Necə yaradıcı uşaq böyütmək olar?

Nəyə görə bir çox “dahi uşaq” öz ixtisaslarında uğursuz olur? Çox vaxt uşaqlara sənət, elm və ya atletika sahəsi kimi hər hansı spesifik sahədə  erkən yaşlarında xüsusi olduqlarını öyrətdikdə onlar uğur və qələbəyə meyl edirlər. Müvəffəqiyyətə alışmaq, uşaqları müvəffəq olmağa layiq olduqlarını hiss etməyə səbəb ola bilər və buna görə də praktik olaraq səy göstərmək, fəaliyyətə davam etməyə onlar üçün motivasiya olmur. Uşaqlarda görülməsi mümkün olan ən pis vəziyyətlərdən biri də motivasiya hissinin itirilməsidir. Çalışqanlıq və zəhmətkeşlik uşaqların asanlıqla imtina etməmələrinin və ya xəyallarını gerçəkləşdirmək  üçün həvəsli və çalışqan bir şəxsiyyətə çevrilmələrinin ayrılmaz hissəsidir.
Necə yaradıcı uşaq böyütmək olar?
Belə bir mübahisə var ki,  müvəffəqiyyət daha çox istəkdən irəli gəlir. İstək çalışqanlıq, təcrübə və tərbiyə yolu ilə öyrədilə bilməz, əksinə maraq və şəxsi diqqətlə aşkara çıxır.
Yaradıcılıq uşaqlara məcbur edilə biləcək bir şey deyil. Uşaqların təxəyyül və yaradıcılıqlarını genişləndirməsini təmin etmək üçün xüsusi qaydalar və ya göstərişlər yoxdur. Əksinə, övladlarınıza mümkün qədər az qaydalar qoymaqla, daha geniş şəkildə təsəvvürlərindən istifadə etmələri və öz yaradıcılıqları və zehni qabiliyyətləri ilə daha uyğunlaşmalarına imkan vermək lazımdır. Getdikcə rəqabətin artdığı bir dünyada, müəyyən bir sahədə bacarıqlı olmaq artıq bir işə və ya müvəffəq olmağa zəmanət vermir; əksinə artıq uğur qazanmağın sirri  yaradıcılıq və ixtiraçılıqdır.
Uşaqlarda yaradıcılığı inkişaf etdirməyin ən yaxşı yolu düşünmələrinə imkan verməkdir. Düşünməyə və öz düşüncələrinə və maraqlarına əsaslanan qərarlar qəbul etməyə təşviq edilərkən intizamlı uşaqlar böyüklər kimi daha yaradıcı olmağa meyllidirlər. Ağlın azadlığı və fərdiliyi ayrılmazdır. Belə ki, yalnız inkişaf mövqeyindən deyil, həmçinin erkən yaşlarda uşağa fərdi və bənzərsiz bir hiss oyatmağa kömək edir.
Bu fərdilik hissi uşaqlara yalnız öz maraqlarını və istəklərini daha erkən yaşlarında tapmağa kömək etməyəcək, həm də həyatın çətinliklərinə özlərinə uyğun bənzərsiz cavab verməyə kömək edəcəkdir.
Məsələn, bəzi uşaqlar stress və narahatlıq vəziyyətlərindən özlərinə uyğun yaradıcılıq yolları ilə; rəsm çəkərək, idman edərək çıxa bilirlər. Erkən yaşda uşaqların öz öhdəsindən gəlmə mexanizmlərini inkişaf etdirərək və müxtəlif növ vəziyyətlərə uyğun reaksiyalar tapmaq imkanları verərək valideynlər uşaqların ideallarına ciddi təsir qoya bilmə bacarığına sahibdirlər.
Birinci addım: Geri çəkilin
“Uşaq müvəffəq olmaq üçün nə qədər təzyiqlə qarşılaşarsa, etdiyi fəaliyyətdən bir o qədər az həzz duya bilər” kimi bir arqument vardır. Uşağın etdiyi fəaliyyətdən həzz duyması fəaliyyətə səy və sədaqət göstərməsini təşviq etmək üçün ayrılmaz olduğundan, təzyiqlər nə qədər çox olarsa, bu fəaliyyətdə yaxşı nailiyyət qazanmaq istəyi bir o qədər az olar və bu da öz növbəsində onları öyrənməkdən kənarlaşdırar.
Tədqiqatlar müəyyən etdi ki, musiqi, incəsənət, atletika, hətta müxtəlif elm sahələri ilə məşğul olan yaradıcı yetkinlər kimi böyüyən uşaqların əksəriyyəti valideynlərinin ciddi qaydalarına və göstərişlərinə riayət etməyə məcbur deyildi. Əlbəttə ki, qaydalar və nizam-intizam uşaq yetişdirmənin vacib tərəfidir və buna laqeyd yanaşmamaq lazımdır. Ancaq valideynlər tərəfindən bu qədər diqqətlə tətbiq edilməməlidi. Tətbiq güclü olduqda uşağın heç bir düşüncə qabiliyyəti qalmır.
 
Övladlarınızın dünyaya orijinal fikirlər gətirməsini istəyirsinizsə, onlara sizin deyil, istəklərinin təkan verməsinə icazə verməlisiniz.
Hər kəs uşağı üçün müvəffəq olması, iddialı olması və asanlıqla təslim olmaması üçün ən yaxşısını istəyir. Bir uşağın rifahı üçün olan bu istəklər uşaqlara öz maraqlarını və istəklərini kəşf etmək qabiliyyətinə sahib olmalarını aşılaya bilər. Hələ erkən yaşlarda da uşaqlar inanılmaz dərəcədə bir çox sahə ilə maraqlanır və maraqlandıqları müxtəlif fəaliyyətləri araşdırırlar.
İstedadı məcbur edə bilməyəcəyinizi xatırlamaq vacibdir. Uşağınızın maraq göstərdiyini gördüyünüz zaman onu təşviq edə bilərsiniz, ancaq uşağınızı çətinlik çəkdiyi bir sahədə üstün olmağa məcbur etmək yalnız boş zəhmət və pulla nəticələnəcəkdir. Mümkün olan ən yaxşı yol, uşaqlarınızın maraqlarını öz sürətləri ilə araşdırmalarına imkan vermək və müəyyən bir sahəyə maraq göstərdikləri zaman istiqamətləndirmək və bağlılıq hissini təşviq etməkdir.
Axı onlar uşaqdırlar. Onlar sizdən asanlıqla təsirlənə bilər, göstərdiyiniz məcburi istiqamətdə idarəetmə və özünə rəhbərlik hissindən məhrum ola bilərlər.
 
 
Müəllif: NOVAK DJOKOVİC FOUNDATİON
Mənbə: ilk5il.az

0 şərh