Uşaqlarda “özüm” anlayışı

Bunu hər kəs müşahidə etmiş olar. Azyaşlı uşaq başını harasa soxur, bədəni açıqda qalır və hesab edir ki, gizlənib, onu heç kim görmür. Yaxud, əlləri ilə gözlərini qapadır və görünməz olduğunu düşünür. Yaxın zamanlaradək bu məsələnin izahı belə idi: uşaq hesab edir ki, mən görmürəmsə başqaları da görmür və deməli məni görmürlər.

2012-ci ildə Kembric universitetinin professoru J.Rasselin araşdırma nəticələri dərc olundu. Rassel 3 yaşadək uşaqları test-sorğu etmişdi. Birinci etapda uşaqlara belə bir sual vermişdi: sənin gözün bağlıdırsa, başqa adamlar səni görə bilərmi? Əksər uşaqlar belə cavab vermişdi ki, yox, gözlərim bağlıdırsa, kimsə məni görə bilməz. İkinci etapda sual belə qoyulur: gözlərin görünmürsə, başqa adamlar sənin bədənini (başını, əllərini, ayaqlarını.) görə bilərmi? Həmin uşaqlar cavab vermişdi ki, hə, bədənimi görürlər, amma özüm görünmürəm.

Bununla da, Rassel dəqiqləşdirdi ki, uşaqların “özüm” idrakı gözlərə (görməyə) əsaslanır. Onları elə gəlir ki, gözləri görünmürsə, özləri də görünmürlər. Deməli, erkən yaşlarda uşaqların “özüm” anlayışı “bədəni” əhatə etmir. Buna görə də, başını harasa soxur, yaxud əlləri ilə gözlərini örtür və düşünür ki, gizlənib, onu kimsə görmür.

Buna görə, körpələr əlini isti sobaya və ya başqa təhlükə mənbələrinə vururlar. Ağrılı təcrübələr onları başa salır ki, əl sənindir, onu təhlükəyə atmaq olmaz. Valideynlərdən tələb olunan budur: uşağın bədənin ona aid olduğunu ona mümkün qədər tez başa salsınlar.

 

0 şərh