Рейтинг
+1.13

Uşaq tərbiyəsi

2 üzv, 84 topik

Uşaqları Youtube-dan necə qoruyaq?

Uşaqlarımızı sanki “canlı bombalar”a əmanət etmişik. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli… Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.

Uşaq bəzən YouTube-un trend videolar siyahısına daxil olanda ona uyğun olmayan görüntülərlə qarşılaşır. Birinə baxanda oxşar məzmunlu videoların siyahısı ilə tanış olur. Saytın strukturuna uyğun olaraq, adətən seçib baxılan videodan sonra məzmun etibarilə ona yaxın olanların siyahısı ilə tanış olursuz. Bəs övladlarımızı YouTube-da belə zərərli videolardan necə qoruyaq? Hər kəsə çatımlı olan, qadağan olunmamış bir saytda uşaqların tərbiyəsini zədələyəcək məzmunlu göndərişləri necə onların həyatından çıxara bilərik?
Davamı →

Valideyn tək uşağı necə tərbiyə etməlidir?

“Mühitində olmağını təmin edərək inkişafını dəstəkləyir. Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşamadığına görə, akademik olaraq daha uğurlu ola bilər.

Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə bəzi mövzularda ailədə bacı-qardaş əksikliyinin hiss edə bilər. Nəticə olaraq tək uşaq olmaq əksər hallarda müsbət nəticələr göstərir. Tək uşaq bacı-qardaşı olan uşaqlarla müqayisədə o qədər də fərqli deyil. Əslində uşağın tək olması yox, onun böyüyüb tərbiyə olunması əhəmiyyətlidir”.
Davamı →

Anaların uşaq tərbiyəsində yol verdiyi səhvlər

Əksər analar uşaqlarından ayrı düşə bilmirlər, hər işi birlikdə görürlər. Məsələn, “İmtahandan yaxşı qiymət aldıq, atamız bizi tətilə aparacaq” kimi cümlələr quran analar uşaqların bir fərd olduğunu bəzən unudurlar. Bu vəziyyət uşağın daxili intizamının və məsuliyyət duyğusunu inkişaf etdirməsinə mane olur. Sonrakı vaxtlarda mənfi nəticələr doğurur. Məsələn, universitet təhsili üçün başqa bir şəhərdə yaşamağa başlayanda pula qənaət edə bilmirlər, ev səliqəsiz və dağınıq olur, artıq gənc olan şəxs nə edəcəyini bilmir, doğru qərar verə və ya təkbaşına qərar verməkdə çətinlik çəkirlər.

Uşağa davamlı “sən mükəmməlsən” demək, ümumiyyətlə, bu cür münasibət uşaqlarda özünə vurğunluğun inkişafına zəmin hazırlayır. Gələcəkdə başqalarının fikirlərinə əhəmiyyət verməyən şəxs kimi yetişəcək, layiq olmadığı halda hər zaman diqqət mərkəzində olmaq istəyəcək. Ətrafına kifayət qədər diqqətli olmayan bu insanlar uğurlu olmadığı zaman özlərini hədsiz dərəcədə bədbəxt hiss edəcəklər.
Davamı →

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli?

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər.
Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir.
Hətta bəziləri istəksizliyini «məktəbə getmək istəmirəm» deyə ifadə etmək yerinə «ayaqqabım sıxır», «qarnım ağrıyır» kimi bəhanalər səsləndirirlər.

Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər.

Medicina.az bildirir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər.
Davamı →

Ana, mən dünyaya necə gəldim?

Bəzən valideynlər uşaqları tərəfindən verilən belə bir sualla üzləşir: “Ana, mən dünyaya necə gəldim?”. Bu sualı necə cavablandırmaq lazım olduğunu bilirsinizmi?

Uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər “Səni xəstəxanadan almışıq”, “Hədiyyə veriblər”, “Meşədən tapmışıq” və ya bir az yumor hissi ilə olanlar “Zibilxanadan tapmışıq” və s. kimi cavablar verirlər. Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddi əhəmiyyət daşıyır.

Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır.
Davamı →

Uşaqların pula münasibətini korlayacaq 12 ifadə

“Maliyyə Sağlamlığı” layihəsinin eksperti və Rusiya Maliyyə Nazirliyinin maliyyə savadlılığı layihəsi üzrə məsləhətçisi Mariya Maslennikova uşaqlarına uğur əldə etməyə mane olan valideynlərin maliyyəyə dair qoyduğu qaydaları sadalayır.

