Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşağınızın tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməyin yolları

Tənqidi düşüncə nə deməkdir:
Tənqidi düşüncə iş sahəsində, təhsildə, uşaq tərbiyəsində son bir neçə ildə çox işlənən bir ifadədir. Tənqidi düşüncə qiymətləndirmə və ya təhlil etmək kimi müxtəlif bacarıqları ibarət bir sistemdir.

  •   Düşünmək və bir nəticəyə gəlmək üçün beyninizdən istifadə etmək.
  •   Fərqli baxış bucaqlarını görməyi bacarmaq.
  •   Düşüncə prosesini başa düşmək.
  •   Problem və məsələyə həm hissələrə ayıraraq, həm də bütöv olaraq analiz edə bilmək.
  •   Səbəb və nəticə əlaqəsini başa düşmək.
  •   Hər bir həll yolları və həll yollarından yarana biləcək potensial problemləri (uzaqgörənlik) barədə düşünmək.

Davamı →

Mükəmməl hekayə və ya nağıl danışmaq üçün məsləhətlər

Uşaqlıqda dinlədiyiniz ən sevimli uşaq hekayəsini xatırlaya bilərsinizmi? Neçə dəfə sevdiyiniz nağılın oxunmasına davam edə bilmək üçün valideynlərinizin yuxuya getməsini gözləmiş və oyaq qalmısınız? Kitab rəflərinizə daha yaxşı baxın. Ən çox sevdiyiniz uşaqlıq kitabı haradasa gizlidir. Bəlkə də bir az tozludur, amma yenə də hekayə sehrini və ananızın, atanızın, nənənizin, babanızın səsini özündə saxlayır...

Davamı →

Valideyn və övlad arasında pozitiv münasibətləri necə qurmaq olar?

Uşaqların valideynlər və digər qayğı göstərənlərlə güclü, sevgi dolu, müsbət münasibətləri olduqda ən yaxşı şəkildə öyrənir və inkişaf edirlər.
Ona görə ki, valideynlər və baxıcılarla olan müsbət münasibətlər uşaqların dünyanı – onun təhlükəsiz və etibarlı olub olmadığını, sevildiklərini, onları sevənləri, ağladıqda və ya güldükdə nə baş verəcəyini və daha çox şeyləri öyrənməyə kömək edir.

Davamı →

Uşaqlar üçün işəyararlı intizam strategiyaları və ev qaydaları.

Təsirli bir nizam-intizam uyğun olmayan davranışların qarşısını alan mənfi nəticələr və uşağınızın yaxşı işləməsinə kömək edən və inkişafına təkan verən müsbət nəticələrdən ibarət olmalıdır. Strategiyanız  uşağınızın xasiyyətinə uyğunlaşdırılmalı olsa da, aşağıdakı intizam strategiyaları ümumi olaraq məktəbəqədər uşaqlar üçün təsirli olur.

Davamı →

V.S. Yurkeviçin Mütaliəni uşaqlara sevdirmək üçün kitabından

Oxumağı bir az bacaran amma həvəssiz yanaşan uşaqlar üçün…
İlk öncə bir neçə məsləhət:
  • Mütaliə əvvəldən zövq hissi aşılamalıdır. Repressiya qəti şəkildə olmamalıdır. Heç bir halda məcbur edilmə və dilə tutma olmamalıdır: “Heç olmasa bu səhifəni də oxu!” İstənilən manevrlər, oyunlar fikirləşin, amma elə edin ki uşaq özü oxumağı istəsin, arzusu yaransın.
  • Onun oxuduğu hər bir sözə sevinin, bunun onun kiçik qələbələri olduğunu anlayın.
  • Onun diqqətini etdiyi səhvlərə yönləndirməyin, səhvləri üsulca düzəldin, hətta bunu bacardıqca etməyin.
  • İlk oxu üçün rəngli, parlaq şəkilli, böyük hərflərlə yazılmış və ən əsası izlənilməsi maraqlı süjet xətti olan kitab seçin.

Davamı →

Fərqli yaşdakı uşaqlarda yaddaş inkişaf etdirmə üsulları

Bu ola bilər? Uşaqlar həqiqətən hər şeyi unudurlar, yoxsa qoruyucu bir mexanizmi var — mənfi məqamların «qarşısını» alır? Uşağın yaddaşı seçici və emosional rənglidir. Buna görə, körpənin 1-2 ay ərzində sizi unutması ehtimalı yoxdur, çünki ana körpənin ilk duyğu stimuludur. Bəli, belə olur ki, uşaqlar anasından inciyirlər və gəldikdən sonra bir müddət ona yaxınlaşmaq istəmirlər. Ancaq bu davranışı böyük ehtimalla unutqanlıq deyil, başqa motivlər diktə edir.

Davamı →

Övladınızı Dinləyin

Uşağa 'sən çox xüsusisən, fərqlisən' mesajlarının tez-tez edilməsi, erkən yaşda uşaqda bir 'mənlik' duyğusuna yol aça bilər. Uşağın hər davranışını lupa altına almamaq, davamlı ona şərhlər etməmək, yəni həyatda 'davamlı və yalnız' onun mərkəzdə olduğu qəbulunu ortadan qaldırmaq, özünə inamdan eqoizmə gedə biləcək yolu kəsə bilər.
Uşaqların qürurlarını qırmamaq, onları ruhi və fiziki olaraq qorumaq yalnız ana-atanın deyil, hamımızın vəzifəsidir. Ancaq uşaq, bəzən dəqiq və sərt istiqamətləndirmələrə də ehtiyac duyar.

Davamı →

Rəqəmsal uşaqlar

Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin?

Davamı →

Uşaqlara pul yığmağı necə öyrədək?

Uşağa erkən yaşlarından pul xərcləməyi və pula qənaət etməyi necə öyrətmək lazımdır?
1. Oyunlarla alış-verişi öyrədin
Uşaqlar ilk əvvəl pulun mənasını başa düşməlidir. Sonra isə oyunlarla alış-verişi onlara öyrədin. Pulu necə istifadə edəcəklərini görsünlər. Oyunlarla öyrənmək həm maraqlı, həm öyrədici olacaq.
Davamı →

Uşaq tərbiyəsinə dair qızıl qaydalar

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir. Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.
Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edir:
Davamı →