İdrak inkişafında valideyn rolu

İdrak (və ya zehin) uşaqların necə fikirləşdiyi, yeni şeylər kəşf etdiyi və anladığı mənasına gəlir. İdrak inkişafı eləcə də biliklərin, bacarıqların, problem həll etmə qabiliyyətinin inkişafı anlamına gəlir. Bütün bunlar uşaqlara ətraflarında baş verənləri düşünməyə və anlamağa kömək edir. Beyin inkişafı idrak inkişafının bir hissəsidir.
İdrak inkişafında valideyn rolu
Bir valideyn kimi övladlarınız doğulduğu andan idrak inkişafını sürətləndirməniz onların gələcəkdə məktəb uğurlarına gətirib çıxaracaq. Məsələn, tədqiqatlar göstərir ki, 6 aylığına qədər səsləri ayırd edən uşaqlar 4-5 yaşında oxumaq və başqa bacarıqları daha da yaxşı qavrayır.
 
Bir valideyn kimi sizin uşaqlarınızın idrakını inkişaf etdirmək üçün bir neçə şeyi bilmək və onları övladlarınızla etməyiniz vacibdir.

  •  Uşaqlarla söhbət etmək və bu zaman ümumi istifadədə olan əşyaların adını çəkmək.
  •  Uşaqlarınıza oyuncaqları anlamağı və onlarla necə oynamağı öyrənməyə icazə vermək.
  •  Uşaqlarınız üçün mahnı və kitab oxumağınız.
  •  Körpələrinizə kitablarla və tapmacalarla tanışlığa yol açmaq.
  •  Uşaqlarınızın maraq dairələrinin bir neçə xüsusi fəaliyyətlə genişləndirmək. Məsələn, körpəniz heyvanlara maraq göstərirsə, siz onu zooparka apara bilərsiniz ki, orada daha çox bu haqda öyrənə bilsin.
  •  Uşaqlarınızın “Niyə” sualına həmişə cavab verməniz lazımdır.

Digər zehin inkişafına açan yollardan biri isə, övladınıza onların düşünüb düzgün qərarlar verməsi üçün imkan yaratmaqdır. Uşaqlara problemə və ya məsələyə bir neçə həll yolu tapmağına şərait yaradın. Problem dedikdə gündəlik məişət probləmləri deyil, məhz tapmacalar tapılan zaman, məntiq oyunları oynanılan zaman çətinliklər nəzərdə tutulur. Təbii ki, onun sizin köməyinizə ehtiyacı olacaq amma siz çalışın ki, yetərincə az kömək edəsiniz ki, övladınız özü məsələni həll etməyə çalışsın. Bu sizdə bir qədər səbr tələb edəcək amma sonda uşağınızın öyrənməsinə və bilavasitə zehin inkişafına köməkçi olacaqsınız.
 
 
 
Mənbə: ilk5il.az
 

0 şərh