Рейтинг
+1.13

Uşaq tərbiyəsi

2 üzv, 83 topik

Üzr istəyirəm

Səhvləriniz zamanı uşaqlarınızdan üzr istəməkdən çəkinməyin. Çünki "üzr istəyirəm" sadəcə iki bəsit kəlmə deyil. Onu deməklə

✔ uşaqlarınıza yanıla bilmə haqlarının olduğunu öyrətmiş olursunuz.

✔ səhv olmağın zəiflik olmadığını göstərirsiniz.

✔ yalan deyib səhvi gizlətməyin o səhvi qəbul etməkdən daha pis olduğunu öyrədirsiniz.

✔ hər yaşda insanın səhv edə biləcəyini göstərirsiniz.

✔ «mən səhv etdim, amma doğru olanı budur» mesajını vermiş olursunuz.

Beləcə uşaqlar öz səhvlərinin üzərində düşünməyi və bu zaman üzr istəməyi öyrənmiş olurlar.
Davamı →

Uşağınızda davamlı dərs hazırlama vərdişi yaratmağın yolları

Motivasiya ➡ Tapşırıqlara nə vaxt başlayacağına qərar verməyini istəyin. Vaxtında başlayanda onu mükafatlandırın.

Dəstək olma ➡ İlk 5 dəqiqə yanında olun. Diqqətini tapşırığa verməyinə, ondan tələb olunanı anlamağına kömək etməyə çalışın.

Nizam-intizam ➡ Nizamlı tapşırıq saatı təşkil edin və 21 gün təkrarlayın. Davamlı edilən işlər asanlıqla vərdişə çevrilə bilir. Vaxt keçdikdə uşaq özünü həmin müəyyən edilmiş tapşırıq saatına uyğunlaşdırır.

Məsuliyyət ➡ Ev tapşırıqlarını siz yox, övladınız etməlidir. Təbii ki, çətinlikləri olduqda sizə verdiyi sualları cavablayın. Amma onunla eyni masaya oturub tapşırıqlarını onun əvəzinə yazmayın.
Davamı →

Uşaqla oyun oynayın

“Əziz valideynlər, komplekslərinizi atın! Körpələrinizlə oynayın!”
Son vaxtlar mütəxəssislər tərəfindən iki anlayış istifadə edilir. Bunlardan biri erkən inkişaf, digəri isə erkən müdaxilədir. Erkən müdaxiləni ləngimə hiss edilən körpələrimizlə bağlı, erkən inkişafı isə körpələrimizin yeni doğulduqları çağalıq dövründən etibarən istifadə edirik.

Əziz valideynlər, uşaqlarınızın erkən inkişafı üçün körpələrinizə oyuncaqlar alın. Oyuncaqları seçərkən körpələrinizin yaş göstəricisini mütləq nəzərə alın.
Davamı →

Uşaqlarda dırnaq yemə

Uşaqlarda dırnaq yemə vərdişi əsasən 3-4 yaşlarından tez başlaması,(nadir olaraq 5 aylıq olarkən rastlaşmaq olar).Uşaqların 33%-də dırnaq yemə vərdişinə rast gəlinir. Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir. Yeniyetməlik dövründə dırnaq yeyən uşaqların sayı 40-45% -ə qədər yüksəlir. Yəni yeniyetməlik çağına doğru uşaqların demək olar ki,yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi kimi isə gənclərin ətrafındakılar tərəfindən dəstəklənməmələri kimi görülür. Həmçinin dırnaq yeyən uşaqların ailələrin çoxunda da bu vəziyyət hökm sürür. Belə göstərilirr ki, uşaqlar sanki dırnaq yeməklə böyükləri təqlid edirlər. Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir.
Davamı →

Uşaqları necə sevindirək?

Deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.
 
Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.
 
— Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq.
Davamı →

Ana bətnində uşağı necə tərbiyə etməli?

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin bir az sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi.

Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan Məhəmməd Peyğəmbər burda uşağın ana bətnində olan tərbiyəsini nəzərdə tutmuşdu.
Davamı →

Ana nənənin uşaqların həyatında rolu

Alimlər müəyyən edib ki, ana nənə uşağın həyatında ən mühüm insandır.

Nənə çox sehirli sözdür. Çünki xoş uşaqlıq xatirələri əsasən onunla bağlıdır! Ən dadlı kökəni hər zaman nənə bişirir, unudulmaz yay macəraları və bir çox başqa unudulmaz anlarımız var. Nənələr bizdə nağıl, qayğısız yay tətili, xeyirxahlığı, nəvazişi, ləziz şirniyyatları və ya mürəbbəsi ilə assosiasiya edilir.
Davamı →

Uşağın yalan danışması nəyə işarədir?

Uşaq yalanı bir əyləncə də ola bilər, amma adətən daha ciddi problemlərə işarədir və buna diqqətlə yanaşmaq lazımdır. Əgər uşaq yalan danışırsa, bu zaman hansı fikirlər yarana bilər? Uşaq psixoloqu Lorens Katner uşağı yalana motivasiya edən 5 əsas səbəbləri sadalayır:

Cəza qorxusu
Uşaqlar cəzalanmaqdan qorxurlar. Əgər valideynlər uşaqlarını doğrudan da cəzalandıra və onlardan real olmayan nə isə gözləyirlərsə. Məsələn, valideyn istəyir ki, 8 yaşlı oğlu əla oxusun və hər gün əla qiymət alsın, ancaq bu, belə olmayan halda uşaq cəzalanır və futbol oynamaq üçün həyətə buraxılmır. Təbii ki, belə vəziyyətdə futbola böyük həvəsi olan uşaq yaxşı qiymət almadığı halda bunu valideyndən gizlədəcək, yaxud «yaxşı cavab verdim, amma müəllim qiymət yazmadı» kimi yalanlar danışacaq.
Davamı →

Bir insanın ana vətəni uşaqlığıdır

Bir gün seminara başlamazdan öncə orta yaşlı bir kişi gəldi.
— Müəllim, əlinizi öpmək istəyirəm, dedi. Əl öpdürməkdən xoşum gəlmədiyi üçün qoymadım, amma soruşdum:
— Xeyir ola? Niyə öpmək istəyirsən əlimi?
— Müəllim, 3 il öncə seminarınıza gəldim və bütün həyatım dəyişdi. İndi daha xoşbəxt bir ailəm var və bunu sizə borcluyam.
— Nə oldu ki? Necə oldu?

— 3 il öncə şirkətimizin təşkil etdiyi 2 günlük seminarda bizimlə bərabər idiniz. O seminarda dediniz ki, «Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşamamış bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, atanın əsas vəzifəsi övladlarının uşaqlığını düzgün yaşamasına şərait yaratmaqdır.»
Davamı →

Ağıllı uşaq yetişdirmək üçün məsləhətlər

Çox perfeksionist ya da əsassız davranmayın. Demokratik bir ailə olmağa çalışın.

Uşağınızda görmək istədiyiniz hərəkətləri özünüz də edin. Ona nümumə olun. Məsələn, kitab oxumasını istəyirsinizsə, siz də kitab oxuyun.

Uşaqa sərhədləri göstərin. Harda dayanması lazım olduğunu öyrədin. Ona istədiyi hər şeyi edə biləcəyini söyləməyin.

Uşaqlarınızı bir-biriləri ilə müqayisə etməyin. Uşaqları həmyaşıdları ya da bacı, qardaşları ilə müqayisə etməyin, hər kəsin özünə görə bir bacarığı olduğunu yaddan çıxartmayın.
Davamı →