Mükəmməl hekayə və ya nağıl danışmaq üçün məsləhətlər

Uşaqlıqda dinlədiyiniz ən sevimli uşaq hekayəsini xatırlaya bilərsinizmi? Neçə dəfə sevdiyiniz nağılın oxunmasına davam edə bilmək üçün valideynlərinizin yuxuya getməsini gözləmiş və oyaq qalmısınız? Kitab rəflərinizə daha yaxşı baxın. Ən çox sevdiyiniz uşaqlıq kitabı haradasa gizlidir. Bəlkə də bir az tozludur, amma yenə də hekayə sehrini və ananızın, atanızın, nənənizin, babanızın səsini özündə saxlayır...
Mükəmməl hekayə və ya nağıl danışmaq üçün məsləhətlər
Uşaqlarda hekayələrə səmimi bir sevgi vardır. Hekayələr sehr və heyrət hissini daddırır, uşaqlara naməlum və sirli mənzərələri qavramağa imkan yaradır. Hekayələr köməyi ilə uşaq yalnız daha asanlıqla yeni sözlər öyrənməyi, dil bacarıqlarını inkişaf etdirməyi, biliklərini genişləndirməyi öyrənmir, eyni zamanda balaca qırmızı papaqın yalnız bir dəfə etdiyi səhvini öyrənib dərk edirlər. Eyni zamanda uşaqlar valideynlərini dinləməyi və tövsiyələrini yerinə yetirməyi öyrənirlər. Aydın və mənalı bir mesajı olan hekayələr onlara hikmət, cəsarət, dürüstlük və xeyirxahlıq kimi keyfiyyətləri öyrənməyə və fərqləndirməyə kömək edir.
Hekayə nəyi aşılamalıdır?
Hekayə nəinki, kiçik yaşlı uşaqlar arasında nitqin inkişafına təkan verir, eyni zamanda uşağın müşahidə, yaddaş, düşünmə və deduktiv bacarıqlarını artırır. Uşaq yaxşı ilə pisi və ya istədiyi hərəkət tərzini fərqləndirməyi öyrənir. Uşaq bununla heyvan xarakterlərini, ətrafda baş verən hadisələri qavrayırlar. Hekayə ilə əlaqəsi yaranan  uşaq ibtidai təhsilin aşağı mərhələlərindən başlayaraq onu əhatə edən dünya ilə bağlı yeni hekayələrin açılmasına daha çox maraq göstərəcəkdir. Hekayələr dünya haqqında universal həqiqəti ortaya qoyur — bizə həyat, özümüz və başqaları haqqında məlumatlar verir. Hekayələr uşaqlara öz mədəni köklərini araşdırmağa, fərqli mədəniyyətləri yaşamağa və fərqli adət və dəyərlər haqqında məlumat əldə etməyə imkan verir. Hekayələr uşaqlara bilinməyən insanlar, yerlər və vəziyyətlərlə münasibət qurmağa imkan verir.
Sinifdə hekayə danışmağın üstünlükləri:
Oxu və hekayə danışmaq aktı, sinifdəki müəllim və şagirdlər arasında, habelə sinif xaricində valideynlər və uşaqlar arasında ikitərəfli əlaqə yaratmaq üçün çox vacibdir. Sinifdə öyrədilən linqvistik ifadə növü uşaqların düşüncə və duyğularını formalaşdıra biləcək bir vasitədir. Bu, sadəcə məlumat mübadiləsi və fikir yaymaqdan daha çox, digər insanlarla yaxınlaşmaq və əlaqə qurmaq üçün vasitədir. Hekayələr yalnız sinif ilə ev, ailə arasında deyil, həm də sinif və ümumilikdə dünya arasında əlaqə yarada bilər. Uşaq hekayə danışan şəxslə əlaqə hiss edir. Buna görə müəllimlər üçün uşaqlara özlərini  rifah və rahatlıqda hiss etdirmək və bununla da uşaqları ünsiyyətə hazırlaşdırmaq, onlara fikir və hisslərini ifadə etmək imkanı yaratmaq, prosessdə aktiv iştiraklarını təmin etmək, təxəyyül və yaradıcılıqdan istifadə ehtiyaclarını anlamaq çox vacibdir. Anlayış və hörmətlə uşaqları əməkdaşlıq etməyə və yaxşı münasibətləri inkişaf etdirməyə təşviq etmək xüsusilə vacibdir. Nağıllar müəllimlər üçün hekayələr danışmağın ən maraqlı yoludur, çünki uşaqlar bu personajlardan fərqli duyğuları, xəyallar aləmini və insanlar arasındakı mürəkkəb münasibətləri öyrənirlər.
Mükəmməl hekayə danışa bilmək üçün üç ipucu:

  • Nağıl danışarkən mimikalarınızdan, bədəninizdən və jestlərdən istifadə edin. Bədəninizin və üzünüzün nağıla reaksiya verməsi və özünü aydın ifadə etməyiniz çox vacibdir.
  • Səsinizin tonunu, intonasiyasını və tempini tənzimləmək də çox vacibdir. Əslində, uşağınızla aktiv təmasa nail olmaq faydalıdır və bunu etməklə siz ona daha xarizmatik görünürsünüz. Beləliklə, uşağınızın sizə inanıb güvəndiyini görəcəksiniz.
  • Nağıl danışarkən məkanın istifadəsinə diqqət yetirmək lazımdır. Nağıla dramatik bir effekt əlavə etmək və nağıl dinləyənləri ovsunlamaq üçün sükut və fasilə istifadə edin.
 
 
Mənbə: NOVAK DJOKOVIC FOUNDATION
 

0 şərh