Uşaqlarda sosial bacarıqları formalaşdırmaq

Həyatımızda önəmli bir konsepsiya olan uyğunlaşma bacarığı uşaqlıq dövründə qazanılan bir davranış formasıdır. Bu bacarığı  uşaqlarda formalaşdırmaq üçün valideynlər uşağın sosial bacarığının inkişafinı düzgün istiqamətdə aparmalıdır. Bəs uşaqlara sosial bacarıqlar necə qazandırılır? Valideynlərə hansı növ vəzifələr düşür?
Uşaqlarda sosial bacarıqları formalaşdırmaq
Sosial bacarıqlar nədir?
Başqalarının davranışlarını mənimsəmək, yaşanan hadisələrə uyğun reaksiyalar verə bilmə qabiliyyəti və eyni mühitdə  ictimai vəzifələrini yerinə yetirə biləcək şəkildə uşağın öyrədilmiş davranışlar nümayiş etdirməsi «sosial bacarıqlar» adlandırılır. Uşagın bu bacarıqları qazanması, sosial münasibətlərdə problem yaşamaması baxımından çox vacibdir. Yaşa görə uşağın emosional və akademik (elmi)  ehtiyacları dəyişir. Körpəlikdən etibarən sosial ehtiyacları dəstəklənməyən uşaqlarda yaş artdıqca sosial bacarıq əksikliyi müşahidə edilir. Düzgün metodları sizinlə paylaşırıq:
1. Münasibət qurarkən göz təmasına diqqət edin.
Sosial bacarıqların formalaşmasında valideynlərin dəstəyi mütləqdir. Ana və uşaq münasibətləri ilə başlayan körpəlik dövrü həyətın sonrakı dövrləri üçün böyuk rol oynayır. Ehtiyaclarının anlaşıldığını və qarşılandığını başa düşən körpə ilə ana arasında etibarlı bağ (rabitə) yaranır və bu uşaqların sosial bacarıqlarının düzgün formalaşdırılmasına təkan verir. Buna görə də çağalıq dövründən başlayaraq övladınızın ehtiyacını ödəmək, onunla göz təması quraraq tez-tez ünsiyyət qurmaq, ona sıx-sıx toxunmaqla emosional və sosial bacarıqlarının yaranmasına kömək etmiş olun.
2. Həyatın hər anıyla bağlı məlumat verin.
Gündəlik həyatda qarşılaşacağı hər cür sosial mövzuda uşağınıza məlumat verməlisiz. Nümunə:

  • Bir insanla telefonda nece danışmaq lazımdır?
  • Səhər duranda nə deməlisən?
  • Birindən bir şey istəyərkən necə davranmalısan?
  • İnsanlar bir-birinə niyə təşəkkür edir?
  • Xoşuna gəlməyən vəziyyətdə necə davranmalısan?

Bu tərzdə olan mövzularla övladlarınıza nümunə verməklə izah etməyiniz sosial münasibətlərin formalaşdırılması baxımından çox faydalı olacaq.
3. Yeni bir vəziyyət haqqında suallar verin.
Övladınızla birgə gəzintiyə çıxdığınız günlərdə ona qarşılaşdığınız hallar haqqında suallar verməyiniz düşünməsinə və alternativ yollar tapmasına kömək edəcək. Bununla ona müxtəlif  mövzular haqqında məlumat vermək fürsətini də yaratmış olacaqsınız. Nümunə olaraq turistik bir bölgədə gəzdiyinizi və yolda şəkil çəkdirən insanlarla qarşılaşdığınızı təsəvvür edək. Övladınızdan “Bu insanlar nə edir? Bu an harda gəzirsən? Şəkil çəkdirmək istəyən adam bunu başqasından necə xahiş etməlidir?” haqqında soruşa bilərsiniz.
4. Düzgün davranış formalarında nümunə olun.
Pedaqoq Guzide Soyak sosial münasibətlər qurma bacarığının ailə daxilindən götürülərək formalaşdığını qeyd edir. Çünki uşaqlar təqlid edərək öyrənirlər. Sosial bacarıqlı uşaq yetişdirmək üçün valideyn ilk öncə özü uşağına yaxşı nümunə olmalıdır. Xahiş və təşəkkür etməyi ata və anasından görən bir uşaq hörmət etmək bacarığını avtomatik mənimsəmiş olur. Paylaşmağı öyrənən uşaq başqalarının ehtiyaclarına biganə yanaşmır. Ata və anasının xoşagəlmaz halların öhdəsindən necə gəldiyini görən uşaq həmin davranışı öz münasibətlərinə tətbiq edir.Bu səbəblə yaxşı nümunə olmağı bacarmaq valideyn üçün çox vacibdir.
5. Övladınızın nümunəvi davranışını dəstəkləyin.
Övladınızın nümunəvi davranışlarını tərifləyərək övladınıza dəstək olmağınız onu bu davranışlarını davam etdirməyə təşviq edəcək. Bununla həm də övladınıza özünə inam hissini  aşılayacaqsınız. Övaldınızın bir heyvan saxlamağını dəstəkləməyiniz, dostuna kömək etməsini, dağıtdıqdan sonra yığdığı oyuncaqları barəsində onu tərifləməyiniz onun üçün təşviqedici olacaq.
6. Yaşıdları ilə münasibət qurmağına şərait yaradın.
Uşaqlarda sosial bacarıqları  formalaşdırma metodlarından biri də yaşıdları ilə sağlam dostluq münasibəti qura bilməsidir. Yaşıdları ilə qurduğu münasibət uşağa paylaşmağı,yardımlaşmağı, rəqabət aparmağı, narahat halların öhdəsindən gəlməyi öyrədir. Qurduğu münasibətlərdə övladlarınızın özündən yaşca böyük yaxud yaşca kiçik dostları ilə problemləri də ola bilər. Yaşından kiçiklərlə münasibət qurmağa meyilli uşaqlar nəzarətçi mövqeyində olur. Yaşından böyüklərlə münasibət quran uşaq isə onlarla anlaşılmazlıq yaşaya bilər.
7. Oyunqurma bacarığını dəstəkləyin.
Xəyal dünyası oyun qurmaq bacarığı ilə genişlənən uşaqların sosial bacarıqları inkişaf edərək şəxsi düşüncə halına gəlir. Bu eyni zamanda özlərinəməxsus fikirlər və yaradıcılıq qabiliyyətinin inkişafını təmin edir. Övladınızı problem həll etmə və analitik düşüncə bacarığını formalaşdıran oyunlara yönləndirməlisiniz. Açıq havada bir yerdə gəzərkən torpaqda bitkilər əkmək və gördüyünüz şeylərin qarşılıqlı  rəsmini çəkmək kimi müxtəlif çeşidli məşğələlərlə övladınıza fayda verin.
8. Kurs və ya müxtəlif fəaliyyətə yönləndirin.
Övladınızı kurs,sənət və idman məşğələləri kimi fərqli mühitlə tanış etməklə ailə içində aldığı bilik və bacarıqları təkmilləşdirməsinə saləbəb olacaqsınız. Bununla övladınız qarşılaşdığı problemləri ağıllı yollarla həll etməyə çalışması onun sosial bacarıqlarının formalaşmaşını təmin edəcək.
 
 
Tərcümə etdi: Ağayeva Rəna
Mənbə: ilk5il.az
 

0 şərh