Montessori tədris üsulu

Montessori, son illərdə ölkəmizdə adını tez-tez eşitdiyimiz bir tədris metodudur. İtaliyanın ilk qadın həkimi olan pedaqoq və antropologiya professor Maria Montessori 1900-cü illərin əvvəllərində uşaqların fərdiliyi əsasında bir pedoqogika üzərində çalışmağa başladı.

Montessori apardığı araşdırmalar və işlər nəticəsində düşünülənin əksinə uşaqların mükafatlardan, cəzalardan, böyüklərin proqramlaşdırdığı tədris anlayışından, hətta oyuncaqlardan, yuxudan, müəllim stolundan və birlikdə dərs keçməkdən xoşlarının gəlmədiyini aşkar etdi.

Əsas hədəfi azad seçim və hər uşağın öz qabiliyyətinə uyğun sürətlə irəliləməsi olan bu sistemdə tamamilə uşağa uyğun olaraq hazırlanmış bir mühitdə, uşağın şəxsiyyətinin formalaşması üçün azadlıq tanınan, şəxsiyyətinin inkişafını dəstəkləyən fərdi tədris verilir. 76 ölkədə minlərlə məktəbdə tətbiq edilən Montessori sistemi son illərdə ölkəmizdə də məşhurlaşmağa başladı.

Klassik tədris anlayışından çox fərqli bir anlayışla işləyən sistemdə masanı təmizləmə, toz alma, düymələmə, kəmər taxmaq kimi gündəlik yaşamımızda istifadə etdiyimiz işlər uşağın əl-göz koordinasiyasını inkişaf etdirir və eyni zamanda əl biləyi və barmaqlarını gücləndirir. Uşaqlar bütün fəaliyyətləri sınamaq və yanılmaq üsuluyla praktiki olaraq öyrənir.

Montessori duyğu tədrisi üzərində dayanan, bütün duyğu orqanları üçün öyrədici materiallar hazırlamış bir sistemdir. Mücərrəd riyazi anlayışları konkretləşdirərək riyazi düşüncəni inkişaf etdirən və coğrafiyanı uşağa duyğuları ilə öyrədən bir metoddur. Məsələn, bir qlobus üzərindəki quru və su hissələrini toxunmaqla uşağın duyğuları ilə başa düşməsini təmin edir.

Sistem sinif məntiqi ilə işləmir, hər uşağın fərdi fərqlilikləri və sürətinə görə tədris alma haqqını verir. Montessoridə uşaqlar, siniflərdə sıralarında sabitlənmiş bir şəkildə müəllimin stabil olaraq keçdiyi dərsə tabe olmur. Siniflərdə klassik sıralar və lövhə yoxdur. Qarışıq yaş qruplarından yaranan siniflərdə uşaqlar azad şəkildə hərəkət edir, öz seçdikləri tədris materialları ilə öz istədikləri müddətdə məşğul olurlar.

0 şərh