Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşaqların özünə inamına xələl gətirəcək valideyn davranışları

Uşaqların özünə inamını zədələyən ən böyük problem valideynlərinin davranışlarıdır. Valideynlərin tez-tez fərqinə varmadan söylədikləri bəzi sözlər, hərəkətlər və davranışlar uşaqların özünəinamına dərin ziyan vurur və xarakterlərində qalıcı problemlər yarada bilir.
Bəs, valideynlərin uşaqlarda özünə inamını pozan davranışları nədir, özünə güvənən uşaqları böyütmək üçün hansı hərəkətlərdən çəkinmək lazımdır?

Davamı →

Kuklalarla oynamağın uşaqlara faydası nədir?

Bir valideyn olaraq bilirik ki, övladının inkişafı üçün ən öyrədici və yaradıcı oyuncaqları seçməyə çalışırıq. Bu istiqamətdə, ümumiyyətlə, riyaziyyat, həndəsə və buna bənzər elm sahələri ilə yoğrulmuş əl bacarıqlarını inkişaf etdirən yaddaş kartlarını, tapmacaları və oyuncaqları seçim edə bilərsiniz. Yəni övladınızın inkişafına töhfə verən yeganə oyuncaq növləri bunlardır? Oyuncaqlara gəldikdə isə ilk ağla gələn körpələrin uşaq inkişafında payı yoxdurmu? Əslində bu kuklaların övladınız üçün nə qədər əhəmiyyətli olduğunu yazımızda görəcəksiniz.

Davamı →

Uşaq bağçasının uşaqlara faydaları nələrdir?

Körpənin inkişafını fiziki, zehni, sosial və duyğusal olaraq 4 fərqli sahədə davam etdirir. Başqa sözlə yalnız yemək verib uşaqları yatırtmaqla körpənizin sağlam inkişafını təmin edə bilməzsiniz. Kiçik körpəniz bir bitki deyil, o insandır!
0-6 yaşları əhatə edən erkən uşaqlıq, ən sürətli inkişaf dövrüdür. Buna görə məktəbəqədər təhsil uşaq üçün həyati əhəmiyyətə malikdir. Bu məhsuldar dövrü keçirməyin ən yaxşı yolu uşağınızı bağçaya verməkdir.

Davamı →

Uşaqlarda sosial bacarıqları formalaşdırmaq

Həyatımızda önəmli bir konsepsiya olan uyğunlaşma bacarığı uşaqlıq dövründə qazanılan bir davranış formasıdır. Bu bacarığı  uşaqlarda formalaşdırmaq üçün valideynlər uşağın sosial bacarığının inkişafinı düzgün istiqamətdə aparmalıdır. Bəs uşaqlara sosial bacarıqlar necə qazandırılır? Valideynlərə hansı növ vəzifələr düşür?

Davamı →

Uşağınız qayğıkeşdirsə, siz pis valideynsiniz?

Azərbaycanda uşaqların ev işləri görməsi, bəzən özlərindən kiçik bacı-qardaşlarının qayğısına qalmağa məcbur edilməsi və belə hallara görə də, yaşından erkən böyüməsi və ev işləri, qayğı, valideynlik kimi işləri yaxşı bacarması halları az deyil. İlk baxışdan yaxşı bir şey kimi görünə bilər, axı insanın erkən böyüməsi və qayğıkeş olması niyə pis qəbul edilsin ki? Amma, maraqlıdır ki, psixologiya elmi bu halı anormal hesab edir. Rus psoxoloq Polina Qaverdovskaya uşaqların iş və qayğıya alışdırılması prosesinin – parentifikasiyanın, nəticədə insanın özünə, öz ağrılarına, tələbatlarına həssaslığının azalması ilə nəticələndiyini iddia edir.

Davamı →

İdrak inkişafında valideyn rolu

İdrak (və ya zehin) uşaqların necə fikirləşdiyi, yeni şeylər kəşf etdiyi və anladığı mənasına gəlir. İdrak inkişafı eləcə də biliklərin, bacarıqların, problem həll etmə qabiliyyətinin inkişafı anlamına gəlir. Bütün bunlar uşaqlara ətraflarında baş verənləri düşünməyə və anlamağa kömək edir. Beyin inkişafı idrak inkişafının bir hissəsidir.

Davamı →

Uşaqları kitab oxumağa necə həvəsləndirək?

Uşaqları kitab oxumağa necə  həvəsləndirməklə ilə bağlı çoxsaylı araşdırmaların olması bu barədə çətinliklərin olduğunu təsdiq edir.  Bu məsələ ,əsasən, pedaqoji, mədəni və sosial hadisədir. Oxu problemi həddən artıq böyük məzmunda məktəb oxu materialları, uşaqların kütləvi informasiya vasitələrindən istifadəsi, smartfonlar və keyfiyyətsiz məzmunlu televiziya əyləncə proqramlarına heyranlıqdan irəli gəlir. Bütün bunlar uşaqlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Beləliklə, uşaqlar yaşadıqları dünyanın passiv müşahidəçilərinə çevrilir və uyğun olmayan məzmuna əsaslanaraq biliklər  əldə edirlər.

Davamı →

Uşaqlar üçün bayram hədiyyələri

Budur, yenə Yeni İl yaxınlaşır. Digər tərəfdən uşaqların Yeni il arzularının siyahısı gündən-günə daha da uzanır. Onları kim günahlandıra bilər? Televiziya, sosial media və ətrafdındakı dostları sayəsində bu gün uşaqlar daim yeni oyuncaqlar, elektron yeniliklər və tətbiqlərdən anında xəbərdar olurlar.
Uşaqların ən çox xoşuna gələcək hədiyyəni necə seçək deyirsinizsə, o zaman aşağıdakı siyahı ilə tanış olun.

Davamı →

Uşağınızın riyaziyyatla bağlı narahatçılığının qarşısını necə almaq olar?

Uşaq baxçasında uşaqlar artıq riyaziyyatla tanış olurlar. Məktəbdə isə uşaqlar toplama, vurma, bölmə və daha çox riyaziyyat bacarıqları əldə edirlər. Riyaziyyat bir çox uşaq üçün əyləncəli və çətin ola bilsə də, bəziləri daha çox bunu «riyaziyyatda yaxşı deyiləm» və ya «riyaziyyatı sevmirəm» kimi sözlərlə ifadə edirlər. Riyaziyyat ilə mübarizə aparan uşaqlar  sadəcə riyaziyyat haqqında düşünəndə narahatlıq hiss etmirlər, bu narahatlıq eyni zamanda riyaziyyatla bağlı mənfi, qeyri-adekvat hissləri, ümumi qorxu və riyaziyyatdan yayınma hallarını əhatə edir.

Davamı →

Bacı-qardaş qısqanclığını necə azaltmaq olar?

Bacı-qardaş arasındakı qısqanclıq bir neçə formada olur. Bu ailəyə yeni gələn körpəyə göstərilən diqqətin və ya böyük qardaşın etdiyi hər şeyi edə bilməməyin qısqclığı ola bilər. Hər iki halda, bu qısqanclıqları azaltmaq və bacı-qardaşlar arasındakı sağlam münasibətləri inkişaf etdirmək üçün müəyyən addımlar atılmalıdır.

Davamı →