Uşaqlar üçün oyunun əhəmiyyəti


Oyun oynamaq; uşaqlar üçün yemək yemək və yatmaq kimi ən təbii ehtiyacdır. Uşağın psixoloji, sosial və zehni inkişafında oyunlar əvəzsiz rol oynayır. Oyun uşağın təxəyyülü, əyləncəsi və fərdi inkişafının ən əsas hissəsidir.

Oyun ən yaxşı öyrətmə metodudur. Çünki qalıcı davranış dəyişikliklərinə səbəb olur. Uşaqların real həyatla ilk əlaqələrini qurduqları oyunların qarşısının alınması nəticəsində sağlam ikişaflarına mane olduğumuzu unutmamalıyıq.

Uşaq üçün oyun bir işdir və bu iş çox vacibdir. Çünki uşağın özünü ən rahat ifadə etdiyi yer oyundur. Uşaq oyunla böyüyür, oyunla inkişaf edir, oyunla yetkinləşir. Uşağa normal yollarla öyrədə bilməyəcəyiniz çox şeyi oyunla öyrədə bilərsiniz.

Valideynlərin üstünə düşən məsuliyyət uşaqlarla daim nəsə öyrənə biləcəkləri yeni oyunlar kəşf etməkdir. Əsas olan uşağın yaşına və inkişafına uyğun oyunlar tapa bilməkdir.

0 şərh