyrənmək daha asandır. Bundan əlavə, uşaq səhv etməkdən qorxmur, o, psixoloji baryerdən azaddır, buna görə də uşaqlar xarici dildə daha tez danışmağa başlayırlar. Ancaq bir sıra qaydalara əməl etmək çox vacibdir: dərslər könüllülük prinsipi ilə, ardıcıl keçirilməlidir və uşaqda maraq yaratmalıdır.

Bir qayda olaraq, uşaqların təsəvvürü gözəl inkişaf edir, buna görə də assosasiya metodu onlara uyğundur. Bu metodun məğzi öyrənilən ifadə və ya sözün hansısa çox parlaq obraz, rəsmlə bağlı olmasındadır.

Dili ünsiyyət, kitab, film və ya hansısa hadisə müzakirəsi vasitəsilə öyrənərək, uşaqlara tədricən ingiliscə düşünməyi öyrənirlər. Ən effektiv üsullardan biri dil mühitinə düşməkdir. Uşaqlar filmlərə baxırlar, mahnılara qulaq asırlar və bu yolla orijinal ingilis nitqini qavrayırlar. Dilin daşıyıcısı ilə danışmaq çox yaxşı üsuldur. Uşağı dil məktəbinə qoyarkən, ona rahat, maraqlı və təhsildən aşkar fayda olacağı məktəb seçmək lazımdır. Burada müəllimlərin peşəkarlığı və istifadə olunan metodikalar vacib rol oynayır.

0 şərh