Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşaqlar üçün oyunun əhəmiyyəti


Oyun oynamaq; uşaqlar üçün yemək yemək və yatmaq kimi ən təbii ehtiyacdır. Uşağın psixoloji, sosial və zehni inkişafında oyunlar əvəzsiz rol oynayır. Oyun uşağın təxəyyülü, əyləncəsi və fərdi inkişafının ən əsas hissəsidir.

Oyun ən yaxşı öyrətmə metodudur. Çünki qalıcı davranış dəyişikliklərinə səbəb olur. Uşaqların real həyatla ilk əlaqələrini qurduqları oyunların qarşısının alınması nəticəsində sağlam ikişaflarına mane olduğumuzu unutmamalıyıq.
Davamı →

Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.
 
Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışır. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil. Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də, lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.
Davamı →

Uşağa cinsi bilgilər hansı yaşdan aşılanmalıdır?

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir. Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır.
 
Bütün bu suallarla bağlı  psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir: “Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır.
Davamı →

Oğlan uşaqlarının fərqli xüsusiyyətləri

Oğlunuzu böyüdərkən oğlan uşaqlarına xas vəziyyətlərlə qarşılaşa bilərsiniz. Oğlanlar qızlardan fərqlidirlər. Hər uşaq eyni təməl sevgiyə, qayğıya ehtiyac duysa da, qızların və oğlanların maraq duyduqları mövzular fərqli ola bilər.

1. Riskli davranışlara meyllidirlər
Oğlunuz dünyaya gəldikdə ilk öyrənəcəyiniz şeylərdən biri onun riskli davranışlara meylli olmasıdır. Sərhədləri aşmağı çox sevirlər. Yıxılmazdan əvvəl kənara nə qədər yaxınlaşa biləcəklərini görmək istəyirlər. Təbii ki, bütün bu davranış şəkilləri anaların sinir böhranı keçirmələrinə səbəb ola bilər. Bədənlərindəki sıyrıqlar və göyərmələr, hətta bəzən də qırıqlara hazır olmalısınız, bu, onların təbiətində var.
Davamı →

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər.

Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır.
Davamı →

Uşaqlarımıza öyrətməli olduğumuz süfrə etiketləri

— Stola təmiz əl və üzlə əyləşin.
— Salfeti dizin üstünə açın.
— Hər kəslə eyni vaxtda yeməyə başlayın.
— Stolda dik oturun və tez-tez qalxmaq olmaz.
— Yemək zamanı dirsəyi (həmçinin bədənin digər hissələrini) stoldan aşağı tutun.
— Çeynəyərkən ağzı bağlı tutmaq lazımdır və ağızda qida danışmayın.
— Yemək haqqında pis rəy verməyin.
— Əlini nəyəsə uzatmaqdansa, stoldakılardan «zəhmət olmasa uzadın...» deyə xahiş edin.
Davamı →

Üzr istəyirəm

Səhvləriniz zamanı uşaqlarınızdan üzr istəməkdən çəkinməyin. Çünki "üzr istəyirəm" sadəcə iki bəsit kəlmə deyil. Onu deməklə

✔ uşaqlarınıza yanıla bilmə haqlarının olduğunu öyrətmiş olursunuz.

✔ səhv olmağın zəiflik olmadığını göstərirsiniz.

✔ yalan deyib səhvi gizlətməyin o səhvi qəbul etməkdən daha pis olduğunu öyrədirsiniz.

✔ hər yaşda insanın səhv edə biləcəyini göstərirsiniz.

✔ «mən səhv etdim, amma doğru olanı budur» mesajını vermiş olursunuz.

Beləcə uşaqlar öz səhvlərinin üzərində düşünməyi və bu zaman üzr istəməyi öyrənmiş olurlar.
Davamı →

Uşağınızda davamlı dərs hazırlama vərdişi yaratmağın yolları

Motivasiya ➡ Tapşırıqlara nə vaxt başlayacağına qərar verməyini istəyin. Vaxtında başlayanda onu mükafatlandırın.

Dəstək olma ➡ İlk 5 dəqiqə yanında olun. Diqqətini tapşırığa verməyinə, ondan tələb olunanı anlamağına kömək etməyə çalışın.

Nizam-intizam ➡ Nizamlı tapşırıq saatı təşkil edin və 21 gün təkrarlayın. Davamlı edilən işlər asanlıqla vərdişə çevrilə bilir. Vaxt keçdikdə uşaq özünü həmin müəyyən edilmiş tapşırıq saatına uyğunlaşdırır.

Məsuliyyət ➡ Ev tapşırıqlarını siz yox, övladınız etməlidir. Təbii ki, çətinlikləri olduqda sizə verdiyi sualları cavablayın. Amma onunla eyni masaya oturub tapşırıqlarını onun əvəzinə yazmayın.
Davamı →

Uşaqla oyun oynayın

“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”
Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.
Davamı →

Uşaqlarda dırnaq yemə

Uşaqlarda dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından tez başlaması,(nadir olaraq 5 aylıq olarkən rastlaşmaq olar).Uşaqların 33%-də dırnaq yemə vərdişinə rast gəlinir. Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaq yeyən uşaqların sayı 40-45% -ə qədər yüksəlir. Yəni yeniyetməlik çağına doğru uşaqların demək olar ki,yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi kimi isə gənclərin ətrafındakılar tərəfindən dəstəklənməmələri kimi görülür. Həmçinin dırnaq yeyən uşaqların ailələrin çoxunda da bu vəziyyət hökm sürür. Belə göstərilirr ki, uşaqlar sanki dırnaq yeməklə böyükləri təqlid edirlər. Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir.
Davamı →