Valideyn olduqda uşaqlarımıza təsirimizin nə qədər böyük olduğunu başa düşürük. Lakin məlumatsızlıq, stress və yorğunluqla bağlı, biz uşaqlıqda və ya həyatımız boyunca əldə etdiyimiz səhv düşüncələri və qaydaları şüursuz olaraq sevimli uşaqlarımıza ötürürük. Maliyyəyə dair nəsildən-nəslə keçən mənfi qayda və vərdişlər xüsusilə dramatik təsir göstərir. Bəs valideynlərin hansı qaydaları uşaqların pula qarşı münasibətini korlaya bilər?
Davamı →

Dahi yetişdirin. İntellektual başlanğıc


Bütün valideynlər uşağının hərfləri və hesabı birinci öyrənməyini, şeirləri dərhal əzbərləməyini, geniş söz ehtiyatına malik olmağını və hamıdan yaxşı oxumağını istəyirlər. IQ – intellekt əmsalı isə Eynşteyninki kimi olsa yaxşı olar. Bəs bu intellekt əmsalını necə ölçmək olar, uşaq kvadrat kökləri həll etmək, “Yevgeni Onegin” romanını əzbərdən öyrənmək istəmir, cizgi filmlərinə baxmağa və oyuncaqlarla oynamağa üstünlük verirsə, onu parlaq intellektual başlanğıca yönəltmək üçün nə etmək lazımdır?

Öz sürəti ilə Uşağın inkişafı ilə məşğul olarkən ən əsası anlamaq lazımdır ki, bu istiqamətdə etdiyiniz hər bir cəhd nəticəsini verəcək, lakin uşağınızın ilk illərdə əldə etdiyi uğurlar gələcəkdə də onun yaşıdlarından irəlidə olacağına zəmanət vermir. Hətta əksinə, uşaqların bəziləri bir yaş yarımda, digərləri isə üç yaşında danışır, bəziləri dörd yaşında sərbəst oxuyur, digərləri isə birinci sinfin sonunda hələ mətni hecalarla oxuyur.
Davamı →

Uşaq tərbiyəsində dayələrin rolu

Hər doğulan körpə valideynlər üçün bir sevinc və sevgi qaynağı olmanın yanında bəzi məsuliyyətləri də özü ilə bərabər gətirir. Valideynlər doğulan körpələrinin sağlam və qüsursuz olduğunu görüncə rahatlanır, lakin uşağı necə böyütmək və tərbiyə etmək mövzusunda zərrə qədər narahatçılıq keçirmirlər. Əslində, körpənin ən təhlükəsiz və etibarlı yeri ana bətnidir. Körpə dünyaya göz açdığı gündən etibarən isə artıq onun maddi, mənəvi və ruhi inkişafı üçün diqqətli baxıma və doğru tərbiyə edilməyə ehtiyaci var.

Uşaq tərbiyəsində ən mühüm iş, tətbiq ediləcək metod və prinsipi düzgün seçməkdir. Uşaq ata-anasına əmanətdir. Onun təmiz qəlbi hər cür əyrilik və şərdən uzaq, saf və bərraqdır. Uşaq xeyrə alışdırılar, yaxşılıq təlqin edilərsə, xeyirli bir nəslin nümayəndəsi olaraq yetişər. Əksinə, ətraf mühitdən gördüyü mənfi xislətlər və davranışlar onun gələcək inkişafı üçün təhlükə yarada bilər. Bunda əsas faktorun ata-ana və dayələrin üzərinə düşdüyünü vurğulamaq lazımdır. 
Davamı →

Uşaqlarda 2 yaş sindromu

Uşaqların inkişaf dönəmlərində 2 yaş valideynlərin çətinlik çəkdikləri yaş dövrlərindən biridir. Özlərini ifadə etmək və hər şeyin özlərinə aid olmasını istəyərlər. 0-3 yaş dövründə həm də güvən hissi inkişaf etməyə başlayır.

2 yaşda uşaqlar fiziki, zehni, dil, sosial, emosional və cinsi inkişaflarında bir qisim özəlliklərə sahibdirlər. 2 yaşlı uşaqlar hoppanar, tullanar, dırmaşar, qaçar – həmişə hə-rəkətlidirlər. Tək başına pillələri enib qalxar, barmaq uclarında yeriyə bilər, əl-üzlərini yuya bilər, köynəkləri düymələyərlər. 2 yaş uşaqları ad və soya-dını söyləyə bilərlər, tek cümlə və ya sadə sözlərlə danışarlar, bəsit suallar verərlər, danışdıqları rahat başa düşülər, “niyə ?” sualını çox istifadə edərlər.

Davamı →

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.
Davamı →