Cəsarətli övlad yetişdirmək

Hər bir valideyn övladını ideal böyütməyə çalışır və buna cəhd edir. Lakin bəzən bilmədən səhvlərə də yol verir. Psixoloqlar dəfələrlə bildirirlər ki, ilk növbədə uşağı qorxutmaq olmaz. Siz qorxutmaq üsulu ilə övladınızın düzgün böyüməsinə mane olursunuz.

Mütəxəssislər uşağın böyüməsində ona cəsarət verməyi ən mühüm amil hesab edirlər. Övladınızı həyata hazırlamaq üçün ona cəsarət verəcək 60 cümlə:
 
Sənin üçün darıxdım.
 
Yaxşı ki, varsan.
 
Mənimlə güvəndəsən.
 
Sənə inanıram.
 
Üzümün gülməyinə səbəbsən.
 
Bilirəm ki, bacaracaqsan.
 
Düzgün fikirləşirsən.
 
İçindən gələn səsə güvən.
 
Fikirlərin çox qiymətlidir.
 
Sən güclüsən.
 
“Xeyr” də deyə bilərsən.
 
Seçimin əhəmiyyətlidir.
 
Sən dəyişiklik edə bilərsən.
 
Sənin sözlərinin təsiri var.
 
Başqalarının da duyğuları və düşüncələrinə əhəmiyyət verməyin xoşuma gəlir.
 
Hisslərin güclüdür, buna baxmayaraq düzgün seçim edə bilərsən.
 
Yaxşı bir dostsan.
 
Gözəl qəlbin var.
 
Birinə hörmət etmək o demək deyil ki,  yalnız xoşladığın sözləri eşidəcəksən.
 
Etdiyin hər şey əla olmaya bilər, çünki heç mən də mükəmməl deyiləm.
 
Biri yaxşı davranmırsa, bu, sənin üçün bəhanə olmamalıdır.
 
Fikirlərin, duyğuların dəyişə bilər.
 
Səhv etməyin çox təbiidir, səhvlərindən öyrənə bilərsən.
 
Ehtiyacın olan zaman başqalarından kömək istəyə bilərsən.
 
Bilirəm ki, öhdəsindən gələcəksən, sənə inanıram.
 
Qiymətlisən.
 
Səninlə maraqlıdır.
 
Mənim/bizim üçün əhəmiyyətlisən.
 
Haqqın var.
 
Fikirlərin əhəmiyyətlidir.
 
Bədənin sənindir.
 
Bədəninlə əlaqədar qərarlar qəbul etməyə haqqın var.
 
Öyrənirsən, böyüyürsən və böyümək bəzən çətindir.
 
Bacarıqlısan.
 
Əlindən gələnin ən yaxşısını edirsən, bu, çox əhəmiyyətlidir.
 
İstədiyini əldə etmək üçün çox çalışacağını bilirəm.
 
Yaxşı ki, bizim ailənin uşağısan.
 
Səhv etsən də, sənə olan sevgim dəyişməyəcək.
 
Səni olduğun kimi qəbul edirəm.
 
Hər gün çalışdığını və yeni şeylər öyrəndiyini görürəm.
 
Sənin düşüncələrin, fikirlərin mənə maraqlıdır.
 
Fikirlərin diqqətimi çəkdi.
 
Bunun öhdəsindən necə gəldin?
 
Bunu etdiyini görmək məni həyəcanlandırdı.
 
Mənə kömək etdiyin üçün təşəkkür edirəm.
 
Səninlə vaxt keçirmək xoşuma gəlir.
 
Səninlə bunu etmək çox maraqlıdır.
 
Səninlə danışmaq məni xoşbəxt edir.
 
Səni dinləyirəm.
 
Səni dinləmək mənim üçün əhəmiyyətlidir.
 
Sənin üçün həmişə vaxtım var.
 
Səni dinləməyə hazıram.
 
Hər şey bir təcrübədir.
 
Nəyə ehtiyacın olsa, həmişə yanındayam, arxandayam.
 
Sənin sözlərinin də təsirləri var.
 
Davranışlarının güclü təsirləri var.
 
Səninlə qürur duyuram.
 
Yaxşı ki, sənin anan/atan olmuşam.

0 şərh