Uşaqlarda 2 yaş sindromu

Uşaqların inkişaf dönəmlərində 2 yaş valideynlərin çətinlik çəkdikləri yaş dövrlərindən biridir. Özlərini ifadə etmək və hər şeyin özlərinə aid olmasını istəyərlər. 0-3 yaş dövründə həm də güvən hissi inkişaf etməyə başlayır.

2 yaşda uşaqlar fiziki, zehni, dil, sosial, emosional və cinsi inkişaflarında bir qisim özəlliklərə sahibdirlər. 2 yaşlı uşaqlar hoppanar, tullanar, dırmaşar, qaçar – həmişə hə-rəkətlidirlər. Tək başına pillələri enib qalxar, barmaq uclarında yeriyə bilər, əl-üzlərini yuya bilər, köynəkləri düymələyərlər. 2 yaş uşaqları ad və soya-dını söyləyə bilərlər, tek cümlə və ya sadə sözlərlə danışarlar, bəsit suallar verərlər, danışdıqları rahat başa düşülər, “niyə ?” sualını çox istifadə edərlər.

2 yaşlı uşaqlar digər uşaqlarla oynamaq istəyər, lakin doğru ünsiyyət qura bilməzlər. Buna baxmayaraq, özlərindən balaca uşaqları çox sevərlər. Paylaşmağı sevməzlər, xəyali oyun dönəmidir, öz-özlərinə danışıb oynaya bilər-lər.

Hər şeyin özlərinə aid olmasını istədikləri üçün aldıqlarını geri vermək istəməzlər. Onlar istəklərinin yerinə yetirilməsini istəyərlər, tez əsəbiləşər-lər və bağırıb-çığırıb yumruq ata bilərlər. Yeməyi, yatmağı istəməmək, nə deyilərsə əksini etmək, ana-ataya vurmaq, özünü yerə atmaq, başını vurmaq kimi şikayətlər 2 yaş sindromunu göstərə bilər.

Nə etməməliyik?
Övladınızı əsla cəzalandırmayın, onu pis uşaq olmaqda günahlandırmayın.
O, əsəbiləşdikdə buna əngəl olmayın.
Uzun açıqlamalar verməyin.
Qadağalar qoymayın.
Onunla inadlaşmayın.
Sual verməsinə izn verin. “Xeyr” kəlməsini çox istifadə etməyin.

Bəs nə edilməlidir?
Diqqətini başqa istiqamətə yönəltməkdə yaradıcı olun.
Alternativ variantlar təklif edin.
Övladınıza sərbəst olacağı şərait yaradın, duyğularını və özünü göstərməsinə icazə verin.
Enerjisini boşaltmasına imkan verin.
Uşağınızla birlikdə zaman keçirin.
Lazım olarsa, bir mütəxəssisdən yardım alın.

2 yaş dönəminin ən böyük məsələlərindən biri də qidalanmadır. Yemək məsələsində aşırı israrçı olmaq, ətrafı çirkləndirəcək deyə zbaşına yeməsinə izn verməmək, zorla ağzını açdırıb yemək yedizdirmək.

Dr. Aytən Ziyadova
 

0 şərh